33
-
Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv
et! Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq bizə çox
artıq təsir etdi.
Hacı Səməd dedi:
-
Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə
bir məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, içindəki
cana bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün gö-
rərsən. Atalarından bunu eşitcək bacı və qardaş sevinə-sevinə
nağıla müntəzir dayandılar. Hacı Səməd ruznaməni yerə
qoyub çeşməyi gözlərindən çıxartdı və başladı:
-
Qızım, Qafqaz şəhərlərinin birində usta Səttar adlı bir
sərrac öz arvadı Şərəfnisa ilə yaşıyor idi. Bunlar İran əhli
idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçməgə görə
vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Səttar sərraclıq
edib külfətini birtəhər dolandırırdı. Usta Səttarın övladdan
yalnız altı yaşında Tutu adlı bircə qızı var idi. Tutu çox qara
və çirkin idi. Anası ona körpə vaxtından “Qaraca qız” deyib
çağırdığına görə əsl adı unudulub, hər kəs onu bu ad ilə çağı-
rırdı. Qaraca qız çox nadinc idi və özü qız taifəsi ikən qızlar
ilə oynamağı sevməzdi. Həmişə oğlan uşaqları ilə oynayardı.
Uşaqlar Qaraca qızdan qorxardılar; çünki o, çox cürətli idi və
yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız
həmişə zəifin tərəfini dutar idi. Qaraca qızı ata-anası nadinc-
liyi üçün nə qədər döyərdilərsə də, əsla ağlamazdı. Anası
ondan qonşulara şikayət edib deyərdi:
-
Qaraca qızı su batırmaz, od yandırmaz.
Amma bunun ilə belə Qaraca qız çox rəhimli, səxavətli
qız idi:
hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi.
Usta Səttar sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı.
Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir
dəfə zəlzələ gecə yarısı xalq şirin yatan zaman ittifaq düş-
dügünə görə çox adam çökmüş evlərin altında qalıb tələf
oldu. Səhər açıldıqda ətraf və əknafdan xəlq tökülüb şəhərə