www.vivo-book.com
443
Qapı qəfildən açılanda Jülyen istefa məktubunu
maraqla oxuyan abbata tamaĢa eləyirdi. Olduqca bahalı
paltar geyinmiĢ xidmətçi otağa girəndə Jülyen güclə macal
tapıb baĢını döndərə bildi: sinəsində xaç olan qocanın otağa
daxil olduğunu görüb, Jülyen tez dizlərini yerə ataraq təzim
elədi: yepiskop oğlanın üzünə mehribanlıqla gülümsəyib,
tağın dərinliklərinə doğru addımladı. YaraĢıqlı abbat da
onun dalınca getdi.
Jülyen qəbul otağında tək qaldı – indi otaqdakı
təmtərağa yaxından və diqqətlə tamaĢa etməyə heç kim
mane olmurdu.
Məntiqi və uzunmüddətli mühacirət çətinliklərinin
köhnəldə bilmədiyi ağla sahib Bezanson yepiskopunun
yetmiĢ beĢ yaĢı vardı və on ildən sonra nə baĢ verəcəyi onu
elə də maraqlandırmırdı.
– Qəbul otağındakı o narahat baxıĢlı seminariya tələbəsi
kimdi? – yepiskop soruĢdu. – Məgər mənim göstəriĢimə
görə, onlar bu saatda yatmalı deyillər?
– Amma bunun gözünə yuxu getməzdi, zati-
müqəddəsləri. O sizə olduqca vacib bir xəbər gətirib: bizim
www.vivo-book.com
444
yeparxiyadakı
46
sonuncu yansençinin istefa məktubunu.
Axır ki, bu dəhĢətli abbat Pirar ondan nə istədiyimizi baĢa
düĢdü.
– Deməli, belə?! – yepiskop kinayəli təbəssümlə dedi. –
Mərc gələrəm ki, siz onun yerinə daha layiqli adam tapa
bilməzsiniz. Və belə adamların qədrini biləsiniz deyə, mən
onu sabah nahara çağırıram.
BaĢ vikari vəzifəyə namizəd barədə nəsə demək istədi.
Amma yepiskop indi iĢgüzar əhvalda deyildi. O dedi:
– BaĢqasını gətirməzdən əvvəl, hələ görək, bu necə
gedəcək. O tələbəni yanıma çağırın: həqiqət uĢaqların
dilindədi.
Jülyeni çağırdılar.
– Ġndi mən iki inkvizatorla kəllə-kəlləyə gələcəm, – o
düĢündü.
Ġlk dəfəydi ki, oğlan özündə bu qədər cəsarət hiss
eləyirdi.
46
yeparxiya – yepiskopun idarə elədiyi dini inzibati ərazi
www.vivo-book.com
445
O içəri girəndə cənab Valnodan daha yaxĢı geyinib-
kecinmiĢ iki xidmətçi zati-alilərini soyundururdu. Abbat
Pirar barədə nəsə soruĢmazdan əvvəl, yepiskop Jülyenə
dərsləri barədə suallar verməyi vacib bildi.
Zati-aliləri ona doqmatika barədə bir neçə sual
verəndən sonra heyran oldu. Sonra klassiklərə – Vergiliy,
Horatsiy, Siserona keçdi.
“Mənim evimi elə bunlar yıxdı – siyahıda yüz doxsan
səkkizinci yeri tutmağım bunlara görə oldu, – Jülyen
düĢündü. – Amma indi itirəcək bir Ģey yoxdu, gərək
özümüzü göstərək”.
Oğlanın ulduzu doğrudan da parladı. Özü də klassika
bilicisi
olan
yepiskop
heyran
qalmıĢdı.
ġəhər
bələdiyyəsindəki naharda iman əhli olmağıyla ad çıxarmıĢ
bir gənc qız Maqdalena barədə poema oxumuĢdu. Yepiskop
ədəbiyyat barədə danıĢmaq istəyirdi – o abbat Pirarı və
bütün baĢqa iĢlərini unudub gənc seminariya tələbəsiylə
Horatsinin varlı, yoxsa kasıb olduğunu müzakirə eləyirdi.
Yepiskop müxtəlif Ģeirlərdən sitatlar gətirir, amma
yaddaĢı tez-tez onu pərt eləyirdi. Zati-aliləri çaĢdığı yerdə
www.vivo-book.com
446
Jülyen olduqca təvazökar Ģəkildə Ģeiri əzbərdən davam
eləyirdi. Yepiskopu heyran qoyan Ģeylərdən biri də buydu
ki, Jülyen iyirmi-otuz Ģeiri dalbadal latınca tələffüz edəndə
də söhbətin ahəngini dəyiĢmir və bunu elə eləyirdi ki, elə
bil, seminariyada baĢ verən gündəlik hadisələrdən danıĢırdı.
Onlar Vergiliydən də bir xeyli danıĢdılar. Axırda yepiskop
özünü gənc tələbəni tərifləmək zövqündən məhrum eləmədi.
– Siz bu elmləri çox gözəl mənimsəmisiniz.
– Zati-müqəddəsləri, – Jülyen cavab verdi, – sizin
seminariyanızda bu kimi tərifə layiq ola biləcək daha yüz
doxsan yeddi tələbə var.
Bu rəqəmdən heyrətlənmiĢ yepiskop:
– Bu necə ola bilər axı? – deyə soruĢdu.
– Mən rəsmi sənədlə bunu zati-müqəddəslərinizə sübut
edə bilərəm. Seminariyadakı imtahanlar vaxtı mən elə bu
cür, zati-müqəddəslərinizin belə yüksək qiymətləndirdiyi
kimi cavab vermiĢdim və yüz doxsan səkkizinci yerə çıxa
bildim.
– Həə! Deməli, sən abbat Pirarın həmin sevimli
tələbəsisən! – yepiskop gülüb cənab Frilerə baxdı. – Biz
www.vivo-book.com
447
buna oxĢar nəsə gözləyirdik. Amma bu ədalətli müharibədi.
Düz deyilmi dostum – o, Jülyenə baxdı – sizi bura
göndərmək üçün yataqdan qaldırdılar eləmi?
– Bəli, zati-müqəddəsləri. Cənab ġas-Bernara kilsəni
bəzəmək üçün çıxdığımı hesaba almasaq, mən indiyə qədər
bir dəfə də olsun, seminariyanı tərk etməmiĢəm.
– Optime, – yepiskop dedi. – Deməli, o sultanları taxt-
rəvanın üstündə quraĢdıran cəsur oğlan sizsiniz? Mən hər il
o sultanlara baxanda diksinirəm – qorxuram ki, onlar bizə
insan həyatı bahasına baĢa gəlsin. Dostum, siz çox qabağa
gedəcəksiniz. Amma mən sizi ac qoyaraq, parlaq olacağına
inandığım mərtəbənizi yarıda kəsmək istəmirəm.
Yepiskop əmr elədi ki, süfrəyə Ģirin kökə və bir cürdək
Malaqa
47
Ģərabı versinlər. Jülyen iĢtahayla, yepiskopun
iĢtahayla və Ģad-Ģalayın yemək yeyən adamlardan xoĢu
gəldiyini bilən abbat Frilersə daha həvəslə yedi.
Gecənin belə xoĢ keçdiyindən daha çox məmnun qalan
yepiskop Jülyenlə kilsə tarixi barədə danıĢmağa cəhd elədi.
47
İspaniyada şəhər
Dostları ilə paylaş: |