Şuşa - Pənahabad realni m əktəbi
ŞUŞA - ALINMAZ QALA
XVIII
əsrin ikinci yarısı Şuşa şəhəri tarixinin ən şanlı səhifələrindəndir. Bu
dövrdə şəhər aramsız hücumlara məruz qalsa da, düşmən qarşısında baş əymə-
miş, özünün alınmaz qala olduğunu dəfələrlə sübut etmişdi. M əhəmmədhəsən
xan Qacar, Fətəli xan Əfşar və Ağa M əhəmm əd xan Qacar kimi m əşhur sərkər-
dələr də qəhrəman Şuşa qalasmı ala bilməmişdilər. Pənahəli xanın və İbrahim-
xəlil xanın mahir azərbaycanlı ustalarının əli ilə yaratdıqları müdafıə qurğuları
düşmən hücumlarının d ə f edilməsində mühüm rol oynamışdı.
Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtına çevrildiyi XVIII əsrin 50-ci il-
lərində İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda ara miiharibələri
özünün ən yüksək həddinə çatmışdı. Azərbaycan-Qacarlar sülaləsinin nümayən-
dəsi M əhəmmədhəsən xan əsas rəqibləri olan Fətəli xan Əfşar və Kərim xan
Zənd üzərində müvəqqəti üstünlük qazandı və Azərbaycanın şimal torpaqlarım
da ələ keçirmək qərarına gəldi. Əsas hücum hədəfı kimi getdikcə güclənən Qa-
rabağ xanlığı seçildi. M əhəm m ədhəsən xan yürüşün uğurla nəticələnməsini
təmin etmək m əqsədilə Azərbaycanm digər xanlarını da Qarabağ üzərinə
hücuma cəlb etməyə cəhd göstərdi. Lakin M əhəm m ədhəsən xamn təklifı ilə
ancaq Qaradağ hakimi Kazım xan və Gəncə hakimi Şahverdi xan Ziyadoğlu ra-
zılaşdı. Digər Azərbaycan xanları onun tələbi ilə Muğana hərbi dəstə göndərə-
cəklərinə vəd versələr də, buna əm əl etm ədilər.58
M əhəm m ədhəsən xan 1757-ci ilin avqustunda 30 minlik ordu ilə Şuşaya
hücuma başladı. Qacar ordusunun əsasını Astrabad, Mazandaran və Gilandan top-
lanmış döyüşçülər təşkil edirdi. Düşmən ordusu Xatın arxı deyilən yerdə düşərgə
salaraq Şuşanı mühasirəyə aldı. Bir aydan artıq davam edən mühasirə zamanı
Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla
nəticələndi. Mirzə Adıgözəl bəy yazır ki, Şuşanın qəhrəman müdafiəçiləri düşmən
əsgərlərini qırır, «azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını
Yaqub Mahmudov
,
Carnal Mustafayev
qarət edib apanrdılar».59 Böyük itki verən və ac-
lığa davam gətirməyən düşmən ordusunda döyüş
intizamı pozuldu. N əticədə M əhəm m ədhəsən
xan Qacar Şuşa qalasım ələ keçirə bilmədi və çox
böyük itkilər verərək geri döndü.
M əhəm m ədhəsən xan Qacarın məğlubiy-
yətindən az sonra Şuşa daha bir hücuma - Ur-
miya hakimi Fətəli xan Əfşarın hücumuna
məruz qaldı. Faktiki olaraq Qaradağ, Marağa,
Urmiya və Təbriz xanlıqlarınm hakiminə çev-
rilmiş Fətəli xan 1760-cı ildə Azərbaycanm
şimal xanlıqlarmı da ələ keçirmək qərarma
gəlmişdi. O, ilk növbədə, Cənubi Qafqazın
açan hesab edilən Qarabağ xanlığmı tabe et-
məyə cəhd göstərdi.
A. Bakıxanov yazır ki, Nadir şahın əsas məmurlarmdan olmuş və İran taxtmı
ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdi və öz or-
dusu ilə Qarabağa gəldi.60
Fətəli xan Əfşarın bu hücumu haqqında məlumat verən Mirzə Camal yazır:
«Urmiya hakimi əvvəllər Pənah xanın yamna mahir elçilər göndərib, onu itaətə
və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq
özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı».61 Pənahəli
xandan rədd cavabı alan Fətəli xan 30 min nəfərlik ordu ilə Qarabağa yürüşə
başladı. Lakin onun Şuşanı qəfil hücumla ələ keçirmək planı baş tutmadı. Belə
olduqda o, Şuşanı mühasirəyə alaraq şəhərin müdafiəçilərini aclıqla taqətdən
salıb öz məqsədinə çatmağa cəhd göstərdi. Əhməd bəy Cavanşir yazır ki, Fətəli
xan Əfşar Pənahəli xandan narazı olan bir çox yerli hakimləri və qonşu xanları
öz ətrafına toplayaraq, Şuşanın 17 verstliyində olan Xocalı kəndində möhkəm-
ləndi. Beləliklə, müharibə partizan müharibəsi xarakteri aldı. Qara Murtuz bəy
və Pənahəli xanın başqa silahdaşlan bu yerlərə bələd olmayan düşmən qüvvə-
lərini müvəffəqiyyətlə tələyə salaraq qınrdılar.62 Şuşanın altı aya qədər davam
etmiş mühasirəsi zamanı Fətəli xanın ordusu ciddi itkilərə məruz qaldı. Şəhəri
ələ keçirmək üçün təşkil edilmiş sonuncu hücum əməliyyatı xüsusilə ağır oldu.
Mirzə Camalın verdiyi məlumatdan aydm olur ki, bu hücum zamanı Urmiya xanı,
ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.63
İbrahim xəlil xan Cavanşir
Rəssamı Rizvan
44
k
Ş U Ş A - P Ə N A H A B A D
Ağa M əhəm m əd şah Qacar
Şuşa şəhərini döyüşlə ələ keçirməyin
mümkün olmadığmı başa düşən Fətəli xan hiy-
ləyə əl atdı. O, öz qızını Pənahəli xanın oğlu İb-
rahimxəlil ağaya ərə vermək və bununla da
guya düşmənçiliyə son qoymaq istədiyini bil-
dirdi. Uzun sürən döyüşlər zamanı xeyli qüvvə
itirmiş və zəifləmiş Qarabağ xam təklifin hiylə
olduğunu başa düşsə də, buna razılıq verdi. Fə-
təli xanın düşərgəsinə gələn İbrahimxəlil ağa
həbs edildi və Urmiyaya aparıldı. A.Bakıxanova
istinad edən V.N.Leviatov yazır: «Urmiya xanı-
nın ordusunun məğlub edilməsi haqqında mə-
lumat olsa da, bağlanmış sülhə görə, Pənah xan
oğlu İbrahimi Fətəli xanın qızına evlənm ək
üçün onun düşərgəsinə göndərməli oldu. Lakin Fətəli xan İbrahimi əsir
götürdüw.64 Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı. Şuşa qa-
lasım ələ keçirə bilmədi.
Şuşa qalası XVIII əsrin 90-cı illərində daha güclü hücumlara məruz qaldı.
Bu dövrdə Azərbaycan türklərinin Qacarlar tayfasından olan Ağa M əhəmməd
xan hakimiyyət uğrunda mübarizədə əsas rəqibləri üzərində qələbə çalaraq İranı
və Cənubi Azərbaycanı öz nəzarəti altına ala bildi. O, bundan sonra əsas diqqəti
Cənubi Qafqazın, o cüm lədən Qarabağ xanlığının tabe edilm əsinə yönəltdi.
Azərbaycan xanları isə öz müstəqilliklərini qoruyub saxlamaq üçün yollar
axtarırdılar. Cənubi Qafqaz hakimləri, o cümlədən Azərbaycan xanları çox güclü
rəqib olan Ağa M əhəm m əd xanın gözlənilən hücumu qarşısında birləşm əyə
cəhd göstərirdilər. Bu işdə Qarabağ xanı İbrahimxəlil xan daha fəal rol oy-
nayırdı. Onun xahişi ilə Car-Balakən hakimi Ö m ər (Ümmə) xan öz ordusunun
bir hissəsini Şuşaya göndərmişdi. A zərbaycanın İrəvan, Lənkəran, Xoy və
Urmiya xanları da bu m əsələdə İbrahim xanla müttəfıq idilər.65 Bundan başqa,
İbrahim xan özünün keçmiş müttəfiqi Kartli-Kaxetiya çan II İrakli ilə də barış-
mışdı. Həmin dövrdə Azərbaycanda baş vermiş hadisələrin şahidi olmuş Mirzə
Camal yazırdı: «Tiflis valisi İrakli xan, İrəvan hakimi M əhəmməd xan və Talış
hakimi Mir Mustafa xan Ağa M əhəm m əd şahın itaətini qəbul etməyəcəkləri və
bir-birinə kömək edib, müttəfıq olacaqları haqqında İbrahim xana and içmiş-
dilər».66