erməni talançılar tərəfindən dağıdılmış və yandırılmış Şuşanı,
Dağlıq Qarabağa bitişik yeddi rayonda məhv edilmiş və təh
qir edilmiş mədəniyyət abidələrini, boşaldılmış kəndləri, Serj
Sarkisyanın keçmiş həmkarları tərəfindən Xocalıda törədilmiş
vəhşiliklər haqqında videokadrları bəzək-düzəksiz işıqlandı
randa həm Ermənistanda, həm də diasporda dərhal hay-küy
qaldırırlar, çünki bu, Ermənistan rəhbərliyinin və diasporun
məqsədlərinə cavab vermir. Onlar «gerçəklik» deyəndə me
dalın yalnız bir üzünü başa düşürlər. Onlar «Arsaxın problem
ləri» və «bugünkü arsaxlının qayğıları» dedikdə yalnız etnik
erməniləri başa düşür, Dağlıq Qarabağ sakinləri olan əhalinin
az qala üçdəbir hissəsinin üstündən qələm çəkirlər. Əgər xa
rici jurnalistlər bu cür məsləhətlərə əməl edərək Dağlıq Qa
rabağ azərbaycanlılarının indi yaşadığı müvəqqəti qəsəbələrə
baş çəksələr, öz doğma yurdlarına qaytarılmasını gözləyən
bugünkü «arsaxlı»-azərbaycanlının qayğılarını bəzək-düzəksiz
işıqlandırsalar, vəziyyətin nə dərəcədə naqolay olacağı aydın
deyilmi? Ermənistan liderləri «obyektiv gerçəkliyi» özləri istə
diyi kimi başa düşürlər. Onlar, Cöbbels kimi, bu gerçəklikdə
erməni olmayanlara yer olmadığını güman edirlər.
Serj Sarkisyan Gorusda Azərbaycanı, onun təbirincə desək,
neftdən əldə edilən dollarları «yalan, saxtakarlıq və qara təbli
ğatın yayılmasına» xərcləməkdə təqsirləndirmiş və ermənilə
rin «bütün dünyadakı insan potensialını» buna qarşı qoyaca
ğını vəd etmişdir. Ola bilsin ki, o, hansısa bir «məxfi silah»
kimi ehtiyatda saxladığı «bütün dünyadakı insan potensialı»
dedikdə, yəqin ki, bu yaxınlarda ABŞ-da ifşa edilmiş əslən
Ermənistandan olan, qoca və imkansız adamları aldadaraq on
ların pullarını oğurlayan, həmin pulları isə korrupsiyaya qur
şanmış konqresmenlərin seçki kampaniyasına kömək adı ilə
onların pul gücünə ələ alınmasına xərcləyən böyük bir cina
yətkar qrupu nəzərdə tuturmuş. Bütün bu illər ərzində ermə
nilər sıravi vergi ödəyicilərindən oğurladıqları pullar hesabına
21
ələ aldıqları senatorların və Nümayəndələr Palatasının üzvlə
rinin dilindən Azərbaycan haqqında və regionda baş verən
proseslər barədə ağlasığmaz yalanlar yayır, qara təbliğat apa
rırdılar. Məlum olmuşdur ki, bu kriminal şəbəkə Ermənistanın
ali vəzifəli məmurlarına bağlıdır. O ki qaldı neftdən əldə olu
nan dollarların taleyi məsələsinə, Ermənistanın rəhbərlərinin
bu barədə narahat olmasına dəyməz. Həmin pullar məktəb
lərin, xəstəxanaların, əsrlər boyu yaşadıqları yerlərdən məhz
bu müharibədə özləri üçün siyasi karyera yaratmış və bu gün
diaspor jurnalistlərinə artıq «qiymətli direktivlər» verən keç
miş səhra komandirləri tərəfindən qovularaq məcburi köçkün
vəziyyətinə düşmüş insanlar üçün müvəqqəti qəsəbələrin ti
kintisinə xərclənir.
Jurnalistlərə ünvanlanmış bu cür xahişlərdən biri də Er
mənistanın hakim rejiminə döyüş meydanında qazanılmış
«qələbə»ni diplomatiya sahəsində möhkəmləndirməkdə kö
mək etməkdir. Bütün bu illər ərzində Ermənistanda hələ də
başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz
törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmə
lər aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla,
əslində, qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu
qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa
düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə
etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndir
mək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlu
biyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiy
yət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin
rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec deyil
vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtar
maq vaxtı çatmamışdırmı?
Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliy
yat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə
çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd
22
sərhədindən ikisi bundan sonra da «qıfıllı» vəziyyətdə qala
caqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz
təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur.
Ermənistanın əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Pro-
•
•
qramının himayəsi altında dərc edilən İnsan Potensialının İn
kişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27
minə qədər adam Ermənistanı tərk edir2. Ermənistanın qeyri-
hökumət təşkilatlarının məlumatına görə isə, 1991-ci ildən
bəri 1,5 milyon nəfər bu ölkəni tərk etmişdir. İyirmi il bundan
əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təq
ribən 3,7 milyon erməni yaşayırdı. Bu gün isə həmin ərazidə
2,2-2,3 milyon erməni yaşayır, yəni burada ermənilərin sayı
40 faiz azalmışdır. Başqa çarə tapmayan və mümkün qədər
tezliklə mühacirət etməyə çalışan ölkə sakinlərinin, demək
olar ki, hamısı, hətta ali rütbəli dövlət məmurları, təhlükəsizlik
orqanlarının generalları da «Green Card» Amerika lotereya
sı oynayırlar. «Gellap» xidmətinin məlumatlarından görünür
ki, postsovet respublikalarından mühacirət etmək arzusunda
olanların ən çoxu Ermənistanda yaşayanlardır - 39 faiz3. Belə
getsə, tezliklə prezident özü də qaçacaqdır. Bütün iri müəssi
sələr artıq bu ölkəyə məxsus deyildir və dövlət borcunu ödə
mək üçün satılmışdır. Ermənistan hər bir ölkədə dövlətçiliyin
rəmzlərindən biri, m illi qürur və nüfuz elementi olan dövlət
sərhədlərini də özü müstəqil qorumağa qadir deyildir. Onun
sərhədləri qorumaq üçün kifayət qədər hərbi qulluqçusu yox
dur. Bu vəziyyətdə o, hələ Azərbaycanın hesabına öz sər
hədlərini genişləndirmək də istəyir. Nə üçün? Yenə də başqa
ölkənin sərhədçilərindən bu sərhədləri qorumalarını xahiş et
mək üçünmü? Ermənistan başqasının ərazisini işğal etmiş və
onu məskunlaşdıra bilməmişdir. Ağır demoqrafik vəziyyətdə
olan bu ölkə özü tezliklə əhalisiz qalacaqdır. Ermənilərin öz
ölkəsini asanlıqla tərk etməsinin və başqa ölkələrə köçüb get
məsinin səbəbini izah etmək çətin deyil - onlarda bu torpağa
23
Dostları ilə paylaş: |