Faciədən dərhal sonra hadisə yerinə gələn jurnalistlər yazır
dılar ki, kənd, demək olar, xarabazara çevrilmişdi. Yandırılmış
evlərdən hələ də havaya tüstü qalxırdı. Ətrafda güllə yarasın
dan ölmüş heyvan leşləri gözə dəyirdi...
XAN KƏNDİ
İnzibati cəhətdən Xankəndi şəhərinin əhatə dairəsinə Kər-
kicahan qəsəbəsi də daxildir və onun sahəsi 8 kilometrdir.
Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 1989-cu
il tarixinə olan məlumatına əsasən, Xankəndi şəhərində 53,1
min nəfər erməni, 3.385 azərbaycanlı, o cümlədən Kərkica-
han qəsəbəsində 1.708 azərbaycanlı yaşayırdı. Respublika ta-
beli Xankəndi şəhəri erməni silahlı dəstələri tərəfindən işğal
olunub. Xan babalarımızın əli ilə ilk bünövrə daşları düzülən,
Azərbaycan xalqının var-dövləti hesabına tikilib müasir şəhər
görkəmi alan Xankəndi də Qarabağın başqa yaşayış məntə
qələri kimi, Ermənistan ordusunun tapdağı altındadır. Keçən
əsrin 90-cı illərinin əvvəllərinə qədər Xankəndidə yüzlərlə
azərbaycanlı ailəsi yaşayırdı, soydaşlarımızın əli ilə orada Kər-
kicahan qəsəbəsi də yaradılmışdı. 1991-ci il dekabrın 2-də
Xankəndi, 1992-ci ilin 15 yanvarında tamamilə azərbaycanlı
ların məskunlaşdığı Kərkicahan qəsəbəsi böyük dağıntılardan
sonra ermənilərin nəzarətinə keçdi. Mülki əhali arasında ölən
lər, yaralananlar, əsir götürülənlər oldu. Azərbaycanlı əhaliyə
külli miqdarda maddi-mənəvi ziyan dəydi.
Sovet imperiyasının «Zaqafqaziya ölkə komitəsi» deyilən
qurumu 1923-cü ilin iyununda muxtariyyət məsələsinin həll
olunması ilə bağlı Azərbaycan rəhbərliyinin qarşısında tələb
qoydu. Bu təkidli tələblərdən sonra Azərbaycan Mərkəzi İcra
iyyə Komitəsi deyilən qurum 1923-cü il iyulun 7-də «Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret ver
di. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu.
---------
378
---------
Az sonra şəhər azərbaycanlılara qarşı soyqırımının təşkilatçıla
rından biri olan Stepan Şaumyanın adı ilə «Stepanakert» adlan
dırıldı. O dövrdə kommunist rejimi tərəfindən bir çox xan, bəy
və s. titullu yer, qəsəbə, kənd, şəhər adları burjuaziya qalığı
bəhanəsi ilə kommunist və inqilabçıların adları ilə əvəz edi
lirdi. Məhz Xankəndi şəhəri də «xan» kəlməsinin qurbanına
çevrilmiş və mənfur kommunist Şaumyanın şərəfinə «Stepana
kert» adlandırılmışdır. 1991-ci ildən etibarən Azərbaycan Res
publikasının M illi Məclisinin qərarı ilə tarixi haqsızlıq aradan
qaldırılaraq şəhərin əvvəlki adı - Xankəndi bərpa edilmişdir.
Dağlıq Qarabağın mərkəzi Qarqar çayının sahilində, Qa
rabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 kilometr aralıda
yerləşən Xankəndi ölkənin inkişaf etmiş sənaye mərkəzlərin
dən biri idi. Orada yüngül və yeyinti sənayesi inkişaf etmiş
di. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları,
mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris
istehsalat kombinatları, çoxlu orta ixtisas məktəbləri, ali təhsil
müəssisəsi vardı.
XOCALI
1991-ci ildə DQMV ləğv edildikdən sonra yaradılan Xocalı
rayonunun ərazisi 940 kvadratmetr, əhalisinin sayı işğaldan
əvvəl 22.000 nəfər idi. Rayonun inzibati ərazi vahidinə daxil
olan Əsgəran şəhəri və digər yaşayış məskənləri Xocalı şəhə
rinin Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən ələ
keçirilməsi nəticəsində tamamilə işğal olundu. Rayonun 53
yaşayış məntəqəsindən 9-da - Kosalar, Canhəsən, Cavadlar,
Yalobakənd, Başkənd, Qaragav, Cəmi 11 i və Meşəlidə tamamilə
azərbaycanlılar yaşayırdılar.
İşğal nəticəsində 46 sənaye və kənd təsərrüfatı obyekti, 56
mədəni-maarif müəssisəsi, 18 tarixi abidə yerlə yeksan edildi.
379
Rayon ərazisində yerləşən, el arasında Əsgəran adı ilə ta
nınan Əsgəran qalasını XVIII əsrdə Pənahəli xan öz xanlığının
şərq sərhədində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qa
pısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Əsgəran qalası Şuşanın 24, Xocalının 5 kilometrliyində və
Ağdam şəhərinin 12 kilometr cənubunda Qarqarçayın sağ
və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni
təqribən 500 metrə çatan çayın vadisinə və qalanın divarla
rı ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır. Qalanın
hündürlüyü 9 metr, qalınlığı 2 metr idi.
Qala yerin adı ilə Əsgəran adlandırılmışdır, başqa sözlə,
qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran -
yəni Əski Aran adı ilə məşhur idi. Nə qədər təzadlı görünsə
də, bir vaxt babalarımızın əli ilə tikilən, Şuşa-Ağdam yolunun
üstündəki bu şəhərdə məskunlaşan ermənilər Qarabağ hadi
sələri başlayan ilk gündən ən çox azərbaycanlıları daşa basır,
maşınlarını dağıdır, insanların fəaliyyətini iflic edirdilər. O yol
da onlarla günahsız azərbaycanlının qanı tökülüb.
Kosalar
Şuşanın qarşısında ikinci bir sədd də vardı - bu, ətrafda yer
ləşən, Şuşa ilə qırılmaz tellərlə bağlı Azərbaycan kəndləri idi.
Ermənilərin əsas məqsədi əvvəlcə bu kəndləri, yaşayış yerlə
rini ələ keçirmək idi. Təklənmiş Şuşa ilə hesablaşmaq onda
daha asan və rahat olacaqdı. 6 yaşayış məskənini özündə bir
ləşdirən Kosalar kəndi 9 maya kimi - Şuşa işğal olunana kimi
düşmənlərə qarşı qəhrəmanlıqla vuruşan kəndlərimizdəndir.
Qaragav, Canhəsən və digər kəndlərimizlə birlikdə Kosalar,
imkan daxilində, mühasirədə qalan Cəmi 11 i, Meşəli kəndlə
rinin də köməyinə çatırdı. Bəlkə elə buna görə tarixən heç
vaxt düşmən qarşısında əyilməyən bu kənd Şuşa ilə bir gün
də ermənilərin əlinə keçdi, 25 nəfər öldü, yaralananlar, əsir
düşənlər oldu.
380
Dostları ilə paylaş: |