Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

 

10 


5.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, bu Qaydalara əsasən Sığortaçı 

Sığortalıya (sığorta olunana) aşağıda qeyd olunanlar üzrə sığorta təminatı verir: 

5.1.1. Sığortalının (sığorta olunanın) xidməti vəzifəsi ilə əlaqədar səlahiyyətləri çərçivəsində mülki 

hüquq pozuntusu nəticəsində yaranmış məsuliyyəti: 

 

5.1.3. Sığortalının ona verilmiş səlahiyyətlər çərçivəsində və müvafiq dərəcədə təsir göstərən hər hansı 



faktiki və ya nəzərdə tutulan hərəkəti, səhvi, qanuna zidd hərəkəti, dəqiq olmayan informasiya verməsi, 

yanlış və aldadıcı məlumatı, fəaliyyətsizliyi, səhlənkarlığı, zəmanətləri və ya səlahiyyətləri pozması və 

ya fidusiar (qəyyumluq) və ya digər öhdəlikləri pozması, və ya digər hərəkətləri,  

5.1.2. Sığortalının (sığorta olunanın) əmək münasibətlərini tənzimləyən hüquq normalarının pozuntusu 

nəticəsində yaranmış məsuliyyəti 

 

a)



 

Ədalətsizcəsinə,  səhvən  və  ya  qanundan  kənar  surətdə  işdən  çıxarma,  əmək  müqaviləsinin 

dayandırılması və ya ləğvi, o cümlədən, əmək münasibətləri çərçivəsində hər hansı öhdəliklərin 

pozulması; 

b)

 

Sıxışdırma (o cümlədən, iş yerində cinsi zəmində sataşma, iş yerində sıxışdırma, irqi təzyiq və 



ya əmək qabiliyyətinin məhdudluğuna görə təzyiq, eləcə də, hər hansı başqa xarakterli təzyiq, o 

cümlədən, iş yerində ehtimal olunan sıxışdırma hallarına imkan yaradan vəziyyətin yaradılması 

və  ya  belə  vəziyyətin  yaradılmasına  yol  verilməsi,  nalayiq  eyhamlar  və  ya  cinsi  xarakterli 

istəklər və ya cinsi xarakterli başqa şifahi, vizual və ya fiziki hərəkətlər, yaxud, iş yerində digər 

sıxışdırma halları); 

c)

 



Hər  hansı  xarakterli  diskriminasiya  (ayrı-seçkilik),  bilavasitə  və  ya  dolayısı  ilə,  qərəzli  və  ya 

qərəzsiz,  o  cümlədən,  əmək  münasibətlərini  tənzimləyən  hər  hansı  yerli  və  ya  xarici 

qanunvericiliyin pozulması və ya işə düzəltmə zamanı, o cümlədən, lakin heç bir məhdudiyyət 

qoyulmadan,  irqi  mənsubiyyət,  dərinin  rəngi,  dini  etiqadlar,  yaş,  cins,  milliyyət,  məhdud  əmək 

qabiliyyəti, cinsi üstünlük, hamiləlik və ya qorunan status baxımından diskriminasiya; 

d)

 



Cəza xarakterli tədbirləri; 

e)

 



İşə  düzəltmə  zamanı  işçiyə  və  ya  namizədə  əmək  münasibətləri  ilə  əlaqədar  yanlış 

informasiyanın verilməsi, yalan məlumatların şifahi və ya yazılı şəkildə qəsdən yayılması; 

f)

 

Əmək münasibətləri ilə əlaqədar təhqirlər, böhtan və ya şəxsi həyata müdaxilə



g)

 

İşə  qəbul  zamanı  və  xidməti  vəzifədə  irəliləmə  üçün  ədalətsiz  və  ya  qeyri-qanuni  imtina, 



vəzifənin aşağı salınması və ya əsassız nizam-intizam tədbirləri; 

h)

 



İşçinin öz karyerasında yüksəlmə imkanlarından qeyri-qanuni şəkildə məhrum edilməsi

i)

 



İşçiyə, onun daimi ştata keçirilməsinə qeyri-qanuni imtina edilməsi; 

j)

 



Səhv, əsassız və ya laqeydcəsinə qiymətləndirmə; 

k)

 



İşçiyə  müvafiq  zəmanətlərin  verilməməsi  (o  cümlədən,  işçiyə  münasibətdə  mənfi  rəylər  və  ya 

təhqiredici bildirişlər və ya işçi barədə başqa düzgün olmayan məlumatların təqdim edilməsi); 

l)

 

İşə  düzəltmə  və  əmək  şəraitinin  yaradılması  baxımından  lazımi  və  ardıcıl  qaydaları  və 



prosedurları təmin etmək və ya qəbul etmək bacarığına malik olmamaq

m)

 



Əsassız  zəmanətlər,  işə  etinasızcasına  qəbul  etmə,  laqeyd  nəzarət,  işçilərin  qanundan  kənar 

şəkildə laqeydcəsinə saxlanması, təlimi və ya qiymətləndirilməsi; 

n)

 

Əmək münasibətləri ilə əlaqədar aşağıda verilən digər hərəkətlər: 



o)

 

Şəxsi həyata müdaxilə; 



p)

 

Hörmətdən salma, təhqir etmə; 



q)

 

Emosional sarsıntı vəziyyətinə çatdırma; və ya 



r)

 

Yuxarıdakılarla əlaqədar hər hansı mülki hüquqların pozulması; və ya 




 

11 


s)

 

Əmək münasibətləri çərçivəsində hər hansı başqa qeyri-qanuni hərəkətlər



 

Qeyd:  5.1.2-ci  maddədə  qeyd  olunmuş  hərəkət,  səhv,  fəaliyyətsizlik  və  ya  əsaslar  hər  hansı  şirkətin 

keçmiş,  mövcud,  gələcək  və  ya  potensial  işçisi  ilə  əmək  münasibətlərinə  və  ya  nəzərdə  tutulan  əmək 

münasibətlərinə, yuxarıda qeyd olunanlardan hər hansı birinin bilavasitə və ya dolayısı ilə baş verib – 

verməməsindən, qərəzli və ya qərəzsiz törədilib - törədilməsindən asılı olmayaraq, aid edilir.  

 

Ədalətsiz işə düzəltmə şərtlərini nəzərdə tutan hər hansı faktiki və ya ehtimal edilən əmək müqaviləsini 



bağlanılması əmək münasibətlərini tənzimləyən hüquq normalarının pozuntusu hesab olunmur. 

 

Sığortalının  hər  hansı  sifarişçisinə,  müştərisinə,  təchizatçısına  və  ya  distribütoruna,  yaxud,  kənar 



təşkilatın  işçisinə  münasibətdə  həm  ayrılıqda,  həm  də  qrup  şəklində  əmək  münasibətləri  ilə  əlaqədar 

qanuna  zidd  hərəkət  (bilavasitə  yaxud  dolayısı  ilə  baş  verib-verməməsindən  asılı  olmayaraq)  yalnız 

faktiki və ya nəzərdə tutulan diskriminasiyanı və ya cinsi təzyiqləri bildirir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə