TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə47/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   43   44   45   46   47   48   49   50   ...   186

103 

 

ölkəsinin  hökmdarı,  Padan  və  Almanın  hakimi,  kutilərin-ağılsız  adamların  ağası" 



adlandırırdı.  Bu  etnonim  artıq  gerçək  mənasını  itirmiş,  ümumi  mənada  İran 

Kürdüstanı və Cənubi Azərbaycanda məskunlaşmış tayfaları göstərmək üçün istifadə 

olunmuşdur.  Daha  sonrakı  dövrdə  bu  ad  yüksək  üslubda  tərtib  olunmuş  və  arxaik 

dildə yazılmış kitabələrdə tətbiq edilirdi. 

E.ə.  II  minillikdə  lullubilərin  geniş  yayılması  və  əhəmiyyətli  rolu  bir  sıra 

Qədim Şərq materialları ilə təsdiq olunur. Tamamilə şübhəsizdir ki, lullubilər əvvəllər 

kutilərə  məxsus  olmuş  ərazilərin  böyük  hissəsinə  sahib  olmuşdular.  Lullubilər 

məskunlaşdıqları  ərazilərin  qərbində  yerləşmiş  vilayətlərə  də  soxulmuşdular.  Güman 

olunur ki, e.ə. II minilliyin əvvəllərində Aşşur (Assuri) taxtına lullubilər sülaləsi sahib 

olmuşdu. Lullubilərin Qərb istiqamətində irəliləməsini hett mənbələri də təsdiq edir. 

Həmin  mənbələrdə  lula  hi  (lulahi)  adı  qeyd  olunur  ki,  bu  da  xüsusi  kateqoriyalı 

döyüşçüləri təşkil edirmiş. 

E.ə.  II  minillikdə  Ön  Asiya  tarixində  hurri  tayfalarının  rolu  və  əhəmiyyəti, 

əvvəllər  olduğu  kimi,  böyük  idi.  Hələ  e.ə.  III  minilliyin  ikinci  yarısında  hurrilər 

yaşadıqları ərazinin hüdudlarından kənara çıxmağa başladılar. Artıq e.ə. II minilliyin 

əvvəllərində  onlar  Şimali  Mesopotamiyanı,  Suriyanı  və  Kiçik  Asiyanın  bir  çox 

ərazilərini ələ keçirdilər. Hurrilərin adlarına Mari, Babilistan və Elamda rast gəlirik. 

E.ə.  II  minilliyin  ikinci  rübünün  əvvəllərində  hurrilər  Şimali  Mesopotamiya 

ərazisində  Ön  Asiyanın  ən  böyük  dövlətlərindən  birini  -  Mitanni-Haniqalbatı 

yaradırlar. 

Güman  olunur  ki,  Mai(t)ta(n)ne-Mitanni  adı  Urmiyakənari  vilayətin 

(Matienanın)  adında  da  öz  əksini  tapmışdı.  Burada  hələ  e.ə.  I  minillikdə  hurrilər, 

habelə  hurri  mənşəli  sayılan  matieilər  yaşayırdılar.  Onlar  Halis  çayı  hövzəsində  də 

məskunlaşmışdılar. 

Bəzi  tədqiqatçılar  Qədim  Şərqdə  ari  ekspansiyası  problemini  hurrilərlə 

əlaqələndirirlər. Hazırda Ön Asiya vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün 

sonlarında müəyyən hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç bir şübhə 

doğurmur. 

Biz ari tayfalarının Ön Asiyaya müdaxiləsi probleminə ona görə toxunduq ki, 

onların  hurri-mitannilərlə  kontaktı  təxminən  e.ə.  II  minilliyin  I—II  rübündə,  məhz, 

Urmiyayanı  ərazidə,  sonralar  Matiena  adlanan  və  hurri-matienlərin  məskunlaşdığı 

vilayətdə  baş  vermişdi.  Arilərin  bir  qrupunun  Yaxın  Şərq  vilayətlərinə  Qafqaz 

vasitəsilə Cənubi Rusiya çöllərindən müdaxilə etdiyini iddia etməyə əsasımız vardır. 

E.ə.  II  minilliyin  birinci  rübündə  tarix  səhnəsinə  kaşşu  (kassit)  tayfa  ittifaqı 

çıxdı.  Güman  etmək  olar  ki,  kaşşu  etnosunun  məskunlaşdığı  əsas  ərazi  Luristan 

olmuşdur.  Bəzən  alimlər  belə  hesab  edirdilər  ki,  kaşşuların  vətəni  Dağlıq  Zaqros 

əraziləri  deyil.  Çünki  onlar  buraya  guya  mitannilər  tərəfindən  sıxışdırılmışdılar  və 

kassitlərin vətənini Şərqi Kiçik Asiya ilə qonşu olan vilayətlərdə axtarmaq lazımdır. 




104 

 

Onomastik materiallar kassu (kassitlərin Aşşur-Babil mənbələrindəki adı, Nuzi 



mənbələrindəki kassuhai) tayfalarının həm tarixi səhnəyə çıxdığı dövrdə (əgər kaşşu-

kaspi  eyniləşdirilməsi  düzgündürsə),  həm  də  daha  sonrakı  tarixi  mərhələdə  (antik 

müəlliflər bu haqda məlumat verirlər) geniş yayılması haqqında müddəa irəli sürməyə 

imkan verir. 

Kaşşu  etnosunun  geniş  yayıldığını  və  tanındığını  aşağıdakı  faktlar  da  sübut 

edir.  Antik  müəlliflər  onların  adı  ilə  Kaspi  dənizini,  habelə  Qafqaz-Kaspini 

adlandırırdılar.  Kaspilər  Madada  (Midiyada),  Kaspi  dənizi  sahillərində  və  digər 

yerlərdə yaşayırdılar. Kaspilər, onlarla eyniləşdirilən kosseylər səkkizinci satraplıqda 

rnadalılar  və  matienlərlə  yanaşı  məskunlaşmışdılar.  Kosseylərin  Kaspi  keçidinin 

yaxınlığında  və  Zaqros  vadilərində  olduğu  da  qeyd  edilir.  Pamiryanı  vilayətlərdə 

məskunlaşmış  kaspilər  haqqında  da  antik  müəlliflər  məlumat  vermişlər.  Kaspilər 

barədə nəinki Qədim Şərq (arame) mənbələri və antik yazıçılar, habelə orta əsr erməni 

müəllifləri də məlumat verirlər. 

Maraqlıdır  ki,  yunanca  "qalay"  mənasını  verən  "kassiteros"  sözü,  güman 

edildiyi  kimi,  kassitlərin  adı  ilə  əlaqədardır.  Şübhə  yoxdur  ki,  Kaspi  dil  ailəsi  İran 

yaylası ərazisində avtoxton idi. 

Kassit tayfaları tarix səhnəsinə hələ e.ə. II minilliyin əvvəllərində çıxmışdılar. 

Bu zaman onlar Zaqros dağ vilayətlərindən sürətli axınla Babilistan üzərinə irəliləmiş, 

500 ildən artıq müddət ərzində bu ölkəyə sahib olmuşlar. 

Tamamilə  şübhəsizdir  ki,  II  Aqumun  (e.ə.  XVI  əsrin  əvvəlləri)  hökmdar 

olduğu ərazilər Urmiyayanı vilayətə qədər uzanırdı. Maraqlıdır ki, Kaspi hökmdarının 

titulu (janzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı. 

Güman  etmək  olar  ki,  məşhur  Luristan  tuncları  kassitlərlə  bağlıdır.  Biz 

materiallara  əsasən  kassitlərin  mifoloji  və  digər  görüşlərinə  dair  müəyyən  fikir  irəli 

sürə  bilərik.  Bizə  Kassit  allahlarının  bəzi  adları,  xüsusilə  Günəş  allahının  adı  və  ya 

onun epiteti məlumdur. 

Kassit-akkad  qlossarisindən  bizə  50-yə  yaxın  kassit  sözü  gəlib  çatmışdır. 

Vaxtilə  əsasən  onomastik  materiallar  zəminində  kassit  dilini  Zaqros-Elam,  Qafqaz, 

hind-Avropa  dilləri  qrupuna  aid  edir,  Elam-Kassit  qohumluğu  haqqında  fikirlər 

söyləyirdilər.  Bu  baxış  ən  yeni  tədqiqatlarla  inkar  olunur.  Vaxtilə  kassitləri  "ari 

təsirinə"  məruz  qalmış  tayfalar,  yaxud  "proto-hind-Avropa  nitqi"nin  ən  qədim 

daşıyıcıları"  hesab  edir  və  onların  dilini  hind-Avropa  dilləri  ailəsinə  daxil  edirlər. 

Lakin  bu  fikirlər  zəif  əsaslandırılmışdır.  Hurrilər  kimi  kassitlərin  də  müəyyən  ari 

elementini  özlərinə  daxil  edə  bilməsi  istisna  olunmur.  Hər  halda  arilərin  kassitlərə 

təsiri  şübhə  doğurmur.  Kassit  dilini  hatt,  kaşk,  habelə  Qafqaz  dilləri  ilə  bağlamaq 

cəhdləri  edilməsini  də  qeyd  etməmək  olmaz.  Tamamilə  şübhəsizdir  ki,  mənşə 

etibarilə kassitlər yerli əhali olmuşlar. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə