- 88 -
miqdarının çox az olması və bu yolla külli miqdarda neft karbohidrogenlərinin əmələ gəlməsi isə
həqiqətə uyğun gəlmir.
N.A.Sokolovun neftin kosmik mənşəyi haqqındakı hipotezi haqqında məlumat vermək məqsədi
ilə müəllim qeyd edir ki, 1892-ci ildə N.A.Sokolov özünün neftin kosmik mənşəyi haqqında hipotezini
irəli
sürmüşdür.
Hipotezin
mahiyyəti
yerin
kosmik
formalaşmasının
ilkin
mərhələsində
karbohidrogenlərin sadə maddələrdən əmələ gəlməsindən ibarətdir. O, belə güman etmişdir ki, əmələ
gəlmiş karbohidrogenlər əvvəlcə qaz halında olur, sonradan yerin formalaşması zamanı həmin qaz
qarışığı soyuyaraq süxurlar tərəfindən udulur. Karbohidrogenler yerin soyumuş maqmatik süxurlarından
ayrılaraq yerin daha yuxarı qatlarında toplanır. Kometaların quyruqlarında hidrogen və karbonun, eləcə
də meteoritlərdə karbohidrogenlərin olması faktı bu hipotezin əsasını təşkil edir [1- 3].
XX əsrin birinci yarısında neftin mineral mənşəli olması hipotezi öz əhəmiyyətini itirdi. Onun
üzvi mənşəli olmasına üstünlük verildi. Əsasən bu istiqamətdə tədqiqatlar aparılmağa başlandı.
Lakin 1950-ci ildən neftin mineral mənşəli olması hipotezinə yenidən maraq artmağa başladı.
Buna səbəb isə çox ehtimal ki, neftin üzvi mənşəli olması konsepsiyasına lazımi səviyyədə aydınlığın
gətirilməməsi səbəb olmuşdur.
O dövrdə N.Kudryavtsevin təsəvvürləri daha geniş yayılmışdır. Onun fikrincə neft və qaz yerin
dərin qatlarında H
2
, CO, CO
2
və CH
4
qaz qarışığından, eləcə də CH
2
(metilen rad) və CH
3
(metil rad)
kimi radikalların polimerləşmə reaksiyalarından alınır.
Neftin mineral mənşəli olmasını isbat edən tutarlı arqumentlərin olmamasını aydınlaşdırmaq
məqsədi ilə müəllim qeyd edir ki, neftin mineral mənşəli olması tərəfdarlarının bir sıra arqumentləri
termodinamik hesablamalara əsaslanmışdır. Yüksək temperaturlarda aparılan sintezlərdə, qarışıqda
termodinamiki tarazlığın yaranması nəzərə alınaraq, karbohidrogenlərin bəzi izomerlərinin nisbətlərinə
əsasən neftin əmələgəlmə temperaturunu təyin etməyə səy göstərilmişdir. Nəticədə neftin hesablanmış
əmələgəlmə temperaturunun 450-900
0
C olması, bu temperaturun isə yerin yuxarı mantiya qatının 100-
160 km dərinliyində olan temperatura uyğun gəlməsi nəticəsinə gəlinmişdir. Lakin həmin neftdə digər
izomer cütlərinə əsasən aparılmış hesablamalardan isə başqa nəticələr (-100
0
C-dən 20.000
0
C-yə qədər)
alınmışdır. Bu da yer qabığı və mantiya şəraitində real olmayan göstəricilərdir. Hazırda isə müəyyən
olunmuşdur ki, neft karbohidrogenlərinin izomerləri arasında tarazlıq sistemi yoxdur.
Əslində yerin dərin qatlarında C və H
2
hesabına metan və onun homoloqlarının və həmçinin bəzi
yüksək molekullu birləşmələrin alınması mümkündür. Ancaq tərkibcə çox mürəkkəb sistem
(karbohidrogenlər və heteroatomlu birləşmələr) olan təbii optik aktiv neftin mineral sintezini birmənalı
sübut edən lazımi qədər nə nəzəri, nə də ki təcrübi nəticələr yoxdur. Bununla yanaşı neftin tərkibi
orqanizmlərdəki üzvi mənşəli maddələr və çöküntü süxurlarında olan bioüzvi maddələrlə bir çox
əlamətlərinə görə molekulyar və izotop səviyyədə oxşardılar. Neftin üzvi mənşəli olmasını izah edən
arqumentlərin meydana çıxmasına səbəb olan təcrübələrin mahiyyətini izah etmək üçün müəllim qeyd
etməlidir ki, neftin üzvi mənşəyi ilə əlaqədar bir çox alimlər tədqiqat işləri aparmışlar. 1888-ci ildə
Enqler balıq (siyənək) yağının distilləsindən qəhvəyi rəngli yağ, yanar qaz və su almışdır. Yağın yüngül
fraksiyası C
5
-dən C
9
-a kimi karbohidrogenlərdən, 300
0
C-dən yuxarı temperaturda qaynayan
fraksiyaları isə parafin, naften, aromatik və olefin karbohidrogenlərindən ibarət olmuşdur. Bununla
neftin əmələ gəlməsinin canlı mənşəli olması hipotezi yaranmışdır [1- 4].
1919-cu ildə Zelinski bütövlükdə bitki materiallarından (yüksək miqdarda lipid saxlayan
plankton yosunlarının qalıqları) ibarət göl sopropel lilini distillə etmişdir. Bu zaman koks, qatran, qaz və
pirogenetik su alınmışdır. Alınan qaz – CH
4
, CO
2
, H
2
və H
2
S-dən, qatran isə benzin, kerosin və daha
ağır qatran maddələrdən ibarət olmuşdur. Benzinin tərkibində parafinlər, naftenlər, aromatiklərin
olması, kerosində isə tsiklik parafinlərin üstünlük təşkil etməsi müəyyən edilmişdir. Alınan
karbohidrogen qarışığı təkcə təbii neftə yaxın, ağır fraksiyalar isə optik aktivliyə malik olmuşdur.
Optik aktivlik - üzvi mənşəli maddələr, onların çevrilmələri və təbii neftlər üçün ən vacib
ümumi göstəricilərdən biri hesab olunur. Karbohidrogenlərin mineral sintezi zamanı optik aktivliyə
malik olmayan qarışıq alınır. Yəni, bu qarışıqda sağa və sola fırlanan molekulların miqdarı bərabər olur.
Bütün canlı aləm üçün isə əksinə, güzgü asimmetriyası xarakterikdir: bütün biogen amin turşular - sol ,
şəkərlər - sağ güzgü izomerləridir. Üzvi maddələrin optik asimmetrik olması onların canlı aləmdən
əmələ gəlməsini deməyə əsas verir. Bu baxımdan optik aktivliyə malik neft mineral sintezin məhsulu
deyil .
Plankton yosunlarından olan (su bitkisi) üzvi maddələrin distilləsi zamanı neftəbənzər optik
aktiv məhsulun alınması neftin bitki mənşəli olması hipotezinin əsasını qoymuşdur. Geoloji tədqiqatlar
Dostları ilə paylaş: |