Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

edərək    həyatın  özünün  duallığını  (  ikili  təbiətini)  emosional  formada  insanlara 
anladır. 
 Burada    haşiyə  çıxıb  teatr    və  dramaturgiyanın    zirvəsi    sayılan  Şekspirin 
yaradıcı    prinsipini  xatırlayaq  .Dünya  sənətşünaslığında  “  Hamlet”,  “Otello”.  “ 
Kral    Lir  “  və  “  Maqbet”    Şekspir  yaradıcılığının    ən  böyük  ,  hətta    dahiyanə  
faciələri    kimi    qəbul    olunub.Bu  əsərlərin    kompozisiya  xüsusiyyətlərini  
xatırlasaq, görərik ki, burada son dərəcə  gərgin faciəvi-fəlsəfi  səhnələrlə  yanaşı  
parlaq  komizm    xassəli    epizodlar,  faciəvi  qəhrəmanların    yöndaşı  ,  tərəf  0 
müqabili  təlxəklər, dərin düşüncələrin içində  parodiyalar  bir –birini üzvi şəkildə  
əvəz  edir,  tamamlayır.Şekspir    yaradıcılığının    tədqiqatçısı    bu  zahiri  ,  formal  
təzadı  izah edərkən yazır  : “ Faciəviliyin dərin qaynaqlarını  Şekspir  şəxsiyyətin  
ali  inkişafından    doğan    təzadlarda  tapır”.Aşıq    dastanlarının    qəhrəmanı  
mifologiya  və  arxaik    dastanlardan  fərqli  olaraq    metaforik  deyil,   arxetipin  bədii 
personifikasiyasında  “  ali  inkişaf2prosesinin    nəticəsində    şəxsiyyət    səviyyəsinə  
yüksəlir.Bu    şəxsiyyət    artıq    kor  qüvvələrin    əlində    oyuncaq  deyil  və    Hegel 
yazdığı  kimi “ əsl faciəvi əməl  üçün  fərd  azadlıq  vəmüstəqillik  prinsipinin artıq  
oyanması    zəruri  şərtdir və  yaxud  ,  hər  halda  istiqlaliyyət  ,  öz  əməlinə    və  onun 
nəticələrinə  görə  istiqlaliyyət , öz əməlinə  və onun nəticələrinə  görə  cavabdeh  
olmaq  istəyinin  oyanması  gərəklidir”.Yalnız  bu şərtlər , başqa önəmli şərtlərlə  
bağlılıqda  teatr    düşüncəsinə  güclü  təkan  verib  onu  təsisat  halına    yüksəldə  
bilər.A.Anikst  Avropa    intibahının  ,  onun  mənəvi    mədəniyyətinin    yeni  
ideyalarını  ,  yeni    dünyagörüşünü    xalqa  çatdıran  “  kanaldan”  danışarkən  
qətiyyətlə    bəyan    edir  ki,  “  Bu  ötürücü  teatr    oldu.Burada  dövrün    nəhəng  ideya  
kəşflərinin  xalq  ruhuyla  kəsişməsi  baş verirdi.Buna  görə də  məhz burada incə, 
zərif mənəvi  mədəniyyəti əsl  xəlqiklə uzlaşdıran böyük  sənət  doğuldu”. 
Gördüyümüz kimi, aşıq  dastan  söyləmələri  teatr  adlandırdığımız “ böyük  
sənətin  doğurması üçün” bütün şəraiti  yaratmışdı , amma , təəssüflər  olsun ki,  bu 
doğum  prosesi obyektiv   və subyektiv    səbəbdən   özəl    milli   teatr    poetikasının  
yaranmasıyla  nəticələnmədi... 


...Dastanın    sonluğu  –  yekunu  Duvaqqapma    adlandırılır.Bu  termin      el  
arasında    toy    mərasimiylə    bağlıdır-    toyun    sonunda    gəlinin    üzündən  duvağı  
açmaq  aəti  indi də mövcuddur.Duvaqqapmanın  üç  funksyası  var:birincisi- iki 
qovuşan  aşiqin  tərənnümü , ikincisi – aşığın  müəllifliyinin  təsdiqlənməsi ( aşıq  
duvaqqapmada  öz  adını  ,  ya  təxəllüsünü  söyləyir)  və  üçüncüsü  –  kompozisiyanı  
qapatması,  ya    haqlanması.Sonuncunu  açıqlayaq  :  Ustadnamədə    sələflərinin  
adlarını  çəkməklə  aşıq  ənənəyə  söykənməsini  bildirir. 
Duvaqqapmada    isə  sənətkar  müəllifliyini    aşkarlamaqla  ənənənin  davam 
etməsini,  inkişafda    olmasını    bəyan  edir.beləliklə  ,  üç    bəndli    kompozisiya  
ənənəni  və fərdi  yaradıcılığı  halqa, dairə  formasında  təqdim etməklə  hər cür 
təzadları  ,  mübahisəli    məqamları    aradan    götürür  :  halqanın,  dairənin  nə  əvvəli 
var, nə sonu, çərxi _ fələk  də  dairəvidir, günəş də , həyatın özü də.Gördüyümüz 
kimi , ilk baxışdan sadə təsir  bağışlayan kompozisiyanın mürəkkəb fəlsəfi – magik  
mənası  var  və  buna  görə  də    bu  kompozisiya    günlərimizə    qədər    dəyişməz  
qalıb.Bu    kompozisiyanın  universallığı    həm  də  ondadır  ki,    onun  üç  üzvlü  
quruluşu  hər  hansı    sənət  düşüncəsinin    forma  və  məzmun  yaradıcılığına  
yararlıdır.Aydın  məsələdir  ki,  teatr    poetikasının  ondan  faydalanması    istisna 
olunmur. 
Aşıq    sənəti    teatr  poetikası    üçün    vacib    olan    janr    təyinini    də    təmin 
etməyə qadirdir. 
Aşıq  dastanlarının  janr etibarıyla  təsnifatı  aşağıdakı  qaydada verilir: 
1.Məhəbbət  dastanları, 
2.Qəhrəmanlıq  dastanları, 
3. Didaktik ( öyüd-nəsihət ) dastanları 
Yuxarıda    göstərdiyimiz  aşıq    dastanlarının    kompozisiyalarını  ,  dastan  
sujetinin quruluş  prinsiplərini teatr  poetikası  baxım bucağından  araşdıraq. 
Məhəbbət    dastanlarının    sujet    gedişatı    bir  qayda  olaraq    dörd  sujet 
düyünüylə  təmin olunur. 
1.Qəhramanın doğuluşuvə təşəkülü  
2.”Buta vermək” 


3.Maniyələrin  meydana  çımması  və  onları  def  etmeək  uğrunda  qehramanın 
mübarizəsi 
4.Yarış və qələbə 
Qələbə çalan qəhraman sevgilisinə qovuşur,toy çalınır və burada sujet sona 
çatır.Məhəbbət  dastanı  qovuşan  sevgililərin,aşiqlərinsonrakı  taleləri  ilə 
“maraqlanmır”. 
  Ən  əvvəl onu qeyd edək ki, bu və ya digər fərqlərlə bu cür sujet quruluşu prinsipi 
Dünya mədəniyyətinin qeydə aldığı müxtəlif xalqların dastan,(əfsanə,ballada,xalq 
romanları,poemalar və s.)yaradıcilığında geniş yayılmış faktdır.Bu da onu göstərir 
ki,milli sənət təfəkkürümüz təcrid olunmuş halda qalmamış,dünya sənəd prosesini 
tərkib  hissəsi  olaraq  Ümum  bəşər  dəyər  və  qanunları  ilə  uyğunluqda  inkişaf 
etmişdir.Məşhur  “Tristan  və  İzolda”,”Rolland  haqqında  nəğmə”buna  baris 
sübutdur.Məhəbbət haqqında dastanları sujet vəhdətlərini ayrıca araşdıraq  
   Kanonik  sənət  növü  olduğundan  dastan  qəhramanları  həm  genetik,həm 
tipoloji,həmdə 
bədii-psixoloji”qohumluğa”malikdirlər.Odur 
ki,qəhramanın 
doğulması  və  təşəkülü  ümumi  universal  qaydalara  bağlı  təsvir  olunur.Teatır 
poetikası  üçünburada  əhəmiyyətli  olan  amil  qəhramanın  tipik  olmasıdır:Onun 
xususi  keyfiyyətlərinə  o  qədər  çox  diqqət  yetirilməməsi  daha  vacib  məsələlərə 
diqqətin çoxalmasına imkan yaradır.Bir qayda olaraq qəhramanın doğuluşu sehirli 
olur,uşaqlıqdan  o  qeyri  adi  əlamətlərini  daşıyır.Bununla  ekispazisyada  gələcək 
hadisələrin  bünövrəsi  qoyulur  və  dinləyici  onları  xatırlayaraq  “  baş  hadisənin” 
emosiyanal qavranilmasına hazırlaşır. 
  
 “Buta 
vermək”  bütün  dastanların  konpazisya  elementi  olaraq 
hadisələri,mənaları  səbəb  nəticə  bağlılığını  və  s.bir  başa  sehirli,mifoloji  aləmə 
köçürülür.Buta sözü türk dillərinin əksəriyyətində “şüvül”,”çubuq”,”hörük”,”çiçək 
hörüyü”,”qönçə””badanvari  baxış”və  bu  kimi  mənaları  daşıyir.M.Seyidovun 
araşdırmalarına  görə  “bu  anlayış  ağac  bitki  mifləri  ilə  bağdır.Günəş,Dünya 
Ağacı,istilik,artım,sevgi  rəmzləri  kimi  qavranılıi”.Genclərə  buta  vererkən  onlar 
aşiq  olurlar.Belə  aşıq,odla-günəşlə  əlaqedar  aşıq  təbii  ki,gizli  sirrlərə  agah  olmalı 
idi.(Qabartma mənimdir-M.Ə)Çünki mifoloji inama görə “od sirləri açır,sirlər ona 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə