2
«Bu kitaba görə Çinə belə səfər etmək az
olardı»
Abu Yalə əl-Hənbəli
3
Ön söz
Həmd yalnız Allaha мəхsusdur, ona həmd edir, ondan yardım və
məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən
Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs
azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə
bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq
məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki,
Məhəmməd
Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız
müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!”
1
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən,
ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox
kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə)
bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan,
həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!
Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”
2
1
Ali mran, 102.
2
An-Nisa, 1.