www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
43
(Feyzabaddan Kabula bir- baĢa təyyarə uçmurdu.)
Səhər təyyarə meydançasına gələrkən Mortəzanın kəndini seyr etdi və öz -
özünə mızıldandı: “HəmiĢə yolunda yaĢıl iĢıq yansın, Mortəza, deyəsən biz üz -
üzə gəlməyəcəyik.” Onu fikirdən sürücünün “Gəldik çatdıq” sözü ayırdı.
Hərbi kəĢfiyyatçılar və azərbaycanlı Əlibaba ilə salamat- laĢdıqdan sonra
vertolyota qalxdı.
Hündür dağlar bir xatirə kimi arxada qalırdı. ElĢadın ürəyinə elə bil
dammıĢdı ki, bir də buralara qayıtmayacaq. Bu- rada keçən narahat həftələr,
aylar, qızğın döyüĢlər, BədəxĢanın hündür, qarlı dağları Kokcanın dumduru,
soyuq suyu, Ģəhid olmuĢ gənc döyüĢçülər, 14 - 15 yaĢlı döyüĢçü - mücahidlər
onun beynində əbədi həkk olundu, həyatında dərin, qəmli izlər buraxdı.
Kunduz təyyarə meydanında ElĢadı DTK-nın müĢavirləri qarĢıladılar və
qərargahlarına apardılar. Onların çoxu ElĢad
haqda eĢitmiĢdi. Zona üzrə baĢ müĢavirlə görüĢdən sonra, o, bəzi
müĢavirlərlə - milliyyətcə tatar olan, Özbəkistanlı Rovkat, Gürcüstanlı Valeri
Çeidze və baĢqaları ilə tanıĢ oldu. Onların əksəriyyəti ElĢaddan 4 - 5 yaĢ böyük
idilər. Adını eĢidib, üzünü görmədikləri “MüĢavir ƏrĢad” haqda çox əfsanələr
eĢitmiĢ- dilər.
Əməliyyat qrupunda müĢavirlərdən yeganə müsəlman olan Səmərqəndli
Rovkat onu gecələməyə dəvət etdi. Səhər ayrılanda ona təzə bir özbək xalatı -
çapan verib dedi: Yaralısan, hava da soyuqdur, bu xalatı geyin, sənə
bağıĢlayıram. Çapan təptəzə idi. GeyilməmiĢdi. ElĢad əvvəl götürmək istəmədi,
ancaq Rovkadın təkidindən sonra çiyninə saldı. Cibindən xırda bir daĢ parçası
çıxarıb, ona uzatdı: “Məndən yadigar olsun, lazuritdir. SSRĠ-yə qayıdandan
sonra üzüyə qaĢ kimi saldırarsan, görüĢümüzü xatırlayarsan.”
Rovkat onu təyyarə meydanından Kabula yola saldı. Sovet təyyarəsi təyyarə
meydanına enərkən raket əleyhinə xü- susi nurslar buraxmağa baĢladı. Təyyarə
sağ - salamat iki dağın əhatəsində olan Kabul təyyarə meydanının təkcə yük
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
44
təyya- rələri olan hissəsinə endi.
Məlum oldu ki, axır vaxtlar mücahidlər xeyli fəallaĢ- mıĢlar. Kabul təyyarə
meydanını, Ģəhərin sovet hərbi hissələri və mülki mütəxəssislərin yaĢadıqları
ərazini raket atəĢinə tutublar. Minik avtomobillərini minalayaraq dövlət
idarələrinin, nazirliklərin yaxınlığında müəyyən məsafədə onu partladır,
günahsız insanların qanını axıdırdılar. Köhnə mikrorayon adlı sovet və əfqan
ordusunun zabitlərinin yaĢadıqları ərazini atəĢə tutur, marketləri partladırdılar.
ElĢad Kabulda bir neçə vaxt hərbi hospitalda, sonra isə nümayəndəliyin tibb
məntəqəsində müalicə olundu. AxĢamlar isə digər əməkdaĢlarla birlikdə
müvəqqəti sakini olduğu “Taqiyevski villa” deyilən DTK-nın qonaq evinə
qayıdırdı. Bu qonaq evunə ona görə “Taqiyevski villa” deyirdilər ki, inqi- labın
ilk illərində bu 2 mərtəbəli evdə azərbaycanlı, DTK-nın
zabiti Zülfüqar Tağıyev öz ailəsi ilə yaĢamıĢdı. Ev imkanlı bir əfqanın
olmuĢ, o, çevriliĢdən sonra xaricə mühacirət etmiĢdi.
O, burada çox qala bilmir. Həyəti qoruyan avçarka - it bu saqqallı, üst -
baĢından əfqan iyi gələn müĢaviri heç cür qəbul etmirdi. Bu, xüsusi hazırlanmıĢ
itlər iyindən və paltarlarından insanları seçirdilər. ElĢadın yerini köhnə
mikrorayonda olan 5 mərtəbəli binada yerləĢən qonaq evinə dəyiĢdilər.
ElĢad BədəxĢanla, orada keçirdiyi döyüĢlərlə bağlı həyat tərzindən sonra
Kabul həyatına, buradakı insanlara uyğunlaĢa bilmirdi. Adamlardan uzaq olmağa
çalıĢır, tənhalıq axtarırdı. Kabul elə bil onu sıxırdı. Elə bil vuruĢmaq istəyir, hiss
edirdi ki, onda döyüĢ sindromu əmələ gəlməkdədir.
Nəhayət onu Kadrlar Ġdarəsinə - rəhbərliyə dəvət etdilər. Kadrlar Ġdarəsinin
rəisi Nikolay Karteyeviç bildirdi ki, onun bir də BədəxĢan vilayətinə qayıtması
məqsədə uyğun deyil. Və onun müavini Dosenko ElĢadın fikrini soruĢdu. O,
cavabında “Mən əsgərəm, əmr gözləyirəm” - dedi, sonra isə əlavə etdi:
“Səhhətim yaxĢıdır, xahiĢ edirəm məni hərbi əməliyyatların getdiyi “qaynar
nöqtələrdən” birinə göndərəsiniz.”
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
45
Belə bir “qaynar nöqtə” Əfqanıstanın cənubunda yerləĢən, Pakistan
sədhədindəki ərazisinin 70%-dən çoxu mücahidlərin nəzarətində olan Zabol
vilayəti oldu.
O vaxt məzuniyyət, vəziyyətlə əlaqədar, iki hissəyə bölünürdü: 15 sutka və
30 sutka. ElĢada 15 sutkalıq SSRĠ-yə - Vətənə məzuniyyət təklif olundu. 3 ildə
xüsusi kurslarda oxu- duğu və Əfqanıstanda xidmət elədiyi illər ərzində ElĢad
ailəsi ilə 2 dəfə görüĢmüĢdü. Həyat yoldaĢı və 2 körpəsi Vətəndə - Qaxda idilər.
15 sutkanın 1 həftəsi yola gedəcəkdi, bir də ki, yaralı vəziyyətdə ailəsinin üstünə
getmək istəməzdi. O, etiraz etdi.
Bir - iki gün nümayəndəliyin müəyyən Ģöbələrində ola- raq, yeni
təlimatlarla tanıĢ oldu, məsul iĢçilər ilə görüĢüb lazım- lı təlimatları aldı. Zabol
vilayəti, orada yaranmıĢ əməliyyat Ģə- raitini əks etdirən sənədlərlə tanıĢ oldu.
Ġkinci günün axırında əməliyyat qrupu üçün nümayəndəli- yin
mağazasından apara biləcəyi qədər ərzaq aldı, karton qutulara qablaĢdırdı.
Əfqanıstanın cənubundakı bir neçə əyalətdə yerləĢən əməliyyat qruplarının
mərkəzi Qəndahardan 20 - 25 km aralı, təyyarə meydanının yaxınlığında
yerləĢirdi. Bu mərkəzə Zabol vilayəti də daxil idi.
Hava Ģəraiti ilə əlaqədar, təyyarələr Qəndahara uçmadı. ElĢad iki dəfə
təyyarə meydanından qayıtdı. Üçüncü gün onu Sovet Ordusunun təyyarəsi ilə
yola saldılar. Təyyarə meydana endi. Hərbçilər hərə öz adamlarını qarĢılayırdı.
ElĢadı isə qarĢılamağa çıxan yox idi. Hava limanında qarmaqarıĢıqlıq idi. Bir
tərəfdə göyə qalxan hərbi “SU” markalı döyüĢ təyyarələri, vertolyotlar, digər
tərəfdə döyüĢdə həlak olmuĢ əsgərlərin tabutları, yaralılar...
ElĢad özünü itirmədi. O, əfqan paltarında idi.Əlində təsbeh, çiynində
avtomat silahı vardı. GiriĢdə əfqan zabitləri ilə görüĢdükdən sonra özünü təqdim
edərək dedi ki, mənə XAD-ın təyyarə meydanı təhlükəsizliyi üzrə çalıĢan
əməkdaĢlar lazım- dır. Zabit saqqallı, barmağında mücahid üzüyü, əlində təsbeh
olan ElĢadı süzdü, kim olduğunu deyəsən, baĢa düĢdü və dedi: “Rəfim, rəfiq
Dostları ilə paylaş: |