www.vivo-book.com
886
Bir səhər Jülyenə məktub gəldi. O, xanım de Fervakın
möhürünü tanıdı və məktubu elə tələskənliklə açdı ki, hələ
bu yaxınlara qədər o belə tələskənliyə qadir deyildi. Bu,
sadəcə, bir nahar dəvəti idi.
Oğlan məsləhət üçün təcili Korazova müraciət elədi.
Təəssüf ki, bu cavan rus ən sadə və asan anlaĢıla bilən dildə
danıĢmalı olduğu vaxt, söhbəti elə dolaĢdırdı ki, Jülyen
marĢalın dul arvadının nahar masasında özünü necə
aparmalı olduğunu öyrənə bilmədi.
Xanım de Fervakın Diananın Tyülridəki ziyafət salonu
kimi qızıla tutulmuĢ qonaq otağı, par-par alıĢıb-yanırdı;
divarlar yağlı boya ilə çəkilmiĢ, bahalı çərçivələrə salınmıĢ
rəsm əsərləri ilə dolu idi. Əsərlərin demək olar ki, boyaları
hələ qurumamıĢdı. Sonradan Jülyen bildi ki, əsərlərdəki
hansısa süjetlər xanım de Fervaka yetərincə ədəbli
görünməyib və o bu qüsurların aradan qaldırılmasını tələb
edir.
– Bu əsr, doğrudan da əsl əxlaq əsridir, – Jülyen
düĢündü.
www.vivo-book.com
887
Oğlan otaqda gizli göndəriĢ tərtib edilən vaxt gördüyü
adamlardan üçünü tanıdı. Onlardan biri, xanım de Fervakın
əmisi olan ... yepiskopu ruhani rütbələrin müəyyən olunması
məsələsinə baxır və deyilənə görə o heç vaxt qardaĢı qızının
istəklərinə laqeyd qalmırdı.
Jülyen kədərlə gülümsəyərək öz-özünə dedi:
“Gör, mən haralara gəlib çıxmıĢam? Amma indi bu
Ģeylər mənə elə mənasız görünür ki! Təsəvvür edin ki, mən
...yepiskopu ilə nahar eləyirəm”.
Nahar olduqca bəsit, söhbət isə dözülməz dərəcədə
qıcıqlandırıcı idi.
“Bu söhbət lap mənasız bir kitabın giriĢinə oxĢayır, –
Jülyen düĢündü. – Bu evdə adamlar insanı düĢündürəcək ən
böyük problemlər barədə necə əminliklə danıĢırlar? Amma
onlara üçcə dəqiqə qulaq asandan sonra nəyə
təəccüblənəcəyini bilmirsən: danıĢan adamın pafosuna,
yoxsa onun adamı heyrətə salan cahilliyinə?”
Öz iyrənc qeybətləri ilə de La-Molların qəsrinin
havasını korlayan qoca akademik və gələcək professorun
bacısı oğlu, məzlum mirzə Tambo yəqin ki, oxucunun
www.vivo-book.com
888
yadından çıxıb. Məhz bu bayağı adam Jülyenin ağlına saldı
ki, xanım de Fervak onun məktublarına cavab verməsə də,
ola bilər ki, bu namələri yazdıran hisslərə xoĢ münasibət
bəsləyir. Jülyenin uğurları tikan olub, məkrlə dolu ürək
sahibi olan Tambonun gözlərinə batsa da, bu məsələdə onun
ürəyincə olan bir Ģey vardı. Axı insan nə qədər istedadlı,
bacarıqlı olsa da, eyni vaxtda iki yerdə ola bilməzdi – bu
vəziyyətdə ən istedadlı adamın da bacarığı istənilən axmağın
fərasətindən o yana gedə bilməz. Buna görə də, gələcək
professor düĢünürdü ki, əgər Jülyen marĢalın dul qalmıĢ
arvadının məĢuqu olsa, xanım de Fervak ona yaxĢı bir kilsə
verər, özüsə de La-Molların qəsrinədək yerini bərkidər.
Abbat Pirar Jülyenə de Fervakın evindəki uğuru
məsələsində uzun-uzadı bir moizə oxudu. Qatı yansençi və
əxlaq
zəmanəsinin
intibahına,
monarxiyanı
möhkəmləndirməyə iddialı yezuit xanım de Fervakın
salonundakı rəqabət olduqca güclüymüĢ!
www.vivo-book.com
889
XXVIII
MANON LESKO
Nəhayət, priorun axmaqlığına və eĢĢək inadkarlığına
əmin olandan sonra, onun dilini asanlıqla tapmıĢdı: ağa ağ,
qaraya qara deməklə.
Lixtenberq
Rus məktublarında vurğulanan əsas dərs – nitqini
ünvanladığı xanıma açıq-aĢkar etiraz etməmək və heç bir
halda, ona heyran olduğunu hər dəqiqə nümayiĢ
etdirməkdən ibarət idi. Məktubların hamısında bu xətt cidd-
cəhdlə qorunurdu.
Bir dəfə, operada xanım de Fervakın lojasında oturduğu
zaman, Jülyen “Manon Lesko” baletinin tərifini göyə
qaldırmaqla məĢğul idi. Bu təriflərin əsl səbəbi, əslində
www.vivo-book.com
890
oğlanın özlüyündə bu baleti olduqca mənasız bir Ģey hesab
etməsiydi.
Xanım de Fervak dedi ki, bu balet abbat Prevonun
romanından dəfələrlə zəifdir.
“Demək belə? – Jülyen təəccüb və maraqla düĢündü. –
Belə ali ləyaqət mücəssəməsi olan kübar xanım hansısa
romanı tərifləyir?” Xanım de Fervak insanı məhvə aparan
mənfur ehtiraslara tez təslim olan bugünkü gəncliyi öz
iyrənc yazılarıyla yoldan çıxaran bayağı yazarlara həftədə ən
azı iki-üç dəfə öz alçaldıcı münasibətini bildirməyi
müqəddəs borc bilirdi.
– Belə ədəbsiz, təhlükəli əsərlərin arasında – xanım
Fervak davam elədi – “Manon Lesko”, belə demək
mümkünsə, birinci yerdə dayanır. Deyilənə görə, unutqanlıq,
dərindən ləkələnmiĢ qəlbin haqlı iztirabları orada olduqca
gerçəkliklə təsvir olunub, amma bu sizin Bonaparta
Müqəddəs Yelena adasında bu romanın xidmətçilər üçün
yazıldığını deməyə mane olmadı.
Bu sözlər Jülyeni özünə gətirdi.
Dostları ilə paylaş: |