194
№ 4 (20) Qış- 2016
Romanın sayəsində Avropada insan
şəxsiyyət kimi hökmünü göstərməyə
başladı.
Əslində,
valideynlərimizin
bizdən öncə necə yaşadıqları haqqında
çox az şey bilirik, bizim yaxınlarımız
haqqında biliklərimiz səthidir, sadəcə
onların dünyaya necə gəlib getdiklərinə
şahid oluruq, onlar dünyadan silinən
kimi yerlərini başqaları tutur, onlar
böyük bir əvəzlənmə qatarı yaradıblar.
Məhz roman kütlə içindən bir nəfəri
seçib başdan-başa onun həyatını,
fikirlərini, duyğularını danışır, onu
əvəzedilməz
edir,
o
hər
şeyin
mərkəzində dayanır.
Don Kixot ölür və roman sona çatır,
bu, birdəfəlik sondur, çünki Don
Kixotun uşaqları yoxdur, əgər uşaqları
olsaydı, onun həyatının bir davamı ola
bilərdi, bəlkə onu yamsılayan, ya da onu
mühakimə edən birisi olacaqdı, bəlkə
onu müdafiə edəcək, ya da ona xəyanət
edəcəkdilər.
Atanın ölümü qapının arasını açıq
qoyur, lap uşaqlıqdan başlayaraq biz
dəfələrlə məhz bunu eşidirik, sənin
həyatın uşaqlarında davam edəcək, sənin
uşaqların sənin ölümsüzlüyündür.
Ancaq əgər mənim həyat hekayətim,
şəxsi həyatım başa çatdıqdan sonra belə
davam edə bilirsə, deməli, mənim
şəxsiyyətim yetkin bir şəxsiyyət deyil,
onda hələ başa çatmamış nələrsə var, o
təklikdə tam məna ifadə edə bilmir.
Belə anlaşılır ki, fərdin içində əriyib
yoxa çıxan, öz kimliyinin unudulmasına
şərait yaradan ailə, nəsil, söy-kökü,
millət kimi tamamilə konkret, dünyəvi
şeylər var. Bu “hər şeyin əsası” olan
fərdin bir neçə əsrdir Avropanın
bəslədiyi, illüziyadan, xəyaldan başqa
bir şey olmadığı anlamına gəlir.
Qarsia Markezin “Yüz ilin tənhalığı”
kitabının
sayəsində
roman
artıq
fərdiyyətçilik xülyasıyla vidalaşıb və
indi diqqət mərkəzində ayrıca bir fərd
deyil, fərdlərin bir-birini əvəz etdiyi
uzun bir zəncir dayanır.
Onlar hamısı özünə görə unikal,
təkrarsız
olmaqla
bərabər
əsərin
axınında ötəri bir işıq zolağı kimi gözə
görünüb yox olurlar, hər bir fərd
unudulmalıdır və onların hər biri bu
haqda düşünür, heç bir qəhrəman
əvvəldən axıra kimi romanın əsas siması
olmur.
Romandakı
qəhrəmanların
ulu
nənəsi olan qoca Ursula yüz iyirmi
yaşında dünyasını dəyişsə də, roman bu
hadisədən xeyli gec qurtarır.
Burada diqqəti çəkən başqa bir
məqam da var ki, bütün surətlərin adları
bir-birinə bənzəyir, məsəlçün: Arkadio
Xose, Xose Arkadio, ikinci Xose
Arkadio, Aureliyano Buendia, ikinci
Aureliyano.
Müəllifin bunu etməkdə məqsədi
surətləri
bir-birindən
fərqləndirəcək
cəhətləri dumanlı şəkildə təsvir edib
oxucunun onları qarışıq salmasına nail
olmaqdır. Onlar bütün cəhətləri ilə
Avropanın
fərdiyyətçilik
dövrünə
yaddırlar.
Bəs görəsən onlar hansı dövrə aiddirlər?
Amerikanın hindu keçmişinəmi? Ya da
ayrı-ayrı fərdlərin insan cinsi içərisində
əriyib yoxa çıxacağı gələcəyəmi?
Mənim fikrimcə bu roman, romançılıq
sənətinin zirvə nöqtəsi olmaqla bərabər,
ənənəvi roman dövrü ilə vidalaşmadır.
Çevirdi Namiq Hüseynov
Üç aylıq ədəbiyyat dərgisi
195
T
ə
qvim
yarpaqları
ARAZ ELSƏS
-45
MƏNİM VƏTƏNİM!
Mən
səsə
inanan, tapınan
adamam. Səsdən güclü şey tanımadım.
İldırım gurultusunu Tanrı səsi bilmişəm.
Anamın səsini (indi də eşidirəm o səsi –
özü 10 ildir haqq dünyasında olsa da)
dünyanın səsi bilmişəm. Qarışqaların
səsini (var o səs!) təri dabanından çıxan
adamın susqunluğu bilmişəm. Mən qırğı
səsinə yatıb-durmuşam – zatən evimizlə
üzbəüz Qala daşındakı qırğını evimizin
bir üzvü bilmişəm...
Sən
o qırğını əvəz etdin
mənimçün Araz! Elə bilirdim ki, o
qırğısız bu şəhərdə yaşamaq çətin olar.
Qıy vuran qartalın qıya səsini bilənlər
bilər...
Radionun
soyuq
divarları
arasında qısıla-qısıla gəzişərkən çıxdın
qarşıma. Bircə dəfə də rastlaşmadığım
bu uzunsaç gəncə tərəf necə qoşdum?!
Allahdan o heç səksənmədi də. O da
məni eyni hərarətlə qucaqladı. Beləcə,
“tərcümansız”,
araçısız
tanışdıq,
görüşdük, dostlaşdıq.
Bir neçə ay sonra isə Sirkin
binasında Arazın möhtəşəm konserto
oldu. Bir çox Azərbaycan aydınlarının
(Əbülfəz Elçibəy daxil) iştirak etdiyi bu
konsertə ailəlikcə dəvət etmişdi bizi.
Qızlarım, oğlum da Arazı sevdilər. O
gündən o gənc qırğı bir qartala dönüb
qıya çəkən səsilə, hayqıran qopuzu ilə
bizi
qorudu.
Gələcəyə
inamımızı,
ümidimizi, əzmimizi qorudu. Vətəndə
vətənsiz olan bizlərin Vətəni oldu Araz
Elsəsin səsi...
Bir gün eşitdim ki, Bakını tərk
edəcək Araz. Necə?! Hara?! Bəs o bizə
Vətən olan səsini hara aparacaq?
Yenəmi vətənsiz qalacağıq?..
Araza, Arazın səsinə bıçaq
çəkmişdilər. O bıçaq neçə illərdir bizi
Təbrizsiz
qoyduğu kimi, Arazsız
qoyub... Yenə Vətənsiz qaldıq... Amma
yox, Araz özü Avropaya getsə də, səsini
bizə verib getdi. Demişdi axı: SƏSİM
YANINIZDA OLACAQ!
Evimizdə
bir
cüt
Təbriz
göyərçini böyüyür: Aylam, Ayxanım!
Onlar
da
Araz
Eləsəsin
səsinə
təşnədirlər. Ötən il gedib Təbrizi, Ərki
ziyarət etdilər o göyərçinlər. Dedim ki,
mənim və dostum Araz Elsəsin də
salamını aparın. Deyin ki, onlar gələ
bilmədilər...
Əlimiz çatmır Təbrizə. Amma
səsimiz
çatar.
Arazın
səsinin
qanadlarında... O qıya səsində...
45 yaşın qutlu olsun, Arazım! O
uzun-uzun saçların o taylı-bu taylı
yurdumuza dolansın, qosqoca qopuzun,
azman səsin hər zaman çağlasın!
Azad Qaradərəli
196
№ 4 (20) Qış- 2016
M
ə
mm
ə
d Elli – 75
Yola çıxsam səhər-səhər,
Sən çıx mənim yolum üstə.
Dilindəki xoş kəlmələr,
Gəlsin “qurban olum” istə.
Qan ağlayır dağım-daşım,
Bu da mənim cavan yaşım,
Yüz min bəla çəkdi başım,
Düz danışan dilim üstə.
Gün qayğılı, ömür yarı,
Ay dolanır orğun-orğun.
Deyən yenə gəlmir yuxun,
Qoy başını qolum üstə.
PALİTRA
Nigar
Nərimanbəyova
Nigar Nərimanbəyova! Bu ad və
soyad sizə nələrsə dedi yəqin ki. Bəli o,
Azərbaycanın iki böyük sənətkarın- xalq
rəssamı Vidadi Nərimanbəyovun qızı,
Toğrul
Nərimanbəyovunsa
qardaşı
qızıdır. Nigar xanımın adı Avropa və
Fransada ən yaxşı rəssamların reyestrinə
daxil olub.
Fransa Milli Mədəniyyət Federasiyası
Müstəqil Fransa Rəssamlarının məşhur
Payız Salonunun “TOİLE D'OR” ali
mükafatını tanınmış azərbaycanlı rəssam
Nigar Nərimanbəyovaya təqdim edib.
Üç aylıq ədəbiyyat dərgisi
197
Bununla da o, “2016-cı ilin
Fransada və Avropada ən yaxşı rəssamı”
statusunu qazanıb. N. Nərimanbəyova
artıq bir neçə ildir Azərbaycanı böyük
və irimiqyaslı “ART EN CAPITAL”
layihəsində təmsil edir. Bu layihə
Parisin əsas sərgi salonunda – Qrand
Paledə Fransa Prezidenti Fransua
Ollandın himayəsi ilə keçirilir. “ART
EN CAPITAL”ın əsas və yeganə
mükafatı olan “TOİLE D'OR” 1973-cü
ildə
Fransa
Milli
Mədəniyyət
Federasiyası tərəfindən qurulub və
əsərləri bu salonda göstərilən çoxsaylı
rəssamlardan yalnız birinə verilir.
Azərbaycanlı rəssama ilk dəfə təqdim
edilən bu mükafata indiyədək müxtəlif
ölkələrdən 36 rəssam layiq görülüb.
Rəssamların Qrand Paledəki salonunda
hər il 5 minə qədər rəsmlə 2 mindən
artıq tanınmış rəssam iştirak edir.
Zamanında bu salon Pol Sezan, Pol
Qogen, Tuluz-Lotrek, Kamil Pissarro,
Şaqal, Dali, Van Qoq, Modilyani kimi
böyük rəssamlara şöhrət qazandırıb.
Nigar
Nərimanbəyova : “Bu
xəbərdən inanılmaz həyəcan keçirirəm!
Sevincimin
həddi-hüdudu
yoxdur.
Xoşbəxtəm ki, Azərbaycanı Avropanın
dünya miqyaslı sənət meydançalarında
ləyaqətlə təmsil edirəm, ölkəm barədə
ən yaxşı tənqidçilər və sənətşünaslar söz
açır. Bu inanılmaz uğurdur. Artıq
azərbaycanlı rəssamın adı Avropa və
Fransada ən yaxşı rəssamların reyestrinə
daxil oldu. Əlbəttə, bu, həm də
yaradıcılığımın
çoxsaylı
pərəstişkarlarının xidmətidir. Onların
sevgi və səmimiyyəti mənə həmişə
ilham verir və məni xoşbəxt edir”.
Azərbaycanlı rəssamın rəsmləri uzun
müddətdir ki, Avropa seyrçilərinin
diqqət mərkəzindədir. Məşhur fransız
sənətşünası, akademik Jan-Şarl Aşe
Nigar Nərimanbəyovanın yaradıcılığını
böyük Şaqalla müqayisə edib və onun
rəsmlərini “müasir incəsənətin şah
əsərləri” adlandırıb.
198
№ 4 (20) Qış- 2016
(Nərimanbəyovlar nəslinin tarixinə
qısa
nəzər
salaq.
Babaları
şuşalı
hüquqşünas Əmirbəy Nərimanbəyov çar II
Nikolay dövründə mühacirətdə olub.
Kiyevdə dərs deyirmiş. Azərbaycan Xalq
Cümhuriyyəti
qurulandan
sonra
Azərbaycana qayıdıb və Bakıda qubernator
olub. Əmirbəy Nərimanbəyov Qarabağın
tanınmış
bəylərindən
sayılırdı.
Əmirbəyin
oğlu
Fərman
(Vidadinin,
Toğrulun atası) da Şuşada doğulub.
Azərbaycan Xalq Cümnuriyyəti zamanında
hökumət ölkənin gələcəyi naminə istedadlı
gəncləri xaricə oxumağa göndərəndə
Fərman Nərimanbəyov da Avropaya təhsil
almağa gedən 40 nəfər arasında olub.
O, Tuluza Universitetinin mühəndis -
elektrik ixtisasına qəbul olub. Təhsil aldığı
müddətdə fransız dilini mükəmməl öyrənən,
Avropa mədəni dəyərlərini mənimsəyən
Fərman Nərimanbəyov bir fransız qızla da
tanış olur.Və o,İrma Lya Rude alı bu dərzi-
modelyer xanımla evlənir.
Gənc ailə xeyli müddət Fransada yaşayıb.
Toğrulun böyük qardaşı Vidadi elə
Avropada dünyaya gəlib - 1926-cı ildə.
Sonra onlar Tuluzadan Paris şəh ərinə
köçürlər.
1929-cu ildə Fərman Nərimanbəyov arvadı
İrma Lya Rude və oğlu Vidadi ilə birgə
Bakıya qayıdır. Xanımı və 3 yaşlı oğlu ilə
Bakıda yerləşən Fərman Nərimanbəyov
tələbə yoldaşı olmuş elektrikləşmə naziri
İslamzadənin köməyilə Mingəçevir SES-də
işə düzəlir...
1930-cu
il
avqust
ayının
7-də
Nərimanbəyovlar ailəsinin ikinci oğlu
Toğrul dünyaya gəlir. Elə həmin il Toğrulun
babası Əmirbəy kişi dünyasını dəyişir.
Avropada təhsil almış valideynlərinin zəngin
mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən
yaşlarından
hərtərəfli,
mükəmməl
formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü
qara buludlar alır. Toğrulun atası o zaman
Avropada
təhsil
almış
bir
çox
azərbaycanlılar kimi repressiyaya məruz
qalır, onu həbs edib Sibirə sürgünə
göndəirilər.
Ardınca 1941-ci ildə Fransa
Üç aylıq ədəbiyyat dərgisi
199
vətəndaşlığından çıxmayan Toğrulun anası
İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz
balalarından
ayırırlar.
İrma
xanımı
Özbəkistana - Səmərqəndə sürgün edirlər.
Toğrulun anası düz 1961-ci ilə qədər
sürgündə yaşamağa məcbur olur.
Oğlanları artıq tanınmış rəssam kimi
fəaliyyət göstərməyə başlayanda ata-ana da
bəraət alaraq Bakıya qayıdırlar. İrma xanım
Yasamal qəbiristanlığında dəfn edilib. Elə
oğlu Vidadi də anasının yanında uyuyur.
Toğrulun qəbri isə Parisdədir...)
Nigar xanımla söhbətimizdə onadn
iki suala cavab nerməsini xahiş etdim.
Sual : - Azərbaycanla bağlılığınızdan
danışarsınızmı ?
Cavab:-Mən çoxdan Parisdə yaşayıram.
Amma
vətənim
Azərbaycanı
çox
sevirəm.Mənim uşaqlığım və gəncliyim
sevimli Bakımda keçdiyindən mən bu
torpağın şəhdini, şirəsini udmuşam,
Xəzərin sahillərində bu torpağın böyük
müsiqisi, mədəniyyəti ilə boya-başa
çatmışam. Ona görə də mənim
rəsmlərimə Bakı koloriti, onun parlaq
rəngarəngliyi, xalqımızın əfsanə və
rəvayətləri hopmuşdur. Mənim bütün
rəsmlərimdəki
maqizm,
sirr,
ekstravantlıq, xüsusilə də son silsiləm
olan
“Məhəbbət
oyuncaqları”
Azərbaycanın
qədim əfsanələrindən
gəlmədir. Bütün bunlar, hansı ki, mənim
doğma Azərbaycanımla bağlılığıma
sübutdur,
eyni
zamanda
mənim
damarlarımda iki xalqın – Azərbaycan
və fransız xalqlarının qanı axır, ona görə
də mənim rəsmlərimdə Şərq sehrkarlığı
və əzəməti ilə yanaşı Avropa xəfifliyi və
havadarlığı da əks olunub.
Sual:
Nərimanbəyova
soyadından
qorxmursunuz ki?
Cavab: -Çox fəxr edirəm ki, mənim
mənsub
olduğum
Nərimanbəyov
soyadını atam Vidadi Nərimanbəyov
daşıyıb, hansı ki, Azərbaycan rəssamlıq
sənətində
sərt
realizminin
stilinin
yaradıcısıdır
və
əmim
Toğrul
Nərimanbəyov! Hələ uşaqlıqdan mənə
nağıl kimi gələn molbert, akvarel və
rənglər
dünyasında
böyümüşəm.
Axşamlar bizə atamın rəssam dostları
yığışardılar:
Qorxmaz
Əfəndiyev,
Fərhad Xəlilov, Səttar Bəhlulzadə, əmim
Toğrul Nərimanbəyov. Onlar çay içər,
şeir deyər, mübahisə edərdilər. Səttar
əmi məni Nigarçik çağırardı. Və deyərdi
ki, yeni şəkillərini bizə göstər. Mən də
öz
“şedevrlərimi”
onlara
fəxrlə
göstərərdim. Səttar əmi sevinclə deyirdi
ki, sən böyük rəssam olacaqsan. O
şəkillərimin altından ərəb əlifbası ilə
təriflər yazardı. İndi mən Fransada və
Avropada tanınan rəssamam. Adım
Fransa
və
Avropanın
ən
yaxşı
rəssamlarının reystrinə daxil edilib. Bir
sıra
ali
mükafatlar
qazanmışam.
Taleyimdən razıyam ki, atamın və
əmimin daşıdığı bu soyadı şərəflə davam
etdirə bilirəm.
Azad Qaradərəli
200
№ 4 (20) Qış- 2016
YEN
İ
N
ƏŞ
RL
Ə
R
Dostları ilə paylaş: |