(Sibirdə, Ərəbistanda ),əyilməkdə olan tavalar dəniz
transqressiyalarına məruz qalır. Mezozoyda Çin platformasının
əyilmə sahələrində yanşan qırışıqlığı nəticəsində tektonik
inversiya başlayır, platforma tipli qırışıqlı,qırışıqlı-faylı dağlar
əmələ gəlir., vulkanizm baş verir və platformanın tektonik
quruluşu xeyli mürəkkəbləşir. Yeni əmələ gəlmiş dağlara
nisbətən, sabit massivlər relyefdə mənfi formalar əmələ gətirir.
Mezozoyda Çin platformasında olan hərəkətlər qitə sahəsini
genişləndirmir. Bu dövrdə qitənin şərqində vulkanizm böyük
bir güclə özünü göstərir. Mezozoyun axırlarında xeyli yüksəyə
qalxmış Nubiyə-Ərəbistan qalxanın künbəz hissəsində,
Qondvananın şimal qəlpəsi olan Hindistan platformasında
böyük tektonik qırılmalar əmələ gəlməyə başlayır. Dekan
yaylasında sahəvi püskürmələr baş verir, tektonik hərəkətlər
daha da aktivləşir.
Asiyanın geoloji inkişafında kaynozoy erası xüsusi bir
mərhələ kimi ayrılır. Bu era geoloji hadisələrlə olduqca
zəngindir. Bu vaxt tektonik hərəkətlər istər alp geosunklinalı
sahəsində, istər qədim platformalarda və həmçinin qitənin şərq
“Sakit okean odlu dairəsinə “aid olan hissəsində böyük qüvvə
ilə özünü göstərmişdir. Asiyanın Alp qırışıqlığı zonalarının
kaynozoy tarixində iki əsas mərhələ:1) Alp qırışıqlığı, 2)orogen
mərhələ (axırıncı aktivləşmiş platformalara da aid edilir)
ayırmaq mümkündür. Əvvəlki eralarda geosinklinal rejimə
malik olan Alp geosinklinalı (Tetis və Alp geosinklinalı
sinonim kimi işlədilə bilər ) qapanır. Bu dövrdə həm qırışıqlıq
,həm də orogen fazalar əsasən başa çatır. Bu zonanın
meqantiklinoriumlarının mərkəzi hissələri hələ mezozoyun
axırlarında inversiyaya başlamışdır. Paleogendə isə Alp
geosinklinalında əsas qırışıq zonalar yaranır. Qabaq Asiyanın
aralıq massivlərini (Anadolu və İran yaylaları) şimaldan və
cənubdan əhatə edən qırışıq,qırışıq-faylı dağ silsilələri əmələ
gəlir(şimalda Pont, Kiçik Qafqaz, Talış, Əlburz, Kopetdağ,
Pamir;cənubda Tavr, Zaqros, Süleyman dağları). Hindiquş,
Himalay və Birma dağlarında həm güclü qırışıqlıq,həm də
şaquli qalxma gedir. Alp qırışıqlığının əsas mərhələsi zamanı
qalxmaqda olan silsilələr arasında və ətəyində yaranan
çökəklərdə dəniz və qismən kontinental çöküntülər toplanır
(aşağı molass çöküntüləri),daxili zonalarda qüvvətli vulkan
püskürmələri baş verir.
Paleogendə hələ Alp qırışıqlığı zonasının daxili
massivləri az yüksəkdə yerləşdiyindən arabir dəniz
transqressiyalarına məruz qalırdı. Mərkəzi Asiyanın aşınmış
qədim qırışıqlıq sahələri (cavan platformalar) bir qədər
aktivləşir. Tibet və Himalay dağları daha intensiv qalxır.
Ziddiyyətli tektonik hərəkətlər sahələrində dərin tektonik
qırılmalar yaranır və bu qırılmalar üzrə intensiv vulkan
püskürmələri baş verir. Tektonik hərəkətlər çox gərgin olan
sahələrdə üfüqi təzyiq nəticəsində şaryaj quruluşu inkişaf
etməyə başlayır. Paleogenin axırları və neogenin əvvəllərində
istər Alp-Himalay zonasında,istərsə də Asiyanın başqa
sahələrində tektonik hərəkətlər bir qədər zəifləyir. Qabaq
Asiyanın alp qırışıqlığı zonasındakı dağlar xeyli aşınır,geniş
sahələrdə hamarlanma səthləri intişar edir,qitənin daxili
vilayətlərində də tektonik hərəkətlər bir qədər zəifləyir.
Bu dövrdə Şərqi Asiyada intensiv çökmə və qalxma
gedir.Yapon adaları, Tayvan və Filippin adalarında çox qalın
paleogen və miossen çöküntüləri toplanır,çox yerdə vulkanizm
aktiv davam edir və dərinlik tektonik qırılma zonaları yaranır.
Asiyanın geoliji inkişafı tarixində neogen və dördüncü dövr
hadisələri xüsusi yer tutur. Neotektonik, yaxud orogen
mərhələdə (neogen-dördüncü dövr) Alp-Himalay zonasında
tektonik hərəktlər böyük bir sürətlə özünü göstərir. Qabaq
Asiya yaylalarını şimaldan və cənubdan əhatə edən dağ
sıralarının yüksəkliyi (bunlar meqantiklinoriumlara müvafiq
gəlir) 2000-3000 m, bəzən 4000-5000m-ə qədər artır,dağarası
və dağətəyi çökəklərdə əyilmə daha da sürətlənir və burada çox
qalın iri qırıntılı çökütülər (yuxarı molass formasiyası)toplanır.
Pliosen və dördüncü dövrdə isə bu çöküntülər qırışıqlıqda
yığılaraq böyük dağ silsilələrini kənardan haşiyələyən alçaq
dağları və tirələri əmələ gətirir.
Neotektonik mərhələdə aralıq massivlər də xeyli
yüksəyə qalxır (800-2000m) və bəzən yerlərdə olduqca güclü
vulkan püskürməsi baş verir,lava yaylaları,nəhəng vulkan
konusları
yaranır.(Şərqi
Anadoluda,
Ermənistan
yaylasında,Cənubi Azərbaycanda). Bu mərhələdə Alp-Himalay
zonasında qırılmalar üzrə üfüqi hərəkətlər də baş verir,şaryaj
quruluşu daha geniş miqyasda inkişaf edir.(Himalayda və s.).
Himalay dağları daha intensiv qalxır. Neotektonik mərhələnin
bir əlamətdar cəhəti də ondadır ki,bu mərhələdə Mərkəzi
Asiyanın cavan platformaları sahəsində tektonik aktivləşmə
daha kəskin olmuşdur. Altay,Sayan,Tyan-Şan,Kunlun,Nanşan,
Sinlin dağları sistemi çox böyük bir sürətlə qayma şəklində
qalxmağa başlamışdır. Həmin dağların qalxması qədim
platformaların sabit massivlərinə də öz təsirini göstərmişdi
(Tarim, Ordos və s.). Qazaxıstan qırışıq təpəliyi,Ural,Sibir
platformasının bəzi sahələri və Şimal-Şərqi Asiyada böyük
sahələr qalxma və enmə hərəkətlərinə məruz qalmışdır. Bu
hərəkətlər nəticəsində yüksək dağlar daimi qar xəttindən xeyli
yüksəyə qalxmış və böyük dağ-dərə buzlaqları yaranmışdır.
Digər tərəfdən Mərkəzi Asiyanın çökək və yaylalarını hər
tərəfdən əhatə edən dağların çox yüksəyə qalxması,okeanlardan
gələn rütubətli hava axınlarının qarşısını kəsdiyindən,qitənin
daxili hissələrinin iqliminin quraqlaşma dərəcəsi artmışdır.
Neogen-dördüncü dövrdə baş verən hərəkətlər qitənin müasir
sərhədləri daxilində formalaşmasının əsas amili olmuşdur. Bu
dövrdə Şərqi Asiyada və İndoneziyada daha böyük
dəyişikliklər baş vermişdi. Şərqi və cənub-şərqi Asiyanın kənar
dənizlərinin,adalar qrupunun,onları əhatə edən dərin çökəklərin
yaranması neogen və dördüncü dövrün tektonik hərəkətləri ilə
əlaqədardır. Çox dərinlərə gedən tektonik qırılmaların əmələ
gəlməsi və yer qabığı dərinliklərində gedən ciddi dəyişikliklər
Dostları ilə paylaş: |