64
can ədəbiyyatındakı «başa dönmək» Osmanlı ədəbiyyatında isti-
fadə olunan «qurban olmaq» təbiridir. «Dədə Qorqud»da dəfə-
lərlə «qara başım sana qurban olsun» ifadəsini görürük. Böyük
bir qara qoyunu, bir şəxsin başı ətrafında üç dəfə dolandırıb onu
xəstəlikdən və ya böyük bir fəlakətdən qurtarma ənənəsi keçən
əsrdə Xodzko tərəfindən İran türkləri arasında araşdırılmış və
Azərbaycan dilindəki «Koroğlu» nəşrində də göstərilmişdi.
Şahın ətrafında üç dəfə dönərək bağlılıq göstərmək İran Səfəvi-
lərində adət idi. Eyni mərasimlər Başqırd və qazax-qırğızlar
arasında «aynalmaq» və ya «aylanmaq» kəlmələri ilə göstərilir.
Rəşidəddinin «Camiət-Təvarix» adlı əsərində və «Baburnamə»
adlı əsərdə Monqollar arasında olduğu qeyd edilir
1
.
Eramızın 581-ci ilində bir çinli tarixçinin
2
qeyd etdiyinə görə,
türklər bir nəfər öldüyü zaman yeddi dəfə çadırın ətrafında fırlanır,
bıçaqla üzlərini cızırdılar. Bugünkü Altay türklərinin şamanlıq
mərasimlərində kəsiləcək qurbanı tutana «baş tutqan kişi» deyilir
3
.
deyilir
3
.
«Dədə Qorqud hekayələri»ndəki cənazə mərasimlərində
ölən döyüşçünün atının quyruğu kəsilir
4
və sonra at boğazlanırdı
boğazlanırdı (IV boy). Bu əski ənənə keçən əsrdə Altay türkləri
arasında cənazə mərasimlərində icra olunurdu
5
. Belə güman
edilir ki, at sahibinin arxasınca gedəcək və ona o biri dünyada da
xidmət göstərəcəkdir. Boğazlanmağa da səbəb həyat mənbəyi
olan qanın yerə tökülməsinə əngəl olmaqdır. M.Polo ölən bir
1
F.Köprülü, adı çəkilən məqaləsi.
2
Julien. Documents sur le Turcs occidentaux. Petersbourg, 1903
3
P.W.Schmidt. Die Ursprung des Gütteside. III, teil, Die Religionen der
HinteNvölker: die primären Hirten völker der Alt-Türken der Altai und der
Abakan-Tataren, Freiburg-München, 1949, s.280.
4
U.H.Arva, adı çəkilən əsəri, s.301. Firdovsinin «Şahnamə»sində
(«Rüstəm oğlu Söhrabın öldürülməsi» hissəsində) yıxılan atlının və dostları-
nın atlarının quyruqları kəsilmişdi.
5
P.N.Schmidt, adı çəkilən əsəri, s.200, 286, 291, 590, 683 U.Harva, adı
çəkilən əsəri, s.279, 301.
65
kralın atlarının öldürülməsinə dair bir mərasimi aşağıdakı kimi
təsvir edir: «Kral öldükdən sonra sahib olduğu ən yaxşı atları o
biri dünyada istifadə etsin deyə öldürürdülər»
1
.
Bir qohumun və ya məşhur bir döyüşçünün ölümündə oğuz-
lar yas (şivən, qara şivən) tutur, ağ paltarlarından vaz keçərək
qara paltarlarını geyinir və sonra aş ikram edirdilər
2
.
And işmək təntənəli bir mərasim idi. Dədə Qorqud yalnız bir
dəfə Qurana and içir (XII boyda Daş Oğuzların üsyanı və Bey-
rəyin öldürülməsi). Başqa bir səfərdə (III boy) Beyrək həbsdən
qurtulandan sonra şahzadə ilə evlənmək üçün and içərək
3
ona: qı-
lıncıma doğranayım, oxuma sancılayım, yer kimi kərtiləyim, tor-
paq kimi savrulayım, əğər sağlıqla varacaq olsam, Oğuza gəlib
səni almazsam. «Yer kimi kərtiləyim» ifadəsi VI boyda özünü da-
ha açıq şəkildə göstərir. Bu hekayədə Tur Əli qılıncını qınından
çıxarır, yerə cızıq çəkir və yuxarıdakı tərzdə and içir. Türklər ara-
sındakı and içmə mərasimini araşdıran Ə.İnan «Dədə Qorqud ki-
tabı»ndakı bu bu qeydlərə söykənərək bunun qarğış üslubunda ol-
duğunu isbat edir. Belə and içən adam əgər sözünün üstündə dur-
mazsa, cəzalandırılmasını istəyir. «Qılıncla yer kərtmə» anlayışı
III hekayədəki «beşik kərtmə» ifadəsində də vardır (Beyrək ilə
Banuçiçəyin anadan olmamışdan əvvəl nişanlanması)
4
.
«Dədə Qorqud kitabı»nda bəd dualara qarğış, xeyirli dualara
alqış deyilir. Birisi üçün Tanrıya edilən dualar da elədir. Çox
maraqlı boylardan birində (II boy) deyildiyinə görə, «o dövrdə
bəylərin duaları dua, bəd duaları qarğış idi, hamısı qəbul edilirdi».
Köçəri döyüşçü türkmənlərin ideal qəhrəmanlıq dövrü olan
oğuzlar zamanında gözəl adətlər vardı. Övladlar atalarına itaət-
sizlik etməzdilər (VI boy), ağ saqqallı ixtiyar atalarına və ağ bir-
1
II Milione, L.Foscolo Benedettonun tərcüməsi və nəşiri, s.85.
2
Bu sözlərin istifadə olunduğu hekayələr üçün lüğətə baxın.
3
Drezden nüsxəsində olmasına vaxmayaraq (Gökyay, s.35) Vatikan
nüsxəsində yoxdur.
4
A.İnan. «Eski Türklerde ve Folklorda Ant», A.Ü, Dil ve Tarih-
Coğrafya Fakültesi Dergisi, VI, 1948, s.279-290.
66
çəkli analarına hörmət və təzim edirdilər. Yalan söyləmirdilər
(III boy). Oğuzlarda epik dastan qəhrəmanları kimi fövqaladə
bacarıqlar nümayiş etdirirlər. «Dədə Qorqud kitabı»nda əgər bir
cümlə «ol zamanda» – «oğuz zamanında» deyə başlayarsa, müt-
ləq orada bir fövqəladəlik gözlənilir. Oğuzlar yeddi gün yatır-
dılar və buna da kiçik ölüm deyirdilər (IX boy). Eyni inanc Aba-
kan və qazax-qırğızlarda da yayılmış, Anadolu-Azərbaycan-Qaf-
qaz «Koroğlu» dastanında da mövcuddur
1
.
Evlənən oğlanların paltarının rəngi qırmızı idi
2
. Evlənmə
çadırına da gərdək deyilirdi
3
. Əkin sahəsi havaya atılan oxun
düşdüyü yer seçilirdi (III boy).
Oğuz bəyləri altın küpə taxırdılar (II və IV boylar). Ərəb və
fars mənbələrində qədim türklərlə bağlı qeydləri tədqiq edən
Fuat Köprülünün gəldiyi nəticəyə görə
4
, bu adət islamiyətdən
əvvəl türklər arasında monqollardakı kimi geniş yayılmışdı.
İslam dövründə isə Qaraqoyunlu və Ağqoyunlular arasında
(iranlılarda olduğu kimi, qul anlayışı ilə bağlı deyil) və Bəkdaşi,
Qələndəriyyə və Heydəriyyə kimi bəzi türk-islam təsəvvüf cə-
miyyətlərində davam etmişdi.
***
Ağlımıza «Dədə Qorqud» hekayələrinin mətnində totemlik
izləri varmı?» sualı gələ bilər. Hüseyn Namiq Orxan
5
(Salur Qa-
zan bəy haqqında II, III, və VII boylarda deyilən) «tülü quşun
1
A.İnan, Ülkü, XIII, 1939, s.359-361. Bu deyim Anadoluda bu gün də
mövcuddur, ətraflı məlumat üçün bax: Söz Derleme Dergisi, I-II, İstanbul,
1939-1941, «beşik kertme» və «beşik kerteği» maddələri. «Tüngür Beşük»
formasındakı eyni şəkli Qalyanamqara və Papamqara adlı iki şahzadə «Bud-
dist uyğur» dastanında mövcuddur. Pelliot neşri, Toung Pao, 1914. Hüseyn
N.Orkun tərəfindən edilən tərcümə, Ülkü, sayı 70, s.23.
2
Qazax-qırğızlar arasında belədir. A.İnan, Ülkü, XIII (1939), s.168-171.
3
A.İnan, adı çəkilən əsəri, s.359-361.
4
Dede Korkut kitabına Ait Notlar. I. Altın Küpeli Oğuz Beyleri. Azer-
bayan Yurt Bilgisi, I (1932), s.17-21.
5
«Oğuz Destanına Dair», Ülkü, V (1935), s.412-420.
Dostları ilə paylaş: |