www.vivo-book.com
635
Bacısının istəklərini sözsüz yerinə yetirməyə alıĢmıĢ
qardaĢı, nəzakət xatirinə özünü elə göstərirdi ki, guya
qonaqları yarıb keçə bilmədikləri üçün burada dayanmalı
olublar.
– Siz haqlısınız, – Altamira dedi. – Hər Ģeyi həvəssiz
eləyirlər, sonra da heç nə, hətta cinayətlər belə yada düĢmür.
Bax, məsələn, bu ziyafətdə mən sizə o dünyada cəhənnəm
əzablarına layiq görüləcək azı on nəfər göstərə bilərəm.
Onlar özləri də, bütün dünya da bunu unudub
57
. Onlardan
çoxu itlərinin ayağı qırılanda ağlamağa hazırdı. Per-LaĢez
qəbiristanlığında, sizin Parisdə çox yaxĢı ifadə etdiyiniz
kimi, onların qəbirlərini güllərə qərq edəndə, bizə deyirlər
ki, bu adamların sinələrində bütün cəngavərlərin Ģücaəti
gizlənir. Və onların IV Henrixin dövründə yaĢayan ulu
babalarının cəsur hərəkətləri haqqında danıĢırlar. Amma
əgər Araçellinin bütün cəhdlərinə baxmayaraq, məni dar
ağacına çəkməsələr və nə vaxtsa Parisdə öz sərvətimi idarə
57
Bunu narazı adam deyir (“Tartüf” komediyasındaMolyerin remarkası – müəllifin
qeydi).
www.vivo-book.com
636
eləmək hüququ qazansam, sizi səkkiz-doqquz nəfər vicdan
əzabının nə olduğunu bilməyən, hörmətli qatilin iĢtirak
elədiyi nahara dəvət edəcəm. Həmin naharda əli qana
batmayan adamlar bir siz, bir də mən olacam. O naharda
məni qaniçən yakobinçi kimi lənətləyəcək, sizəsə kübar
cəmiyyətə soxulmuĢ kəndli balası olduğunuza görə nifrət
edəcəklər.
– Tamamilə doğrudur! – madmazel de La-Moll dedi.
Altamira təəccüblə Matildaya baxdı. Jülyen qıza tərəf
heç baxmadı da.
– Nəzərə alın ki, mənim baĢında dayandığım inqilab, –
qraf Altamira dedi, – ancaq bu sadə səbəbdən alınmadı ki,
üç adamın boynunu vurub, tərəfdaĢlarımıza açarı məndə
olan sandıqlarda qorunan dövlət milyonlarını paylamadım.
Əgər o üç adamın boynunu vursaydım və o milyonları
paylasaydım, indi məni asmaqdan ötrü ürəyi gedən və o
qiyama qədər mənimlə “sən” deyə danıĢan kralım yaxama
kral ordeni taxardı, çünki o zaman heç olmasa uğurun
yarısını əldə etmiĢ olardım və ölkəmin necəsə bir
www.vivo-book.com
637
konstitusiyası olardı. Həyat belə qurulub – Ģahmat taxtası
kimi.
– Amma o vaxt, – gözləri alıĢıb-yanan Jülyen etiraz
elədi, – siz hələ bu oyunda elə də təcrübəli oyunçu
deyildiniz, indisə...
– Demək istəyirsiniz ki, mən o üç adamın boynunu
vurardım? Və o gün mənə dediyiniz kimi, jirondist rolunu
oynamazdım? Bu barədə sizinlə danıĢaram – Altamira
kədərlə dedi. – Siz dueldə adam öldürəndə; Axı bu o adamı
cəlladın əlinə verməkdən daha məsum hərəkətdi.
– Bilirsiz, – Jülyen dedi, – məqsədə tərəf gedəndə
vasitələrlə oynamaq lazım deyil. Əgər mən toz dənəsi olmaq
yerinə, hansısa hakimiyyətə sahib olsaydım, dörd nəfərin
həyatını xilas etməkdən ötrü, üç nəfəri dar ağacına
göndərərdim.
Onun gözləri məzlum insani mülahizələrə qarĢı qəti
əminlik və nifrətlə parladı. Elə bu vaxt baxıĢları yanaĢı
dayanmıĢ madmazel de La-Mollun gözlərinə sataĢdı; həmin
an oğlanın gözlərində nəzakətli xoĢrəftarlıqla əvəz olunmalı
olan nifrət ifadəsi, əksinə, daha da artdı.
www.vivo-book.com
638
Matilda özünü bərk incidilmiĢ hiss elədi, amma daha
Jülyeni yaddan çıxartmaq iqtidarında deyildi; o, qardaĢının
qolundan yapıĢıb arxasınca çəkərək, hirslə uzaqlaĢdı.
“Ġndi mən punĢ içib, yorulana qədər rəqs eləməliyəm.
Gərək ziyafətin ən yaraĢıqlı oğlanını seçim və qonaqlığın
diqqət mərkəzində olum. Hə, bu da cəmiyyətin ən adlı-sanlı
əclaflarından biri – qraf de Fervak”.
Qız gənc qrafın təklifini qəbul elədi və onlar rəqs
eləməyə getdilər.
“Görək, hansımız daha cəsarətliyik. Amma onunla əla
məzələnmək üçün gərək söhbətə çəkim”.
Kadril oynayanların hamısı sadəcə ədəb qaydalarını
gözləmək üçün rəqsdə iĢtirak eləyirdilər. Heç kim qrafa iti
cavablar verən Matildanın bircə sözünü də qaçırmaq
istəmirdi. Cənab de Fervak çaĢqınlıq içindəydi, o bayaqdan
çox gözəl sözlər hazırlamıĢdı, amma qızın rəftarına baxıb,
ancaq üz-gözünü turĢuda bilirdi. Matilda olduqca əsəbiydi,
qrafa qarĢı amansızlıq eləyirdi və özünə daha bir düĢmən
qazandı. Qız səhərə qədər rəqs elədi və yorulub taqətdən
www.vivo-book.com
639
düĢmüĢ halda evə getdi. Amma karetada oturanda belə
içindəki kədər və darıxqanlıq qızı tərk eləmədi.
Jülyen ona öz nifrətini göstərmiĢdi və indi Matilda da
ona nifrət etməyə bilmirdi.
Jülyen xoĢbəxt idi. Özü də hiss eləmədən, musiqi,
güllər, gözəl qadınlar, ətrafındakı təmtəraq onu məst
eləmiĢdi. Onu hər Ģeydən artıq məst edənsə – hamı üçün
azadlıq, özü üçünsə Ģöhrət xəyallarıydı.
– Nə gözəl ziyafətdi! – O, qrafa dedi. – Adam doymaq
bilmir. Burda çatıĢmayan bir Ģey varmı?
Altamira:
– Var, – dedi.– Fikir çatıĢmır.
Onun üzündəki nifrət ifadəsi ona görə daha aydın
göründü ki, qraf nəzakət qaydalarına əməl edərək, bu nifrəti
gizlətmək istədi.
– Axı burada siz varsınız, qraf! Məgər siz fikirləri olan
adam deyilsiniz?
– Məni bura ancaq adıma görə çağırıblar. Amma sizin
qonaq olduğunuz ziyafət salonlarında fikrə nifrət eləyirlər. O
salonlarda fikri ancaq vodevillərdəki sətirlərdən sitat
Dostları ilə paylaş: |