Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
105 
Məhkəmə  qeyd  edir  ki,  keçmiĢ  Yuqoslaviya  Federativ  Sosialist  Respublikası  Genosid  haqqında 
Konvensiyanı  1948-ci  il  dekabrın  11-də  imzalamıĢ  və  ratifikasiya  alətlərini  qeyd  -  Ģərt  etmədən  1950-ci  il 
avqustun  29-da  təqdim  etmiĢdir;  bu  məhkəmə  iĢində  iki  tərəf  keçmiĢ  Federativ  Sosialist  Yuqoslaviya 
Respublikasının ərazisindəki hissələrə uyğundur.  
Daha  sonra  Məhkəmə  2  aləti  yoxlayır:  Yuqoslaviyanın  keçmiĢ  Yuqoslaviyanın  üzvü  olduğu  beynəlxalq 
müqavilələrə riayət etmək niyyətini ifadə edən 27 aprel 1992-ci il tarixli deklarasiya və Bosniya – Herseqovina 
tərəfindən  təqdim  olunan  Genosid  haqqında  Konvensiyaya  münasibətdə  29  dekabr  1992-ci  il  tarixli  «varislik 
haqqında bildiriĢ». 
Yuqoslaviya  iddia  edirdi  ki,  Bosniya-Herseqovina  konvensiyaya  qoĢulan  tərəf  kimi  (varis  kimi  deyil) 
nəzərdən  keçirilməlidir,  konvensiyanın  XI  maddəsinin  doğurduğu  nəticəyə  görə  alət  yalnız  saxlanılmaya 
verildiyi gündən sonrakı doxsanıncı gün qüvvəyə minir (maddə XIII), əgər bu hal olubsa, zaman çərçivəsi Ģərti 
baxımından  Məhkəmə  səlahiyyətə  malik  olmayacaq.  Lakin  Məhkəmə  müvəqqəti  tədbirlər  barədə  qərara 
gələrək,  özünün  hazırkı  vaxt  və  gələcəklə  müqayisədə  keçmiĢlə  daha  az  məĢğul  olduğunu  nəzərə  alaraq  bu 
məsələ  ilə  bağlı  fikir  söyləməmək  qərarına  gəlir.  Qeyd  olunan  iki  alətin  bazasında  Məhkəmə  deyir  ki,  əgər 
mübahisənin obyektini konvensiyanın «təfsiri, tətbiqi və ya yerinə yetirilməsi təĢkil edirsə, eləcə də mübahisələr 
genosid məsələsində və ya konvensiyanın III maddəsində sadalanan hər hansı digər aktın biri ilə bağlı dövlətin 
məsuliyyəti  məsələsinə  aiddirsə,  Genosid  Haqqında  Konvensiyanın  IX  maddəsi  Məhkəmənin  səlahiyyətinin 
əsaslandırılması üçün baza ola bilər. 
Məhkəmə  Bosniya-Herseqovinaya  görə  iĢdə  Məhkəmənin  səlahiyyəti  üçün  əlavə  əsas  olan  sənədi  də 
nəzərdə  keçirir.  Bu  Çernoqoriya  Respublikasının  Prezidenti  və  Serbiya  Respublikasının  Prezidenti  tərəfindən 
Yuqoslaviyada  sülh  üçün  beynəlxalq  konfransının  arbitraj  komissiyasının  sədrinə  ünvanladıqları  1992-ci  il  8 
iyun tarixli məktubdur. Məktubu nəzərdən keçirən Məhkəmə hesab edir ki, bu iĢdə həmin məktubu prima faciə 
səlahiyyət  üçün  əsas  kimi  nəzərdən  keçirmək  imkanında  deyil  və  deməli  yalnız  Genosid  haqqında 
Konvensiyanın  IX  maddəsinin  verdiyi  daha  çox  ratione  personae  nəinki  ratione  materiae  səlahiyyəti  əsasında 
hərəkət etməlidir. 
BaĢqa sözlə, Məhkəmə zaman limiti (fasiləsi) məsələsinə toxunmadan (yəni dövlətin bu konvensiyaya üzvlüyü 
məsələsini  açıq  qoyaraq)  Genosid  Haqqında  Konvensiyanın  IX  maddəsinin  bazasında  öz  səlahiyyətini 
müəyyənləĢdirir. Maraqlıdır ki, bu zaman Konvensiyaya 1993-cü ildə qoĢulan Ermənistanın 1992-ci ilin fevralı 
üçün Konvensiyaya tərəf olması məsələsi daha çox sual doğurur, nəinki Xocalı soyqırımında ikinci qüvvə kimi 
iĢtirak  edən  366  motoatıcı  alayın  tabe  olduğu  Rusiyanın  Konvensiyaya  tərəf  olması  məsələsi.  Beləki,  Rusiya 
«continuitet»  prinsipini  tətbiq  etməklə  özünü  beynəlxalq  müqavilələrə  münasibətdə  SSRĠ-nin  varisi  elan 
etmiĢdir.  BaĢqa  sözlə,  Rusiyaya  münasibətdə  Konvensiyanın  qüvvədə  olması  məsələsində  zaman  fasiləsi 
yaranmamıĢdır. 
Bundan  əlavə,  Məhkəmə  qeyd  edir  ki,  müvəqqəti  tədbirlərin  müəyyən  olunması  ilə  bağlı  bu  xahiĢ 
kontekstində o, faktlar və ya onların təqsirləndirilməsi barədə yekun nəticə çıxarmaq səlahiyyətində deyil və bu 
və ya digər Tərəf tərəfindən genosid konvensiyasının pozulmasını müəyyən etməyə dəvət olunmamıĢdır, lakin 
Ģərait  genosid  haqqında  konvensiyanın  müəyyən  etdiyi  hüquqları  qorumaq  üçün  dövlətlərin  öz  üzərlərinə 
götürməli olduqları müvəqqəti tədbirlərin müəyyən olunmasını tələb edirsə, müəyyən etməyə dəvət olunmuĢdur. 
Beləliklə,  Məhkəmə  deyir  ki,  o,  Genosid  haqqında  Konvensiyanın  I  maddəsində  müəyyən  olunan  öhdəlikləri 
nəzərə alaraq bu hüquqları qorumaq üçün müvəqqəti tədbirlərin müəyyən edilməsində əmindir. 
Lakin Məhkəmə yekunda dəqiqləĢdirir ki, bu məhkəmə baxıĢında qəbul olunan qərar iĢə mahiyyəti üzrə 
baxılması üçün məhkəmənin səlahiyyətini, Ģikayətin məqbulluğu və mahiyyəti üzrə  hər hansı məsələni ehtimal 
etmir  və  səlahiyyət  və  ya  mahiyyəti  üzrə  Bosniya  -  Herseovina  və  Yuqoslaviya  Hökumətlərinin  vasitələrdən 
istifadə etmək hüququnu toxunmamıĢ saxlayır.  
2. Genosid haqqında Konvensiyada nəzərdə tutulan hüquq və vəzifələrin erga omnes öhdəliyi xarakteri 
Lakin, 1948-ci il Konvensiyasının beynəlxalq adət hüququnun tərkib hissəsi olduğunu unutmaq olmaz. 
Beləki,  Genosid  haqqında  Konvensiya  bəyan  edir  ki,  «Konvensiyada  nəzərdə  tutulan  hüquq  və  vəzifələr  erga 
omnes  öhdəliyidir»  (CIJ,  Application  of  Convention  for  the  prevention  and  the  repression  of  the  crime  of 
genocide  (Bosnia-Herzégovine  against  Yugoslavia),  preliminary  exceptions  of  July  11,  1996,  Rec.,  1996,  p. 
616.), yəni hamı üçün nəzərdə tutulan  öhdəlikdir, baĢqa sözlə, ümumi xarakter daĢıyır. Buradan belə  nəticəyə 
gəlmək olar ki, Məhkəmənin Ģikayətlə bağlı rationae temporis səlahiyyəti tərəflərin  konvensiyaya tabe olduğu 
anla  məhdudlaĢmır.  Yəni  bununla  1991-1996  və  1991-1993-cü  illər  ərzində  Konvensiyaya  riayət  edilməsi 
Azərbaycan və Ermənistan üçün erga omnes öhdəliyi xarakteri daĢımıĢdır.  
Bundan  əlavə,  1966-cı  il  Mülki  və  Siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  6-cı  maddəsinin  3-cü 
bəndində deyilir ki,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə