www.vivo-book.com
42
– Alın, bu pulu. Qoy oğlunuz mahud alverçisi cənab
Düranın yanına gedib özü üçün qara paltar sifariĢ versin.
– Bəs mən oğlanı iĢdən çıxartsam, o paltar oğluma
qalacaq? – qoca kəndli özünün bütün saxta hörmətkarlığını
unudub soruĢdu.
– Əlbəttə.
– Neynək, – Sorel tələsmədən dilləndi. – Onda qalır
təkcə əməkhaqqı məsələsini danıĢmaq.
– Necə yəni? – cənab Renal heyrətlə dedi. – Bu
məsələni biz dünən danıĢmıĢıq axı. Mən dedim ki, ona ildə
üç yüz frank verəcəm. Bu bəs eləyər, hələ mənə qalsa, bir az
da artıqdır.
– Siz belə təklif eləmiĢdiniz, razıyam – Sorel indi
daha aramla danıĢırdı və qəfildən o ancaq bizim
franĢkonteyli kəndçiləri tanımayanları heyrətə gətirə biləcək
diribaĢlıqla merin üzünə baxaraq dedi – amma bizə bundan
da çox verən tapılar.
Bu sözlərdən sonra merin sifəti əyildi. Amma o tezcə
də özünü ələ aldı və düz iki saat çəkən, bircə kəlmə də artıq
kəlmənin iĢlənmədiyi, kəndçi hiyləgərliyinin varlı bicliyini
www.vivo-book.com
43
üstələdiyi uzun və müdrik söhbət baĢladı. Jülyenin yeni
həyatının bütün Ģərtləri danıĢıldıqdan sonra alınan qəti
qərara əsasən onun nəinki maaĢı dörd yüz franka qaldırıldı,
həm də bu pulların hər ayın əvvəlində verilməsi
razılaĢdırıldı.
– YaxĢı, mən ona ayda otuz beĢ frank verəcəm –
cənab Renal dedi.
– Yuvarlaq rəqəm alınsın deyə, məncə, bizim mer
kimi varlı və səxavətli bir zat ayda otuz altı frank da
verməyə xəsislik eləməz – qoca Sorel hiyləgərliklə dedi.
– YaxĢı, – cənab Renal dedi – amma söhbətimiz
burada qurtarır.
Onun qəzəbi bu dəfə səsinə lazım olan sərtliyi verdi.
Qoca Sorel baĢa düĢdü ki, daha dirəĢmək olmaz.
Elə bu vaxt cənab Renalın hücumları baĢladı. O, ilk
ayın maaĢını oğlunun əvəzinə almağa çox can atan qoca
Sorelə pul vermək istəmirdi. Cənab Renal bu arada düĢündü
ki, axı bu söhbətdə hansı rolu oynamağa məcbur olduğunu
da arvadına danıĢmalıdır.
www.vivo-book.com
44
– Sizə verdiyim yüz frankı mənə qaytarın, – mer
əsəbi səslə dedi. – Cənab Düranın mənə borcu var.
Oğlunuzla özüm onun yanına gedərəm və paltarı özüm
sifariĢ verərəm.
Bu qəfil hücumdan sonra Sorel baĢa düĢdü ki, indi ən
uyğun hərəkət merə hörmət hissiylə dolu kəlmələr
yağdırmaqdır. O, buna düz on beĢ dəqiqə sərf elədi. Merdən
baĢqa heç nə qopara bilməyəcəyini anlayandan sonra təzim
edə-edə çıxıĢa sarı getdi. Qapıdan çıxanda axırıncı dəfə
təzim eləyib:
– Sabah oğlumu qəsrə göndərərəm – dedi.
Cənab merin himayəsində olan Ģəhərlilər ona
yarınmaq üçün merin yaĢadığı evə qəsr deyirdilər.
Özünün miĢarxanasına qayıdan Sorel nə qədər çalıĢsa
da, oğlunu tapa bilmədi.
Bütün təhlükələrdən qorxan və iĢin axırının nə
olacağını bilməyən Jülyen gecə evdən qaçmıĢdı. O,
kitablarını və özünün ġərəf Legionu niĢanını etibarlı yerdə
gizlətmək qərarına gələrək hamısını dostu Veryerin baĢı
www.vivo-book.com
45
üstündə ucalan, dağlarda yaĢayan cavan odun alverçisi
Fukenin yanına aparmıĢdı.
O peyda olan kimi, atası onun üstünə qıĢqırdı:
– ZəhləmgetmiĢ avara! Neçə ildir sənə çörək verirəm,
heç allahından qorxmursan? ġələ-küləni yığ, haydı cənab
merin evinə.
Döyülmədiyinə çox təəccüblənən Jülyen tələsdi.
Amma atasının gözündən uzaqlaĢan kimi, addımlarını
yavaĢıtdı. DüĢündü ki, bir riyakar kimi daha da bərkiməlidir
və bunun üçün kilsəyə getmək pis olmazdı.
Bu söz sizi təəccübləndirdi? Amma bu dəhĢətli sözə
çatana qədər gəncin ruhu uzun bir yol keçməli olmuĢdu.
Hələ uĢaq yaĢlarından, altıncı alayın uzun, ağ plaĢlı,
qara dəbilqəli dəstələrini görəndən bəri – bu dəstələr
Ġtaliyadan qayıdırdılar, atları da atasının barmaqlıqlı
pəncərəsinin altında dayanmıĢdı – Jülyen hərbiçi olmaq
istəyirdi.
Sonra, yeniyetmə vaxtlarında o heyrətlə ağzını açıb,
nəfəs dərmədən qoca alay loğmanının Lodi, Arkolsk
körpüsü üstündə, Rivoli yaxınlığında gedən döyüĢlər haqda
www.vivo-book.com
46
söhbətlərinə qulaq asır və qocanın öz niĢanına necə sevgiylə
baxdığını görürdü.
Jülyenin on dörd yaĢı olanda Veryerdə kilsə tikməyə
baĢladılar. Bu balaca Ģəhərcik üçün kilsəni olduqca gözəl
hesab etmək olardı. Kilsənin dörd mərmər sütunu Jülyeni
heyrətə gətirmiĢdi. Bu mərmər dirəklərin sorağı bütün
həndəvərə yayıldı, bu dirəklərə görə məhkəmə hakimiylə
Bezansondan gələn və yezuit cəmiyyətinin casusu olduğu
güman edilən cavan rahibin arasında düĢmənçilik baĢladı.
Deyilənə görə, bu məsələdən sonra hakim az qala
vəzifəsindən olacaqmıĢ.
Axı, deyilənə görə, hər iki həftədən bir Bezansona
gedib, yepiskopun özüylə müzakirələr aparan cavan rahiblə
mübahisə eləmək məhz onun ağlına gəlmiĢdi.
Bu arada çoxuĢaqlı ailə sahibi olan hakim bir neçə
ədalətsiz qərar
çıxarmıĢdı: bu qərarların hamısı
“Konstityusonel” qəzetini oxuyan Ģəhərlilərin əleyhinə
yönəlmiĢdi. Qələbə ağıllı tərpənənlərə nəsib oldu. Əslinə
qalsa, söhbət qəpik-quruĢdan, cəmi beĢ frankdan gedirdi.
Dostları ilə paylaş: |