Tatlı müharibəsidir. Bu müharibə bütün günü davam etmiş
dir və iki nəfər müsəlmanın həlakı ilə başa çatmışdı. Üçüncü
Əskipara kəndində olan döyüşdür ki, bundan sonra Qazax
uyezdi hökumət qüvvəsi tərəfindən nəzarətə alınmış, bir növ,
sakitlik bərpa edilmişdir. Fevral ayının 5-ci günü isə Qazax
da bütün dükanlar, evlər qoşun tərəfindən axtarılmış, əsasən
müsəlmanların silah-sursatı əllərindən alınmışdı. Ermənilər
dən isə bir top, bir tüfəng belə alınmamışdı. Qazax uyezdin-
də erməni-müsəlman davası zamanı bir çox kəndlər dağıdılıb
yandırılmışdı. Onlardan məşhur olanı on iki kənddir: Əlibəy
li, Haccalı, Kazımlı, Köhnəqışlaq, Yaradullu, Həqbəli, Sofulu,
Cəfərli, Çaxmaqlı, Qızılhacılı, Xeyrimli, Bağanıs-Ayrım və baş
qaları. Bu qırğınların əsas səbəbkarı Şəmşəddin pristavı erməni
Mesrop olmuşdur.
«Daşnaksütyun»un erməni quldur dəstələri 1920-ci il apre-
in 5-də Tatlı kəndi yaxınlığında kiçik bir Azərbaycan kəndini
ələ keçirərək onun bütün sakinlərinə qəddarcasına divan tut
muşlar. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin xarici
işlər naziri F.Xoyskinin Ermənistanın xarici işlər nazirinə no
tasında deyilir ki, aprelin 5-də səhər saat 5-də daşnak quldur
birləşmələri Yaradulla kəndinə basqın etmişlər. Əhalinin üçdə
bir qismindən çoxu məhv edilmiş, əmlakları talan olunmuşdur.
Aprelin 8-də bura ikinci dəfə basqın edilmiş, Yaradulla və Tatlı
kəndləri yandırılmışdır.
1920-ci il aprelin 9-da Qazax rayonunun azərbaycanlı
kəndlilərinin barışıq haqqında imzalanmış müqaviləyə əməl
edərək ağ bayraqlar qaldırmasına baxmayaraq, qaniçən Dro-
nun erməni quldur birləşmələri Əskipara, Yuxarı Əskipara,
Aşağı Fərəhli, Xeyrimli, Bənası, Quşçu Ayrım, Ayrım, Salahlı
kəndlərinə basqınlar etmiş və onları tamamilə yandırmışlar.
Dinc əhali arasında çoxsaylı tələfat olmuşdur. Dro bir sıra
qətllərə şəxsən özü başçılıq etmişdir. Bu qətllər zamanı qadın
lar və qocalar ən ağır işgəncələrə məruz qalmışlar.
156
KÜRDƏMİR
1918-ci ilin iyun ayında «Daşnaksütyun» erməni terror təş
kilatının göstərişini yerinə yetirən erməni silahlı quldur birləş
mələri Kürdəmirə basqın edərək evlərə, dükanlara və məscid
lərə od vurmuşlar. Onlar bütün müsəlmanları amansızcasına
öldürür, nə qocalara, nə qadınlara, nə də uşaqlara rəhm edir
dilər. Şahidlərin dediklərinə görə, çoxlarına öldürülməzdən
əvvəl vəhşicəsinə işgəncələr verirdilər. Quldurlar bir oğlan
uşağını süngü ilə deşik-deşik etdikdən sonra onun qan itirə-
itirə necə öldüyünə soyuqqanlıqla tamaşa etmişlər... Kürdəmi
rə basqın nəticəsində 56 ev, iki məscid yandırılmış, Quranın
təfsirinə dair nadir kitablar saxlanılan kitabxana darmadağın
edilmişdir. Quranın özünü isə quldurlar cırıb atmışlar. İstintaq
komissiyası sədrinin 1918-ci il 22 noyabr tarixli məruzəsində
deyilir ki, «...həmin günlərdə ermənilər Cəngi kəndini dağıt
mış, burada 20 adamı öldürmüş (onların burunlarını, qulaqla
rını kəsmiş, başlarını daşa çırpmışlar), Qaravəllidə iki kişini,
Qarabucaqda 7 adamı, Xəlil Qasımbəydə 7 adamı, Ərəbmeh-
dibəylidə 83 adamı, o cümlədən 78 kişini, 4 qadını və bir
oğlan uşağını öldürmüşlər. Adları çəkilən kəndlərdə erməni
quldurları bütün əmlakı talan etmişlər».
LƏNKƏRAN
Ermənilərin 1918-ci ilin martında törətdikləri soyqırımının
qurbanları arasında lənkəranlılar və ətraf rayonların sakinləri
də var idi. «Daşnaksütyun» firqəsinin üzvləri burada 40-a ya
xın kəndi yandırmış, yüzlərlə günahsız insanı qətlə yetirmişdi
lər. Tarixçi alim, professor Anar İsgəndərov «Türk-müsəlman
əhalisinə qarşı həyata keçirilən soyqırımları» adlı silsilə məqa
lələrində yazır ki, Lənkəranda M illi Ordunun təşkili ilə məş
ğul olan «Vəhşi d i v i z i ya»n ı tərksilah etmək üçün bolşeviklər
dəniz vasitəsilə oraya silahlı dəstələr göndərmişdilər. Bu təd
birlər Erməni M illi Şurasının göstərişi ilə həyata keçirilirdi.
157
Bolşevik əsgərləri yolda qarşılarına çıxan müsəlman kəndlə
rini dağıdıb talayır, sonra isə od vurub yandırırdılar. Vilvan,
Veravul, Girdəni, Cil, Osakiiçə və digər kəndlərin sakinləri
qırğınlardan qurtulmaq üçün meşələrə çəkilirdilər. Dinc əhali
talan və qırğınlara son qoyulması üçün Sütəmurdov kəndin
dən 13 nəfər ziyalını qəza rəisi Şıvkunovun yanına göndərir.
Şıvkunov isə onların sözlərinə qulaq asmayıb həmin insanları
qətlə yetirmək barədə əmr verir. Yanvarda başlanan qırğınlar
mart ayında daha da şiddətlənmişdi. Əhali arasında narahatlıq,
həyəcan xeyli artmışdı.
Bu ərəfədə Astara şəhəri bolşevik əsgərləri tərəfindən topa
tutularaq darmadağın edilmiş, əhalinin əksəriyyəti yaşayış
yerlərini tərk etməyə məcbur olmuşdu. Xəzər dənizi sahilin
də Qızılağac ilə Lənkəran arasındakı, demək olar ki, bütün
müsəlman kəndləri «Aleksandr Candar» paroxodu tərəfindən
top atəşinə tutulmuşdu.
Professor A.İsgəndərov daha sonra göstərir ki, Osmanlı qo
şunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana 2
min nəfərlik erməni dəstəsi gəlib yerli əhaliyə divan tutmağa
başlamışdı. Onlar müsəlman yeməkxanalarına girib insanları
təhqir edir, xidmətlərə görə pul ödəmir, Osmanlı türklərin
dən qorunmaq üçün yerli adamları səngər qazmağa məcbur
edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik
mərasimində məscidlərə girib müsəlmanlara öz təziyələrini
keçirməyə mane olurdular. Hətta məscidlərdə müsəlmanla
rı qarət edir, oranı partlatmağa, yandırmağa səy göstərirdilər.
Daşnaklar bu bölgədə yüzlərlə evləri viran qoydular, minlərlə
günahsız insanları müxtəlif işgəncələrlə qətlə yetirdilər. 1918-
ci ilin yanvarından 1919-cu ilin avqustunadək - malakan qiya
mı yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri
tərəfindən 2 min azərbaycanlının həyatına son qoyuldu.
Son illər aparılan arxeoloji qazıntılar nətic.əsində həmin in
sanların sümükləri tapılaraq kənd məzarlığında basdırılmışdır.
158
Dostları ilə paylaş: |