www.vivo-book.com
202
əsas köməkçisi iĢinə keçməsində bərk maraqlıydılar. Bu
məsələyə bu qədər marağın səbəbi təbii ki, hamının bildiyi
kimi, Veryerin əsas küçəsinin Ģərq tərəfini doqquz fut
geniĢləndirmək ehtiyacıydı – çünki bu küçə artıq əsas yola
çevrilmiĢdi.
Odur ki, əgər sökülməli olan üç evin sahibi cənab
Muaro merin əsas köməkçisi, cənab Renal deputat olandan
sonrasa Ģəhər meri vəzifəsinə keçsə, vaxt gələndə o bu iĢə
göz yumar, sökülməli olan evlərsə xırım-xırda dəyiĢikliklərə
məruz qalar və hələ yüz il də yerindən tərpənməzdi.
Cənab Muaronun olduqca imanlı və heç Ģübhəsiz ki,
ədalətli adam olduğuna baxmayaraq, hamı belə fikirləĢirdi
ki, həmin vaxt gələndə o, bəzi Ģeylərə göz yummalı olacaq,
çünki onun özü çoxuĢaqlı ailə baĢçısıydı. Sökülməli olan
evlərdən doqquzusa Veryerin ən adlı-sanlı adamlarına
məxsus idi.
Jülyenin fikrinə görə bu məsələ Fukenin verdiyi
kitablardan birində təsvir olunan Fontenua yaxınlığındakı
döyüĢdən daha əhəmiyyətliydi. BeĢ il əvvəl, axĢamlar
kürenin yanına dərsə getdiyi vaxtdan bəri, Jülyeni
www.vivo-book.com
203
təəccübləndirən Ģeylər az olmamıĢdı. Amma təmkin və
üzüyolalıq özünü tanrıya xidmətə hazırlayan gəncin əsas
keyfiyyətləri hesab olunduğu üçün o bu barədə sual verməyi
özünə yaraĢdırmamıĢdı.
Bir dəfə xanım Renal ərinin Jülyenə nifrət eləyən
xidmətçisinə nəsə göstəriĢ verdi.
– Xanım, axı bu gün cümə günüdü, bu ayın axırıncı
cüməsi – gənc çoxmənalı Ģəkildə dedi.
– YaxĢı, gedin, – xanım Renal razılaĢdı.
– Deməli, o bu gün saman anbarına gedəcək, ora bir
vaxtlar kilsə idi, indi kilsəni təzədən açıblar – Jülyen dedi. –
Axı bunlar orada neynirlər? Bu məsələni heç cürə
aydınlaĢdıra bilmirəm.
– Ora nəsə ruhu təmizləyən, amma çox gizli yerdi, –
xanım Renal cavab verdi. – Ora qadınları buraxmırlar. Bircə
onu bilirəm ki, orada hamı bir-birinə “sən” deyə müraciət
eləyir. Məsələn, bu xidmətçi oğlan orada cənab Valnoya rast
gəlsə, o təkəbbürlü əclaf Sen-Janın ona “sən” deməyinə
acıqlanmaz və özü də oğlana elə müraciət eləyər. Əgər orada
baĢ verənlər barədə daha çox Ģey bilmək istəyirsinizsə,
www.vivo-book.com
204
çalıĢaram cənab Mojirondan və cənab Valnodan soruĢum.
Biz hər xidmətçi üçün ora iyirmi frank ödəyirik ki, gözəl
günlərin birində doxsan üçüncü il qiyamı baĢlasa, onlar bizi
doğramasınlar.
Zamanın necə ötdüyünü hiss eləmək olmurdu. Jülyenin
izzəti-nəfsi ona əziyyət verməyə baĢlayanda o, məĢuqəsinin
gözəlliyini düĢünüb, bir az sakitləĢirdi. Ġkisi də düĢmən
cəbhələrə məxsus olduğu üçün bütün dərin mənalı,
darıxdırıcı söhbətlərdən vaz keçdiklərinə görə, Jülyen özü də
hiss etmədən qadının ona bəxĢ etdiyi xoĢbəxtliyi daha
dərindən hiss eləyir və onun təsirinə daha çox düĢürdü.
Onlar getdikcə daha açıqgözlü olan uĢaqların yanında
danıĢıqlarını təmkinli söhbət çərçivəsində saxlayanda Jülyen
gözləri məhəbbətlə parlaya-parlaya qadının dünyanın
quruluĢ barədə söhbətlərinə qulaq asırdı. Elə olurdu ki,
çəkiləcək yol məsələsi kimi böyük fırıldaqlardan danıĢanda
xanım Renal Jülyenin heyrət dolu üzünə baxa-baxa özünü
unudur və onunla öz uĢaqlarıyla olduğu kimi, sadə və rahat
danıĢırdı – belə hallarda Jülyen onun sözünü kəsməli olurdu.
Doğrudan da, bəzən ona elə gəlirdi ki, o, Jülyeni öz
www.vivo-book.com
205
uĢaqlarından biri kimi sevir. Doğrudan da, axı o, Jülyenin
sadə Ģeylər barədə elə sadəlövh suallarına cavab verməli
olurdu ki, yaxĢı ailədən çıxmıĢ on beĢ yaĢlı oğlan bunları
çoxdan öyrənmiĢ olur. Amma bircə dəqiqədən sonra yenə
Jülyenə heyranlıqla, öz ağasına baxırmıĢ kimi baxırdı.
Oğlanın ağlı onu elə heyrətləndirirdi ki, qadın hərdən
qorxurdu, o bu gənc rahibin gələcəkdə böyük iĢlər
görəcəyinə hər gün daha çox əmin olurdu. Xanım Renal
Jülyeni gah papanın, gah da baĢ RiĢelye kimi baĢ nazirin
yerində görürdü.
O tez-tez Jülyenə deyirdi:
– Görəsən, sənin o Ģöhrətin zirvəsində olduğun
günlərini görə biləcəyəmmi? Ġndi böyük adamların yolu hər
yerdə açıqdır, kilsənin də, kralın da qüdrətli insanlara
ehtiyacı var. Zadəgan salonlarında bütün günü bundan
danıĢırlar. Əgər RiĢelye kimi bir adam peyda olub, bütün bu
qarmaqarıĢıqlığa və hərc-mərcliyə son qoymasa, biz
fəlakətdən qaça bilməyəcəyik.
www.vivo-book.com
206
XVIII
KRAL VERYERƏ GƏLĠR
Sizi, damarlarında qanı donmuş, ruhsuz xalqı murdar
ət kimi tullamaq lazımdır...
Yepiskopun
Müqəddəs
Kliment
kilsəsindəki
moizəsindən...
Sentyabrın üçündə, axĢam saat onda Veryerin mərkəzi
küçəsindən atla çaparaq keçən jandarm bütün Ģəhəri ayağa
qaldırdı. Onun gətirdiyi xəbərə görə zati-aliləri kral ***
bazar günü Ģəhərə təĢrif buyuracaq – bu günsə həftənin
ikinci günüydü. Bələdiyyə sədri əmr verdi ki, kralı
qarĢılayacaq fəxri qaravul üçün cavan oğlanlar seçilsin: hər
Ģey mümkün qədər kübar və təntənəli olmalıydı. Xəbər o
dəqiqə bütün Verjiyə yayıldı. Cənab Renal gecə atını minib
Ģəhərə gələndə bütün Veryeri həyəcan içində gördü. Hərənin
Dostları ilə paylaş: |