Xəyal cığırı – I cı̇ld
23
«Pir» deyirdilər), əmisi L.Hüseynov bu müqəddəs yurdun – evin
ermənilər tərəfindən murdarlanacağindan və ya dağidilacağin-
dan çəkinərək, orada Pir olmasni inkar etməyə çalişmiş, lakin
həmin erməni, bu evdə gözünə «Nur» göründüyü və digər çox
təsirli möcüzə faktlari ilə qarşilaşdiğini («Nur» görməsindən
başqa, digər nələrin şahidi olmasi barədə əmisi L.Hüseynova
danişmaqdan imtina etmiş) israrla bildirərək, evin «Pir», yəni
«Ocaq» olduğunu demişdir. Məhz, həmin faktdan sonra ermə-
nilər həmin evlərə, yəni Tofiqin yaşadiği və qonşuluqda, ona bi-
tişik olan əmisi Lətifin evlərinə toxunmamiş və orada yaşamaq-
dan çəkinmişdilər. Allahin izni ilə, Miskin Abdalin müqəddəs
ruhu öz möcüzəsi ilə naxələf erməniləri «Ocaği»na ayaq basib,
orada yurd salmağa imkan verməmişdir.
Göstərilənlərdən başqa, Miskin Abdalin çoxsayli kəramət-
ləri, möcüzələri barədə 2005-ci ildə nəşr olunmuş, T.Hüseyn-
zadənin müəllifi olduğu «Səfəvilərin böyük övliyasi – Miskin
Abdal» kitabinda daha ətrafli məlumat verilmişdir.
Əməkdar rəssam, Miskin Abdalin portretini yaratmiş Cab-
bar Quliyev Miskin Abdalla bağli bir möcüzəni belə danişir:
«Xoşbəxtəm ki, Miskin Abdal kimi bir dahi şəxsiyyətin ilk
əzəmətli portretini yaratmaq mənə nəsib oldu. Bu portreti yarat-
mazdan əvvəl çox düşünüb-daşindim. Nəhayət, 15 gündən son-
ra yuxumda Miskin Abdali gördüm və ayilib, gördüyüm kimi
eskizini verdim və portreti yaratmağa başladim. «Miskin Ab-
dal» mənim şah əsərimdir».
Vaxtilə Miskin Abdalin olduğu, bir müddət yaşadiği, mö-
cüzələr göstərdiyi yerlər indiyədək onun adi ilə taninmişdir.
Tədqiqatçi Yaqub Babayev 18 aprel 1991-ci il tarixdə «Kom-
munist» qəzetində «Miskin Abdalin söz gülüstani» məqaləsin-
də bildirmişdir ki, «Miskin Abdalin bir müddət indiki Gədəbəy
Tofiq Məhəmməd oğlu Hüseynzadə
24
rayonunun ərazisində yaşadiğini söyləmək olar». Miskin Abda-
lin adi ilə Gədəbəyin 11 kəndini əhatə edən, mərkəzi isə əvvəlki
adi Qarabulaq və ya Böyük Qarabulaq, (red. 25.10.2011-ci il
tarixdən rəsmi adi «Miskinli») olan böyük bir oba – «Miskinli
obasi» adlanir. Həmin kənd «Miskinli çuxuru» adlanan coğrafi
ərazinin ən böyük yaşayiş sahəsidir. Bu kənd son tunc dövrü-
nü əhatə edən Xocali-Gədəbəy mədəniyyəti ərazisinə daxildir.
Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə «Koroğlu
qalasi» adlandirilan müdafiə tikilisi vardir. Həmin kənddən olan
məşhur şair-aşiq Miskinli Vəli, Fəzail Miskinli məhz Miskinli
obasindan olduqlari üçün həmin təxəllüsü götürmüşlər. Gədə-
bəy rayonu ilə həmsərhədd olan Şəmkir rayonunda da, Şəmkir
çayinin sahilində Plankənd inzibati-ərazi vahidliyində Miskinli
kəndi vardir.
Bundan başqa, Dağistanin ləzgilər yaşayan ərazisində yeganə
Şiə məzhəbində olan, Dağistanin Axti (Doqquzpara) rayonunda
ən böyük yaşayiş məntəqəsi olan «Miskinci» («Miskinli») kəndi
də Miskin Abdalin adini daşiyir. Miskin Abdal bir müddət həmin
kənddə yaşamiş, çoxsayli möcüzələr göstərmiş, kənd əhalisi Mis-
kin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə,
həmçinin, Şiəlik) keçmiş, Miskin Abdalin möcüzələr göstərdiyi
yerlər indi də ziyarətgah kimi onun adini daşiyir və ziyarət olunur.
Tarixi mənbələrdə olan məlumatlara görə, həmin kəndin əhalisi
Qacar elinin böyük icmasi sayilmişdir, Türk soyludur, kənd daxi-
lində 7 yaşayiş məntəqəsi (qazmalar) xüsusi müdafiə-təsərrüfat
funksiyalarini yerinə yetirmişdir. Kəndin tarixi Dağistan ərazisin-
də müharibələrlə zəngin olmuşdur. Bu kəndin əhalisi son dərəcə
igid, döyüşkən və mərd olmaqla Rusiya İmperiyasinin tərkibin-
də olduqlari müddətdə dövlətin apardiği müharibələrdə rəşadət-
lə vuruşmuş, böyük itkilər vermiş, Rusiya İmperatoru və Cənubi
Xəyal cığırı – I cı̇ld
25
Qafqazda rus ordusunun komandanliği tərəfindən mükafat olaraq
kənd əhalisinə Şalbuzdağin bütün qərb yamaclari verilmiş, Sa-
mur çayinin üzərindən körpü salaraq, əks tərəf əraziləri istifadə
etməyə icazə verilmişdir. II Dünya müharibəsində kənddən 330
nəfər döyüşlərdə iştirak etmiş, onlardan 196 nəfəri qəhrəman-
casina həlak olmuşdur. Kənd çoxsayli tarixi şəxsiyyətləri, elm
adamlari – alimləri ilə də məşhurdur. Ərazisində – Şalbuzdağin
ətəklərində Çexi Pir, Miski Ərənlər, Mir-Süleyman Piri kimi 19
müqəddəs ziyarətgah olmasi Şalbuzdağa «Şeyx» statusu vermiş,
həmin ziyarətgahlarin olduğu yaşayiş məntəqəsi isə «Miskidin
çkyar» adini almişdir. Son dərəcə maraqli və əhəmiyyətli faktlar-
dir ki, Şalbuzdağa gedən yolun üstündə kəndin ətrafinda İmam
Əlinin abidə daşlari vardir: qilincin gücünü göstərən daş, onun
namaz qildiği daş və İmam Əlinin and içib, vəd verdiyi yer. 19
ziyarət yeri (Pir) və məscidlər, İmam Əlinin abidə yerləri, müqəd-
dəslərin məşhur məzarlari bütün müsəlmanlar üçün müqəddəs is-
nadlara çevrilmişdir.
Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycanin (Ermənistanin)
Axta (Razdan) rayonunun Miskin kəndi də Miskin Abdalin şərə-
finə o cür adlanmişdir. Qərbi Azərbaycanin Qarakilsə (Quqark)
rayonunun Hollavar kəndində də əhali arasinda Miskin Abdalin
kəramətləri ilə bağli çoxsayli əhvalatlar indi də yaşamaqdadir.
Həmçinin, Miskin Abdalin Oğuz rayonunun Xaçmaz kəndində
da bir müddət olmasi, 20-yə qədər tərəfdarlarinin qəbirlərinin
orada olmasini da irəli sürənlər vardir. Hazirda Yevlax rayonu-
nun Yuxari Bucaq kəndində də «Miskin Baba piri» mövcuddur.
Kənd əhalisi arasinda həmin babanin pir olmasi haqqinda çox-
sayli rəvayətlər indi də dolaşmaqdadir. Göründüyü kimi, Miskin
Abdalin olduğu, ocaq çatdiği, möcüzələr göstərdiyi hər yerdə
onun adi müqəddəsləşmiş, xalqin ziyarətgahina çevrilmişdir.
Dostları ilə paylaş: |