www.vivo-book.com
589
nəĢrə nifrət eləyirdi – o, bu qəzeti oxumayacağına and
içmiĢdi və hər gün bu barədə danıĢırdı. Jülyen buna gülürdü.
Zəmanənin gərdiĢindən narazı olan Jülyeni məcbur
eləyirdi ki, ona Tit
Liviydən nəsə oxusun. BirbaĢa latıncadan edilən improvizəli
tərcümə onun xoĢuna gəlirdi.
Bir dəfə markiz oğlana onun nifrət elədiyi ifrat
nəzakətli tərzdə bir müraciət elədi:
– Əziz Sorel, icazə verin, sizə bir mavi frak hədiyyə
edim. Nə vaxt onu geyinib, yanıma gəlsəniz, mən elə
biləcəm ki, siz qraf Retsanın balaca qardaĢı, yəni mənim
yaxın dostum olan hersoqun oğlusunuz.
Jülyen məsələnin nə yerdə olduğunu tam baĢa düĢməsə
də, həmin axĢam mavi frakı geyinib, markizin otağına gəldi.
Markiz onunla elə rəftar elədi ki, sanki Jülyenlə eyni
təbəqədən idilər. Jülyen əsl nəzakətin necə olduğunu
anlayacaq qədər həssas adam idi, amma onun çalarları
barədə elə də geniĢ təsəvvürü yox idi.
www.vivo-book.com
590
Markizin bu hoqqasına qədər oğlan düĢünürdü ki,
ağasının ona indiyə qədər göstərdiyi hörmətdən artığını
göstərmək mümkün deyil.
“Bu nə istedadlı adamdı!” – Jülyen düĢündü.
Oğlan qalxıb getməyə hazırlaĢanda markiz ayağındakı
podaqra ağrıları səbəbindən onu yola salmadığına görə üzr
istədi.
Bu qəribə hərəkət Jülyeni düĢünməyə məcbur elədi.
“Bəlkə o məni ələ salır?” – öz-özündən soruĢdu.
O məsləhətləĢmək üçün abbat Pirarın yanına getdi.
Pirarsa öz növbəsində onunla markiz qədər nəzakətli olmadı,
cavab olaraq da nəsə burnunun altında donquldandı və
söhbəti dəyiĢdi.
Səhəri gün Jülyen səhər tezdən qara kostyumunu
geyinib, imzalanacaq məktublarla dolu qovluğu qoltuğuna
vuraraq, markizin yanına getdi. Markiz onunla baĢqa cür
davrandı. Dünən, mavi frakda gələndə gördüyü nəzakətsə
tamam fərqliydi.
– Əgər siz xeyirxahlıq göstərib, bu qocaya baĢ çəkəndə
çox darıxmırsınızsa, mənə öz həyatınızdakı əyləncələrdən
www.vivo-book.com
591
danıĢın. Amma tam səmimi olun və hekayətinizi aydın və
əyləncəli eləməyə çalıĢın. Çünki insan əylənməyi
bacarmalıdır – markiz dedi. – Əslinə qalsa, həyatda ən
maraqlı Ģey də elə budur. Ġnsan hər gün müharibədə
həyatımı xilas edə, ya da hər gün mənə bir milyon frank
hədiyyə edə bilməz. Amma indi Rivarol burada, mənim
kürsümün baĢında otursaydı, darıxmaqdan canımı qurtarar
və nə qədər əylənərdim. Mən Hamburqda, mühacirətdə
olanda, onunla elə tez-tez görüĢürdüm ki...
Və markiz Jülyenə Rivarol və dördlükdə görüĢən baĢqa
hamburqlularla bağlı bir neçə lətifəsayaq hadisə danıĢdı.
Sıradan
bir
abbatcığazın
həmsöhbətcilliyilə
kifayətlənməyə məcbur olan cənab de La-Moll, onu necəsə
hərəkətə
gətirmək
istəyirdi.
O, Jülyenin qürurunu
zədələməyi bacardı.
Jülyen özündən gerçək tələb olunduğunu görüb, iki
dəhĢətli gerçəkdən – markizin nifrət elədiyi bir tarixi
Ģəxsiyyətə pərəstiĢ etdiyindən və dinə inanmadığından baĢqa
hər Ģeyi açıq danıĢdı. Onun Ģevalye de Bovuaziylə dueli lap
yerinə düĢdü. Oğlanı Sent-Onore tərəfdəki kafedə söyən
www.vivo-book.com
592
faytonçu məsələsini eĢidəndə markiz gülməkdən uğunub
getdi.
Bu saatlar ağayla iĢçisi arasındakı tam səmimiyyət
vaxtlarıydı.
Oğlanın özünəməxsus xasiyyəti markizə çox maraqlı
gəldi. Əvvəlcə danıĢdıqları gülməli Ģeylə onu əyləndirirdi,
amma sonra markiz fikrə getdi və Jülyen barədə olduğu
yanlıĢ qənaətləri bir-bir düzəltməyə baĢladı.
“BaĢqa kəndçilər Parisə gələn kimi, buranın hər Ģeyinə
heyran qalırlar. Amma bu hər Ģeyə barmaqarası baxır. O
birilərinin heyranlığı aĢıb-daĢır, amma bunda bir damcı da
heyranlıq yoxdu. Ancaq axmaq adamlar bu cavan oğlanın
axmaq olduğunu düĢünə bilər”.
Havanın olduqca Ģaxtalı keçməsi səbəbindən markizin
podaqrası bir neçə ay çəkdi.
“Axı insanlar bəzən xırda, maraqlı Ģeylərə bağlanırlar?
– markiz özü-özünə təskinlik verirdi. – Əgər mən də bu
abbata bağlanmıĢamsa, bundan niyə utanmalıyam ki? Bu
oğlanın özünəməxsus xasiyyəti var. Mən onunla oğlum kimi
rəftar eləyirəm, burada nə var ki? Burada utanmalı nə var
www.vivo-book.com
593
axı? Əgər bu iĢ uzansa, vəsiyyətnaməmdə bir brilyant, beĢ
yüz luidor artıq qeyd olunacaq, vəssalam”.
Oğlanın möhkəm xasiyyətinə yaxĢı bələd olandan sonra
markiz ona gündə bir neçə iĢ tapĢırırdı.
Jülyen dəhĢətlə fərqinə varırdı ki, əyan hər gün ona
dünənkinə zidd tapĢırıq verir. Bu məsələ, Jülyeni olduqca
çətin vəziyyətə sala bilərdi.
Ġndi o, markizin yanına iĢ dalınca gələndə, özüylə bir
qeyd kitabı gətirir, onun qərarlarını kitaba qeyd edir və
markizə qol çəkdirirdi. Daha sonra Jülyen bir adam tutdu və
həmin adam bütün qərarları yazaraq, kitaba əlavə eləyirdi.
Bu iĢ əvvəlcə markizə olduqca darıxdırıcı və mürəkkəb
görünürdü. Amma cəmi iki ay keçəndən sonra o bu iĢin nə
qədər vacib olduğunu baĢa düĢdü. Daha sonra Jülyen ona
təklif elədi ki, bankdan özünə bir nəfər də hesabdar götürsün
və gəlirlər, Jülyenin nəzarəti altında olan torpaqlara görə
baĢa gələn xərclər barədə ikili hesablama aparsın.
Bu tədbirlər markizə öz iĢlərini elə aydınlaĢdırdı ki, indi
öz pullarını özü sərmayə kimi istifadə edə bilirdi. Əvvəllər o
Dostları ilə paylaş: |