www.vivo-book.com
916
– Siz de La-Molların xanımlarını görmüsünüzmü? – o,
Jülyendən soruĢdu. – Onlar üçüncü yarusda əyləĢiblər.
Jülyen o dəqiqə zala baxdı və lojanın kənarına kifayət
qədər ədəbsizcəsinə dirsəklənəndən sonra Matildanı gördü –
qızın da gözlərində yaĢ parlayırdı.
– Axı bu axĢam onların Opera axĢamları deyil – Jülyen
düĢündü. – Ġnadkarlığa bax!
Tez-tez evlərinə gəlib-gedən xanımlardan birinin təklif
elədiyi yerin üçüncü yarusda olmasına, bu yerin öz ad-
sanlarına yaraĢmadığına baxmayaraq, Matilda anasını bu
axĢam Operaya gətirməyə nail olmuĢdu. O, Jülyenin bu
axĢam xanım de Fervakın yanında olub-olmayacağını
bilmək istəyirdi.
XXXI
ONU QORXU ĠÇĠNDƏ SAXLAMAQ
www.vivo-book.com
917
Bu da sizin sivilizasiyanın əsl möcüzəsi! Siz sevgini adi
bazarlığa çevirməyə nail olmusunuz!
Barnav
Jülyen xanım de La-Mollun lojasına tərəf atıldı. Oğlan
orada ağlayan Matildayla qarĢılaĢdı. Qız ağlayır və heç
ağladığını da gizlətməyə çalıĢmırdı. Lojada bəzi az
əhəmiyyətli adamlar vardı: anasının rəfiqəsi, onlara yeri
təklif edən xanım və bu xanımın bir neçə dost-tanıĢı.
Matilda əllərini Jülyenin əllərinin üstünə qoydu. Qız özünü
elə aparırdı ki, elə bil anasının burada olduğunu unutmuĢdu.
Az qala göz yaĢlarından boğula-boğula bircə kəlmə dedi:
– Mənə inanın!
“Bircə onunla danıĢmayım” – Jülyen öz-özünə
təkrarlayırdı. O elə həyəcanlanmıĢdı ki, düz üçüncü yarusun
üstündə parlayan çilçırağın iĢığının gözünə düĢdüyünü
bəhanə edərək, gözlərini gizlətməyə çalıĢırdı.
www.vivo-book.com
918
“Mən
danıĢsam,
Matilda
səsimdən
necə
həyəcanlandığımı baĢa düĢəcək, səsim məni ələ verəcək.
Onda hər Ģey məhv olub, gedəcək”.
Jülyenin bu dəqiqə özüylə apardığı mübarizə
səhərkindən qat-qat çətin idi. Aradan keçən müddət ərzində
Jülyen kövrəlmiĢdi. O qorxurdu ki, Matilda yenə öz qüruru
qarĢısında aciz qala bilər. Sevgi və ehtirasdan ağlını itirsə
də, Jülyen özünü ələ alıb, qıza bircə kəlmə də demədi.
Mənə elə gəlir ki, bu onun xasiyyətinin ən qeyri-adi
cəhətlərindən biriydi: özünü bu qədər məcbur etməyə qadir
insan, çox Ģeyə qadirdir, si fata sinant
65
.
Madmazel de La-Moll inadla Jülyenin onlarla birlikdə
evə getməyini tələb elədi. XoĢbəxtlikdən bərk yağıĢ yağırdı.
Markiza Jülyeni özüylə üzbəüz otuzdurub, yol uzunu onunla
söhbət elədi və Matildayla kəlmə kəsməyə imkan vermədi.
Kənardan baxanda, hətta markizanın Jülyenin xoĢbəxtliyinin
qayğısına qaldığını da düĢünmək olardı. Jülyen daha öz
65
Tale imkan versə (lat.)
www.vivo-book.com
919
hisslərini qəfil ələ verib, hər Ģeyi məhv edəcəyindən
ehtiyatlanmayaraq, özünü hisslərinə təslim etmiĢdi.
Sizə Jülyenin otağına girər-girməz diz üstə çöküb,
knyaz Korazovun ona verdiyi məktubları təkrar-təkrar
öpdüyünü desəm, inanarsınızmı?
“Ġlahi, sən necə də nəhəng insansan! Mən hər Ģeyə, hər
Ģeyə görə sənə borcluyam!” – Jülyen sevindiyindən az
qalırdı qıĢqırsın.
Jülyen tədricən əvvəlki təmkinini geri qaytardı. Ġndi o
özünü böyük savaĢı yarıbayarı udmuĢ sərkərdə kimi hiss
eləyirdi.
– Bunun böyük qələbə olduğu gün kimi aydındır, –
oğlan düĢünürdü. – Amma kim bilir ki, sabah nə olacaq?
Hər Ģeyi bircə dəqiqəyə itirmək olar.
Oğlan qızdırmalı adamlar kimi titrəyə-titrəyə
Napoleonun Müqəddəs Yelena adasında yazdığı “Xatirələr”i
açdı. Düz iki saat Jülyen özünü oxumağa məcbur elədi.
Amma oxuyan təkcə onun gözləriydi, qeyri-adi dərəcədə
həyəcanlanmıĢ ürək və beyin baĢqa Ģeylə məĢğul idi.
www.vivo-book.com
920
“Axı bu qızın qəlbi xanım de Renalın ürəyi deyil”. –
Oğlan dayanmadan öz-özünə bu fikri təkrarlayır, amma
bundan baĢqa heç nə düĢünə bilmirdi.
“Onu qorxu içində saxlamaq lazımdır! – Jülyen
qəfildən kitabı kənara ataraq, qıĢqırdı. – DüĢmən ancaq
adamdan qorxanda tabe olur. DüĢmən qorxanda düĢməninə
üstdən aĢağı baxmağa cəsarət eləmir”.
Oğlan xoĢbəxtlikdən az qala ağlını itirərək, öz balaca
otağında var-gəl eləyirdi. Sözün düzü, bu xoĢbəxtliyin
səbəbi sevgidən daha çox, keçirtdiyi qürur hissiydi.
“Onu qorxu içində saxlamaq!” – Oğlan qürurla öz-
özünə təkrarlayırdı. Onun qürrələnmək üçün əsası vardı.
“Hətta ən xoĢbəxt dəqiqələrdə belə, xanım de Renal
mənim sevgimin onun sevgisi qədər ehtiraslı olmadığından
qorxaraq, əzab çəkirdi. Bu isə… bu əsl Ģeytandı, bu Ģeytanı
islah eləmək lazımdı!
O yaxĢı bilirdi ki, səhər saat səkkizdə Matilda
kitabxanaya gələcək. Odur ki, sabah səhər ancaq saat
doqquzda öz iĢ otağında peyda oldu. Onun ürəyi sevgi və
həsrətdən parçalansa da, soyuqqanlılıqla hərəkət etməli
Dostları ilə paylaş: |