www.vivo-book.com
362
– Əlbəttə, ay Ģirin rahib oğlan, mən sizin Ģəhər
paltarınızı saxlayaram. – “Səfir mehmanxanası”nın sahibəsi
dedi. – Saxlamaq nədi, mən lap onu tez-tez havaya da
verərəm – axı belə havada mahud paltarı uzun müddət bir
yerdə saxlamaq olmaz.
Qadın açarı çıxarıb, özü oğlanı otağa ötürdü və ona
məsləhət gördü ki, burada qoyub getdiyi hər Ģeyi bir kağıza
qeyd eləsin.
Oğlan rahib paltarında mətbəxə gələndə gonbul qadın
özünü saxlaya bilmədi:
–Ġlahi, əziz abbat Sorel, bu paltar sizə necə də yaraĢır!
YaxĢı, indi mən sizə yaxĢı bir nahar verərəm. – Səsini
alçaldaraq davam etdi. – Narahat olmayın – nahar cəmi
iyirmi su tutacaq, nəzərə alın ki, baĢqalarından əlli su alıram,
amma siz gərək cibinizin qayğısına qalasınız.
– Mənim on luidorum var – Jülyen fəxrlə dedi.
– Ġlahi! – sahibə qorxmuĢ halda dedi. – Bunu heç belə
ucadan deyərlər? Bezanson cibgirlərlə, fırıldaqçılarla
doludu. Göz açıb yumunca cibinizi soyarlar. Bir də yadda
www.vivo-book.com
363
saxlayın – kafelərə çox da getməyin, orada belələri qarıĢqa
kimi qaynayır.
– Deməli, belə! – bu məlumatdan qayğılanan Jülyen
dilləndi.
– Siz baĢqa heç yerə nahara getməyin, həmiĢə mənim
yanıma gəlin, mən sizə həmiĢə qəhvə də verərəm. Bilin ki,
burda həmiĢə sizi isti nahar və yaxĢı adamlar gözləyir – özü
də cəmi iyirmi suya. Ġnanın mənə, sizi aldatmıram. Keçin o
masanın arxasında oturun – özüm sizə qulluq eləyəcəm.
– Yox, mən yemək yeyə bilmərəm, – Jülyen dedi. –
Mən çox həyəcanlıyam; axı burdan çıxıb düz seminariyaya
getməliyəm.
Amma rəhmdil və gonbul mehmanxana sahibəsi
oğlanın ciblərini yer-yeməli Ģeylərlə doldurandan sonra
buraxdı. Axır ki, Jülyen öz dəhĢətli məhbəsinə getdi. Qapıda
dayanan sahibə ona yolu göstərdi.
www.vivo-book.com
364
XXV
SEMĠNARĠYA
Hərəsi səksən üç santimlik üç yüz otuz altı nahar,
hərəsi otuz səkkiz santimlik üç yüz otuz altı şam yeməyi,
şokolad da rütbələrə görə paylanır – bundan nə qazanmaq
olar ki?
Bezansonun Volnosu
Darvazaların üstündəki qızılı rəngli dəmir xaçı o,
uzaqdan gördü. Aramla darvazalara yaxınlaĢdı – ayaqları
sözünə baxmırdı.
– Bu da heç vaxt canımı qurtara bilməyəcəyim
cəhənnəm – özü də yer üzündə.
Axır ki, ürəklənib zəngi çaldı. Zınqırovların səsi aləmi
baĢına götürdü, bu səsi eĢidən adama elə gələrdi ki, burada
www.vivo-book.com
365
heç kim yaĢamır. On dəqiqədən sonra qapqara paltarlı, rəngi
avazımıĢ bir adam darvazalara yaxınlaĢdı.
Jülyen ona baxıb, tez də gözlərini aĢağı saldı. Bu
adamın qəribə üzü vardı. YaĢıl, ĢiĢkin gözlərinin qarası piĢik
gözləri kimi irilənmiĢdi – göz qapaqlarına baxan kimi
bilmək olurdu ki, ondan mərhəmət gözləmək lazım deyil.
Nazik dodaqları qabağa çıxmıĢ diĢlərinin üstündə yarımdairə
cızmıĢdı. Buna baxmayaraq onun üzündə eybi yox idi –
bəlkə də bu ifadə tam laqeydliyin göstəricisiydi, busa insanı
hər Ģeydən çox qorxuda bilər. Bu mömin bəndənin qəmgin
və çəlimsiz vücuduna baxan Jülyen ancaq bir Ģey baĢa düĢdü
– o, göylərdən mükafat yağdırmayacaq hər Ģeyə qarĢı dərin
ikrah hiss eləyirdi.
Jülyen özünü məcbur eləyib, gözlərini qaldırdı – ürəyi
elə döyünürdü ki, dili söz tutmurdu. O, qırıq-qırıq danıĢaraq,
çətinliklə baĢa saldı ki, seminariyanın rektoru cənab Pirarı
görməlidir. Qara adam bircə kəlmə də kəsmədən ona
arxasınca gəlməyi iĢarə elədi.
www.vivo-book.com
366
Onlar hamısı kənara əyilmiĢ ağac məhəccərləri və yana
əyilmiĢ əyri pillələri olan, az qala bu dəqiqə yıxılacaq kimi
görünən enli pilləkənlə yuxarı qalxdılar və
üstünə sadə ağacdan iri, qara rəngə boyalı qəbiristanlıq xaçı
vurulmuĢ balaca qapının yanına gəldilər. Qapı çətinliklə
açıldı, bələdçi Jülyeni divarları əhənglə ağardılmıĢ alçaq
tavanlı, qaranlıq bir otağa apardı – zaman otağın
divarlarından asılmıĢ iki iri Ģəkli qaraltmıĢdı.
KiĢi Jülyeni tək qoyub getdi. Oğlan dəhĢətdən donub
qalmıĢdı – ürəyi Ģiddətlə döyünür, ağlamaq istəyir, amma
bacarmırdı. Otaqda ölü sükut vardı. Ona əbədiyyət kimi
görünən on beĢ dəqiqədən sonra bələdçinin əsəbi üzü otağın
o baĢındakı qapıdan göründü – o səssizcə baĢıyla Jülyenə
onun arxasınca gəlməsini iĢarə elədi. Jülyen o biri otağa
keçdi. Bu otaq da birinci kimiydi, amma əvvəlkindən daha
qaranlıq idi. Otağın divarları da əhənglə ağardılmıĢdı, amma
boĢ idi. Təkcə küncdə, qapının yanında rənglənməmiĢ
taxtadan yataq, iki hörmə kətil və küknardan hazırlanmıĢ,
üzlüksüz balaca kürsü vardı.
www.vivo-book.com
367
Jülyen otağın o biri baĢında, saralmıĢ ĢüĢələri olan,
qabağı çirkli, rəngli bankalarla dolu balaca pəncərənin
qabağında, kürsüdə oturmuĢ nimdaĢ cübbəli bir adam gördü.
Deyəsən, onun nəyəsə bərk acığı tutmuĢdu – qarĢıdakı kağız
dəstlərindən balaca, dördbucaqĢəkilli vərəqlər götürür, hər
birinin üstünə bir neçə söz yazır və qarĢısındakı masanın
üzərinə düzürdü.
Adam Jülyeni görmürdü. Osa otağın ortasında, otaqdan
çıxıb, qapını arxasınca örtmüĢ bələdçinin göstərdiyi yerdə
dayanmıĢdı.
Beləcə on dəqiqə keçdi. NimdaĢ paltarlı adam masanın
arxasında oturub, yazmaqda davam eləyirdi. Jülyen elə
həyəcanlanmıĢ, elə qorxmuĢdu ki, ayaq üstə güclə dayanırdı,
ona elə gəlirdi ki, indicə yıxılacaq.
Bu halı görən hansısa filosof yəqin ki, belə deyərdi
(əlbəttə ki, haqlı olaraq): “Eybəcər birinin gözəllik
sevgisiylə dolu qəlbə təsiri belə dəhĢətli olur!”
Masa arxasında yazı yazan adam baĢını qaldırdı. Jülyen
bunun fərqinə gec vardı, amma adamın baĢını qaldırdığını
görəndən sonra da tərpənmədən dayanmağına davam elədi –
Dostları ilə paylaş: |