Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
84
dağıdılıb yandırılmıĢdır. DağıdılmıĢ və əmlakı aparılmıĢ yaĢayıĢ evlərinin ümumi dəyəri on milyardlarla dollar
həcmindədir.
II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmıĢ
insan hüquqlarım kobud və ya kütləvi Ģəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən
olunmuĢ, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində "beynəlxalq cinayət" və
"beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırımı cinayəti beynəlxalq cinayət
kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri Ġkinci Dünya müharibəsindən sonra yaradılmıĢ
beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində ifadə olunmuĢdur. Sonradan həmin
cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində və Beynəlxalq
Cinayət Məhkəməsinin Statusunda təkmilləĢdirilməklə bir daha təsdiqini tapmıĢdır. Nürnberq Tribunalı
Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa ayrılmıĢdır:
* sülh əleyhinə cinayətlər;
* müharibə cinayətləri;
* insanlıq əleyhinə cinayətlər.
Ġkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi
fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini iĢlədilməmiĢdir.
Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə, soyqırımı insanlıq əleyhinə cinayətlərə daha yaxındır.
Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarĢı repressiyanın miqyasına və dəqiq
ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə cinayətlərinə də oxĢardır. Belə ki,
həmin cinayətin törədilməsi hərbi əməliyyatların aparılması vaxtı ilə üst-üstə düĢə bilər. Lakin soyqırımı
müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn,
Kambocada Pol Pot öz xalqına qarĢı soyqırımı həyata keçirmiĢdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya
və Ruanda Tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsi Statusunda soyqırımı cinayəti
müharibə cinayəti və insanlıq əleyhinə cinayətlərdən ayrılmıĢdır.
Soyqırımının hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv
etmək məqsədilə törədilən aĢağıdakı hərəkətlər təĢkil edir:
* bu cür qrup üzvlərinin öldürülməsi;
* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
* hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat Ģəraitinin
yaradılması;
* bu cür qrupda doğumun qarĢısını almağa yönəldilmiĢ tədbirlərin görülməsi;
* uĢaqların zorla bir insan qrupundan alınıb baĢqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırım cinayətini obyektiv cəhətinə
görə oxĢar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təĢkil edən əməllərdən hər biri öz
xarakterinə görə Ģüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən
və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün
nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın
fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb
olunur.
Qabaqcadan xüsusi düzəldilmiĢ pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin
avtomat, pulemyot və baĢqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarĢı yönəlməsi də göz qabağındadır.
Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaĢır:
* tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus).
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarĢı yönəlməlidir. BaĢqa qrupa,
məsələn, siyasi və ya sosial qrupa qarĢı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz.
Soyqırımı anlayıĢı qadağan olunmuĢ əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb
edir.
Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləĢdirir:
- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə Ģəxsin deyil, qrupun
məhv edilməsindən ibarət olmalıdır. Fərdin Ģəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımın
qurbanlarmı təyin etmək üçün həlledici meyardır;
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
85
- niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, baĢqasından fərqlənən bir ayrıca qurum kimi məhv
edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır.
Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaĢamaq hüququnu tanımaqdan imtina kimi
səciyyələnir. Deməli, astus reus (qadağan olunmuĢ əməl) bir adamla məhdudlaĢa bilər, lakin mens rea (niyyət)
qrupun mövcudluğu əleyhinə yönəlməlidir;
- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır;
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən ibarət
son nəticənin əldə olunması tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təĢkil edən
əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə
törədilməsi kifayətdir.
Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayıĢı qrupun fiziki və ya bioloji vasitələrlə fiziki
məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər özünəməxsusluğunun məhv
olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni genosid" aid deyildir.
"Barselona Trastion Kase" iĢi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının
qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmıĢdır.
Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında
Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi
xarakter daĢıyan normalar kimi tanımıĢdır.
Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb etdiyi
kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir.
III
.
Xocalı soyqırımının beynəlxalq cinayət
kimi hüquqi əsasları
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslarla aĢağıdakılar hesab
olunmalıdır:
1) BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ Soyqırımı
cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə
minmiĢdir);
2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaĢa soyqırım cinayəti göstərilməsə
də, həmin cinayəti təĢkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə
tutulmuĢdur);
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4).
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l);
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6);
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103);
7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il
tarixli Fərmanı.
IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aĢağıdakıları müəyyənləĢdirmiĢdir:
1. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq
hüquq soyqırımı cinayətinin anlayıĢını müəyyən etməklə yanaĢı, həmin cinayəti törətmiĢ Ģəxslərin məsuliyyətini
də müəyyənləĢdirir. Belə ki, Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması haqqında
Konvensiyanın 5-ci maddəsinə əsasən iĢtirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan Ģəxslərin
cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən həmin Ģəxslər
dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən
mühakimə edilməlidirlər.
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaĢa və açıq
təhrikçilik, soyqırımına cəhd və soyqırımında iĢtirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırımı cinayəti törətmiĢ Ģəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi olaraq
milli məhkəmə orqanlarının yurisdiksiyası dövlətin ərazisində cinayət törətmiĢ Ģəxslərlə məhdudlaĢır. Hazırda
beynəlxalq hüquq beynəlxalq cinayətlərin dövlətin ərazisindən kənarda törədilməsindən, cinayəti törədənin və
ya zərər çəkmiĢin həmin dövlətin vətəndaĢı olmamasından, eyni zamanda həmin cinayətlərin ölkənin dövlət
Dostları ilə paylaş: |