Bədbəxtlik, xüsusi olaraq qadın cinsini izləyər. Bəzi irsi anormallıqlar kimi anadan qız övlada
keçər. Keçərkən də zəifləmək əvəzinə daha intensiv , daha davamlı və dərin olur. O dövrlər
kiĢilər üçün daha yaxĢı idi; sənətləri vardı, siyasət və müharibə, enerjilərini sərf edəcək bir yer
vardı. Bizsə belə deyildik. Biz nəsillər boyunca tək yataq otağını, mətbəxi, hamamı tanıdıq;
minlərcə, milyonlarca addım atar, iĢ görərkən elə eyni kini, doyumsuzluğu içimizdə daĢıdıq.
Mən feministəmmi? Xeyir, yalnız geridə qalanlara daha parlaq bir iĢıq altında baxmaq istəyirəm.
Xatırlayırsanmı? Yay tətillərində dənizdən atılan fiĢəngləri seyr etmək üçün gəmiləri yükləmə
körpüsünə gedərdik. FiĢənglərin arasında bəzən bir dənəsi partlayar, amma göyə çatmazdı.
Budur, anamın, nənəmin tanıdığım daha çox insanın həyatını düĢündüyüm zaman ağlıma yalnız
bu mənzərə gəlir. Yuxarı dırmaĢmaqdansa, yarı yolda partlayan qığılcımlar.
21 noyabr
Bir yerdə oxuduğuma görə Manzoni «NiĢanlılar»ı yazarkən səhər oyanıb qəhrəmanlarını həyatda
tapdıqda çox xoĢbəxt olurmuĢ. Mənsə belə düĢünmürəm. Aradan çox illər keçsə də ailəmdən söz
açmağı çox xoĢlamıram. Anam hafizəmdə sultan sarayının qapısında duran gözətçi kimi
hərəkətsiz və sərt görünüĢüylə qalıb. Bu səhər onunla mənim, mənimlə xatirələrim arasına bir az
yeni hava girsin deyə bağçada gəzindim. AxĢam yağıĢ yağmıĢdı. Göy üzü qərb tərəfdən açıq olsa
da evin arxasında bənövĢəyi rəngli buludlar toplanmıĢdı. Leysan baĢlamadan evə girdim. Qısa
bir müddətdən sonra fırtına baĢladı. Evin içi elə qaranlıq oldu ki, iĢıqları yandırmaq
məcburiyyətində qaldım. Ġldırımdan zərər dəyməsin deyə televizor və soyuducunu da keçirtdım.
Sonra əl fənərini götürüb cibimə qoydum, bir günlük görüĢümüz üçün mətbəxə gəldim.
Amma oturar-oturmaz anladım ki, hələ hazır deyiləm, bəlkə də havada həddən artıq enerji
olduğu üçün düĢüncələrim qığılcımlar kimi ora-bura uçurdu. Buna görə qalxdım, arxamca gələn
Buskla evin içində məqsədsizcə dolaĢdım. Babanla yatdığım otağa girdim, sonra indi yatdığım
otağa -bir zamanlar ananın idi- və artıq istifadə olunmayan yemək otağıynan sənin otağını
dolaĢdım. Otaqdan otağa keçərkən bu evə ilk girdiyim günü xatırladım; heç də xoĢuma
gəlməmiĢdi. Buranı mən seçməmiĢdim. Ərim Avqustonunu qərarıydı, amma o da tələsik
seçmiĢdi. Bir evə ehtiyacımız vardı və çox 13
gözləyə bilməzdik. GeniĢliyi və bağçasının olması bizim ehtiyacımızı ödəyər deyə düĢünmüĢdü.
Bağça qapısını açdığım an zövqsüz, hətta çirkin bir ev olduğunu düĢünmüĢdüm; rəngləriylə
forması heç bir-birinə uyğun gəlmirdi. Bir yanından baxdıqda Ġsveçrə Ģalesinə bənzəyir, o birisi
yandan baxdıqda da ortadakı dairəvi pəncərəsi və pilləli dam sərhəddiylə kanal kənarında
sıralanan holland evlərini xatırladırdı. Uzaqdan baxdıqda da bu ev yeddi ədəd bir-birindən fərqli
bacasıyla bir nağıla yaraĢırdı. Ġyirminci illərdə tikilmiĢdi, amma o dövrün heç bir üslubunu əks
etdirmirdi. Özünəməxsus bir xüsusiliyinin olmaması məni narahat edirdi, bura alıĢmaq üçün
uzun illər çalıĢdım. Elə sənin otağındaykən o birilərdən daha yaxına düĢən bir ildırım iĢığı kəsdi.
Fənəri yandırmaqdansa yatağa uzandım. Bayırda Ģiddətli yağıĢ Ģırıltısı vardı. Külək uğuldayırdı,
içəridə də fərqli səslər vardı; çıtırtılar, taxtaların cırıltısı. Gözlərimi bağladıqda özümü gəmidə
hiss etdim. Sanki çölün üstüylə irəliləyən bir yelkəndəydim. Fırtına ancaq günorta saatlarında
durdu. Otağının pəncərəsindən qoz ağacını iki böyük budağının qırılıb düĢdüyünü gördüm. Ġndi
yenidən mətbəxtdə, öz savaĢ meydanımdayam, yemək yedim və bir-iki tabağı yudum. Busk
ayaqlarımın yanında, bu səhərki həyəcandan yorğun halda yerə sərilmiĢ vəziyyətdə yatır. Ġllər
keçdikcə fırtınadan daha çox qorxur, zorla özünə gəlir.
Sən bağçaya gedərkən aldığım kitabların birində oxumuĢdum ki, insanın doğulacağı ailənin
seçimi də öncədən müəyyənləĢir. Ġnsan o ailənin övladı olurdu ki, yalnız o ana və ata bəzi Ģeyləri
öyrənməyimizi, bir addım, kiçik bir addım daha irəliləyəcəyimizin nizamını saxlayarmıĢ. «Niyə
nəsillər dəyiĢdikcə eyni yerdə qalırıq?» -deyə o zaman özümdən soruĢmuĢdum. «Nədən irəli
getmək əvəzinə geri gedirik?»
Keçən günlərdə bir qəzetin elmi əlavəsində təkamülün hər zaman bizim düĢündüyümüz kimi
olmadığını oxudum. Son nəzəriyyələrə görə dəyiĢmələr mərhələ-mərhələ olmur. Daha uzun bir
qıç, bir damla artıq içə bilmək üçün daha fərqli bir dimdik, yavaĢ-yavaĢ, nəsil-nəsil həyata
keçmir. Qəflətən ortaya çıxır; anadan körpəyə hər Ģey dəyiĢir, hər Ģey bambaĢqa olur. Bunu
təsdiq edən skilet, çənə sümüyü, dırnaq, fərqli kəllə qapağının qalıqları var. Hələ bəzi növlərdə
heç bir ortaqlığa rast gəlinmir. Babası necədirsə, nəvəsi də elə olur. Ġki nəsil arasında bir sıçrama
yaĢanır. Ġnsanın daxili aləmində də eyni Ģeylər olsa necə?
DəyiĢmələr üst-üstə yığılır, yavaĢ-yavaĢ toplanıb bir anda partlayır. Bir anda bir insan ətrafındakı
halqanı qırıb baĢqa biri olmaq qərarına gəlir. Alın yazısı, irsiyyət, bunların biri harada bitib, o
birisi harada baĢlayır? Bir an düĢünərkən bunların içində gizlənən sirr insanı qorxudur.
EvlənməmiĢdən qabaq xalam ruhlarla dost olan astroloq bir dostuna ulduz xəritəmi
çıxartdırmıĢdı. Günlərin birində əlindəki bir kağızla qarĢımda durub, «budur, bu da sənin
gələcəyin» demiĢdi. O kağızda geometrik bir naxıĢ vardı, bir planetdən o birisinə uzanan cizgilər
bucaqlar yaradırdı. Buna baxar-baxmaz «burda uyğunsuzluq, surət yox, sıçramalar, düĢməyə
bənzəyən eniĢlər var» -deyə düĢündüyümü xatırlayıram. Kağızın arxasına yazılmıĢdı: «çətin bir
yürüĢdür, yolun sonuna çata bilmək üçün bütün gücünü səfərbər etməlisən».
Çox təsirlənmiĢdim, o ana qədər həyatın bəzi üzünü görmüĢdüm, bəli, çətinliklər olmuĢdu,
amma bunlar elə-belə çətinliklərdi, uçurumdan çox bir gənclik səngəri idi. Sonra böyüdüm,
qadın, ana, və nənə oldum, həmiĢə bir cızıqda irəlilədim. Qeyri-adi deyilə biləcək tək hadisə
ananın faciəli ölümü idi. Diqqətlə baxılsaydi o ulduz tablosu yalan söyləmirdi, mənim o
kəndəsilli qadına xas həyatımın arxasında həqiqətən sürətli bir hərəkət, kiçik eniĢlər, qəfl
qaranlıqlar, büdrəmələr vardı. YaĢadıqca, bir sevinc yelini gömürən kədərə məğlub oldum,
özümü yerində durarkən addımlarını ağır-ağır yerə vuran əskərlər kimi hiss etdim. Zaman
dəyiĢirdi, insanlar dəyiĢirdi, ətrafımdakı hər Ģey dəyiĢirdi və mən hey tərpənmədən eyni yerdə
durduğumu hiss edirdim.
Bu həyatımın nizamına ən dəhĢətli zərbəni ananın ölümü vurdu. Özümü elə bəsit gördüm ki, bir
an içində yıxıldım- bunun indiyə qədər davam etdiyini düĢünürəm-bir, ya 14
da iki addım atdığım an qəfildən geriyə qayıdıb həyatımın baĢlanğıc nöqtəsinə qayıtdım. O
günlərdə düĢündüm ki, bir də ayağa qalxa bilməyəcəyəm. Mənə elə gəlirdi ki, o ana qədər anlaya
bildiyim hər Ģey artıq dağılmıĢdı. Amma özümü məğlub etmədim. Həyat bizi ona olan
ehtiyacları ilə iləliyə çəkirdi.
Həyat sən idin, dünyaya bapbalaca, kimsəsiz, müdafiəsiz və heç kimsən olmadan gəldin, bu
kədərli və səssiz evi qəfil gülüĢlərinlə, ağlayıĢlarınla doldurdun. Sənin körpə baĢının masayla
divanın arasında ləngər vurduğunu gördüyüm zaman hər Ģeyin bitmədiyini düĢündüm.
Bu təsadüfi qarĢılaĢma nəzərə alınmayacaq comərdliyi ilə mənə bir fürsət vermiĢdi.
Təsadüfi qarĢılaĢma; Morpurqo xanımın əri bir səfərində ibercə bu sözün qarĢılığının olmadığını
söyləmiĢdi. QarĢılaĢma vəziyyətini izah etmək lazım gəldiyində bu sözün ərəbcə qarĢılığından
istifadə edirlərmiĢ. Gülməli deyilmi? Gülməlidi. Tanrının olduğu yerdə raslantıya yer yoxdur,
əlbəttə, onu rəmzləĢdirən o bəsit sözə də. Hər Ģey yuxarıdan nizamlanmıĢ,
müəyyənləĢdirilmiĢdir. BaĢına gələn hər hadisənin bir mənası vardır. Dünyanın bu nizamına
inanmaqda tərəddüt etməyən insanları seçimlərinə görə həmiĢə qısqanmıĢam. Mənə görə ən
gözəl niyyətlərimə baxmayaraq, bunu bacarmırdım: qorxu və ədalətsizlik qarĢısında hər zaman
geri düĢdüm. HəmiĢə daxilimdə insanların üzündə minnətdarlıq duyğusu görmədiyim üçün
üsyan oyandı.
Yorğunam. Bu ana qədər yazdıqlarımı müəyyən bir qayğıyla yenidən oxudum. Görəsən bir Ģey
anlaya biləcəksənmi? Zehnimdə çox Ģey fırlanır, çölə çıxmaq üçün bir-birini mövsüm sonu
endirimli satıĢlardakı xanımların bir-birini itələdiyi kimi itələyir. Fikir yürütmək istədikdə əsla
bir üsul müəyyənləĢdirə bilmirəm, baĢdan sona bir ipdən yumaq düzəldə bilmirdim. Kim bilir,
bəlkə bunu universitetə getmədiyim üçün bacarmadım deyə bəzən düĢünürdüm. Çox kitab
oxudum, lap çox Ģeylə maraqlandım, amma həmiĢə ağlımın bir ucu uĢağın bezlərində, o biri ucu
ocaqdakı yeməkdə, bir ucu da duyğularda oldu. Çöllərdə gəzən bir botanika mütəxəssisi çiçəkləri
müəyyən bir tərtibatla seçər. Özünü maraqlandıranı və maraqlandırmayanı ayırar, qərar verər,
araĢdırar, əlaqələr qurar. Halbuki, bir köçəri düzlərdə dolaĢmağa çıxsa, çiçəklər ayrı bir üsullda
toplanar. Biri sarı, o birisi mavi, üçüncüsü iyli, dördüncüsü uçurumun kənarında olduğu üçün
dərilər. Mənim biliklə əlaqəmin də tam belə olduğunu düĢünürəm. Anan həmiĢə bunu baĢıma
qaxardı. Elə ki, mübahisəyə baĢladıq mən həmiĢə məğlub edərdim. «Səndə dialekt yoxdur, bütün
kəndəsillilər kimi düĢüncələrini ciddi olaraq izah edə bilmirsən» deyərdi.