məsi məsələləri... Azərtürk xalqının, türk millətinin Əbdürrə
him bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Cəfər cabbarlı,
Mikayıl Rəfili kimi böyük xadimləri bu sahədə epoxal işlər
görmüşlər.
Onların dərin mənalı incə istedadı sayəsində müasir
Azərtürk dili indi çox gözəl, dünyanın ən təkmil dilidir.
Bu gün biz Üzeyir bəyin dilində danışırıq!
Azərtürk dilinin məziyyətləri barədə yuxarıda, qısa da olsa,
demişəm. Bir sözlə, belədir: dilin birmənalılığına (ən münasib
diplomatiya, siyasət, ədəbiyyat dili kimi), qanunauyğunluğu
na (elmi inkişaf sayəsində), səlisliyinə (şifahi ünsiyyət üçün),
musiqiliyinə (sait hərflərin hamı dillərdəkindən çox olması),
misilsiz ahəng qanununun varlığına (opera və mahnı incəsənə
ti üçün arzu!) və i.a. görə azərtürk dili ilə yan-yana duran,
onunla müqayisə edilə bilən ikinci bir dil yoxdur.
Yalnız bir xüsusiyyətə - zənginliyə görə azərtürk dili birinci
yerdə deyil - bu cəhətdən dünyada birinci yeri qədim ərəb dili
tutur. Qərb dilləri isə hələ çox geridədir.
Azərtürk dili ümumtürk milli ünsiyyət dili keyfiyyətində
bütün türk xalqları tərəfindən qəbul olunmalı, işlənməlidir.
Bu dil, dünyanın 1-ci yazılı dili olan sumer-türk dilinin xə
ləfidir, gələcəkdə isə dünyanın ümumbəşəri dili ola bilər və
olmalıdır.
Bu yolda çalışmaq, bu niyyəti dünyaya çatdırmaq və bu
məqsədə nail olmaq azərtürk xalqının, türk millətinin, Şərqin,
bütün bəşəriyyətin ən alicənab borcu, ən şərəfli ümidi, ən fay
dalı məqsədi olmalıdır.
Türkün əyri bir protez halına salınmış erməni-türk dili nif
rətlə rədd edilməli, osmantürk qardaşlarımıza anladılmalı,
onlara məsləhət görülməli və kömək edilməlidir ki, öz dilimi
zə, Dilaçardan əvvəlki türk dilinə qayıtsınlar.
Bu, çətindir, fəqət mümkündür. Erməni-türk protez dilinin
saxlanması isə yolverilməzdir.
Gözəl azərtürk dilini erməninin yaratdığı əldəqayırma «dil
qurumu»nıın eybəcər «sözlər»i ilə zibilləmək cinayətdir.
54
Ən azı, bu olmalıdır: indiki erməni türkcəsi saxlanılsa və
ümumtürk ünsiyyət dili kimi qəbul edilsə belə, azərtürk dili dəy
işdirilməməli, bu dilə, elmə, mədəniyyətə və vicdana zidd uy
durma süni kəlmələr daxil edilməməlidir.
Ən təkmil dil, dünya relikviyası - azərtürk dilini düşmən er
məninin uydurduğu iyrənc «sözlər»lə murdarlamaq cinayətdir -
azərtürk xalqına, Osman türklərinə, dünya mədəniyyətinə qarşı.
Türk alimlərinin, türk millətinin və türk dövlətinin ən vacib
işi, müqəddəs borcu - erməni Dilaçarın vurduğu zərbəni rədd et
mək, qədim, gözəl, fəxri TÜRK DİLİMİZİ bərpa etməkdir.
Bu amal bir vaxt mütləq baş tutacaq. Bunsuz varlığın III -
insani erasına, mənim layihələşdirdiyim türk erasına çıxmaq
mümkün olmayacaq.
* * *
Azərbaycanda elm doktorlarının sayı mənə məlum deyil,
amma onların hamısının olmasa da, çoxunun «filologiya (və
fəlsəfə!) elmləri doktoru» olduğunu TV bizə çatdırır.
İndi hətta belə şey də «icad» ediblər - «filologiya üzrə fəlsə
fə doktoru!»
Bu, kimə və nəyə lazımdır? Əlbəttə, o adların sahiblərinə -
vəzifə tutmaq, «alim» adı qazanmaq, gəlir götürmək üçün.
Bəs elmə, xalqa, dövlətə, dilə, filologiyaya?
Mən dəqiqlik elminin, metrologiyanın mütəxəssisiyəm, ona
görə də dəyərin mütləq ölçüsündən fərqi intervalmı göstərmə
liyəm. Bu mənada yazmışam: «10 faiz xəta ilə, Azərbaycanda
akademiya var, elm yoxdur, akademiklər var, alimlər yoxdur,
hesabatlar var, nəticələr yoxdur».
[«Proqnoz» qəzeti,
27.05.04].
Elm o şeydir ki, onu alim tapır, kəşf edir, ilk dəfə - bütün
dünyada və bütün dünya ondan istifadə eləməyə başlayır.
Kəşf edən - alimdir, istifadə edən, dəqiqləşdirən alim deyil,
tədqiqatçıdır.
Məsələn, kulturologiya, yapon mədəniyyəti barədə yazını
55
(rus dilindən) tərcümə edən adama mədəniyyəti öyrənmək -
«kulturologiya» institutu açırlar, «öyrənir». Bu, olsa-olsa təd
qiqatçıdır - «исследователь»dir, alim - учёный deyil. Ola bil
sin, bu da lazımdır, amma bu, elm deyil, tədqiqatdır, bununla
məşğul olan isə alim deyil, elmi işçidir.
Bizim yüzlərlə «filologiya elmləri doktorları» nəinki bir
kəşf, heç hansısa bir beynəlxalq elmi əhəmiyyətli tədqiqat işi
də görmürlər.
Məsələn, heç bir Azərbaycan «alim-filosofu», ümumiyyətlə
heç kim azərtürk dilinin adını belə bilmir, deyirlər: «Azərbay
can dili» - baş hərflə - Azərbaycan! - Belə dil olmaz!
Azərbaycan cansız bir varlıqdır, coğrafi ərazidir, onun dili
ola bilməz! Torpaq danışmır - kaş danışaydı...
Heç bir dil belə adlanmır: məsələn, «İngiltərə dili», Gürcü
stan dili, Ermənistan, İtaliya dili yoxdur, onların xalqlarının
dili var: ingilis, gürcü, erməni, italyan... dilləri.
Dil «alimləri»mizin savadı çatmır ki, bunu başa düşsünlər.
Alimlərimiz nəyi bilirlər, nəyə savadları çatır? Onlar heç öz
lərinin öz sənədlərinin nəyə lazım olduğunu da bilmirlər.
Məsələn, kimyaçı bilir, onun elmi və bir mütəxəssis kimi
borcu nədir: yeni maddələr sintez eləmək, yeni texnoloji sis
temlər layihələşdirmək, əhaliyə lazım olan materialları istehsal
etmək.
Zooloq - heyvanları, onların xəstəliklərini öyrənir, müalicə
üsullarını tapır, saxlanması şəraitini aydınlaşdırır, heyvandar
lığın inkişafına kömək edir; təbabət alimi - insan sağlamlığını
necə müdafiə etməyi öyrənir, yeni (!) müalicə üsulları tapır və
insanları müalicə eləyir.
Bəs filoloq nə etməlidir? Milli dilin qanun və qaydalarını
yalnız öyrənmək yox, həm də işlədilməsi üçün onları xalqa
çatdırmaq, əhalini öyrətmək, dilin təmizliyinə (!) daim diqqət
yetirmək, onu müdafiə etmək - budur alim-filoloqun işi.
Filoloq alimlərin əli daim TV və radio diktorlarının, KİV
xadimlərinin, jurnalistlərin üstündə olmalıdır, onların məsu
liyyətini başa salmalı, konkret səhvlərini mütəmadi düzəltmə
56
lidirlər. TV və radioda belə, dil xidməti daim işləməlidir!
TV-də çıxışları olur. Oturub «yüksək materiya» barədə da
nışırlar, məzmunsuz, mənasız, məqsədsiz, hər hansı bir təklif-
siz. Və əlbəttə, nəticəsiz.
Bəs filoloqlarımız nə iş görür? Demək olar ki, bütün Filo
loqlar hamısı, onillərlə «Kitabi-Dədə Qorqud»u öyrənirlər.
Yüzlərlə «elmi» əsərlər, məqalələr, kitablar, dissertasiyalar
yazıblar. Bir-birindən köçürə-köçürə şıdırğı yazır, müdafiə
eləyir, «elmi» dərəcələr alırlar.
Kitabi-Dədə Qorqud, əlbəttə, çox dəyərli, iftixar doğuran
bir milli abidədir. Onu araşdırmaq, onun müasir ədəbiyyatla,
sosiologiya ilə səsləşməsini, tarixi əhəmiyyətini işləmək lazım
dır.
Dədə Qorkudu öyrənmək lazımdır. «Amma bir o qədər də
yox!»
«Kitabi-Dədə Qorqud» barədə hər şey deyilib, qurtarıb, tə
zə bir şey yoxdur, artıq onillərdir ki, təkrar gedir. Nə üçün?
Ona görə ki, başqa mövzu, ideya yoxdur, qabiliyyət, istedad
da çatışmır ki, yeni ideya tapılsın; qoca Qorqudun ətəyindən
üzülmək istəmirlər.
Dədə Qorqudun müasir problemlərlə əlaqəsini - uydurmaq
olar, amma konkret, ağıla batan əlaqə yoxdur, nə vardısa
hamısını çoxdan dissertasiyalarda «konkret» uydurublar və
müdafiə ediblər.
Dədə Qorqud, təkrar edirəm, milli fəxrimizdir, əsrlərin ar
xasından xəbər verir, bu, yaxşıdır, maraqlıdır. Amma ən yaxşı
şey də həddini aşanda nəinki yorur, hətta təngə gətirir.
Bəsdir qoca Dədə Qorqudu sui-istifadə edib, milləti təngə
gətirmək. Bu şərəfli və asan yolda 3-5 nəfər Qorqudşünas
qalmalı, qalan alim və yazıçılar aktual işlərlə, müasir pro
blemlərimizin həlli ilə məşğul olmalıdırlar. VII əsr Qorqudun
dan əl çəkmək, XXI əsr Qorqudunu tapmaq, indi də onun
ətəyindən tutm aq lazımdır. Və belə imkan var.
Budur, burada, bizim Bakı şəhərimizdə müasir azərtürk və
dünya problemlərinin dünya elmi səviyyəsində, ali elm dilində
57