Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
247 
247 
247 
salma, böyük Türk Dünyası Birliyinin yaranmasının qarşısının 
alınması  niyyəti  bu  gün  də  yüz  il  öncə  olduğu  kimi, 
gündəmdən  çıxmayıb,  əksinə  bu  yöndə  görülən  işlərin 
miqyası daha da genişlənib; düşmənçilik «texnologiyası» daha 
da gücləndirilib.  
2.  Qafqaza  yiyələnmək,  Xəzərin  və  Mərkəzi  Asiyanın 
enerji  ehtiyatlarına  sahib  olmaq  istəyən  bir  sıra  dövlətlər  və 
dövlətlərüstü  güclər-erməni  kapitalının  təsiri  altındadırlar; 
eyni zamanda Ermənistana alət kimi baxırlar və Qafqaza təsir 
və  bölgəyə  nəzarət  baxımından  oranı  itirmək  istəmirlər  və 
buna  görə  də  istər-istəməz  daimi  bir  antiazərbaycan 
təbliğatının mühitindədirlər.  
3. 
Azərbaycan 
Şimal–Cənub, 
Şərq–Qərb 
qarşıdurmalarının  kəsişmə  nöqtəsindədir  və  onun  taleyini  öz 
istədiklərinə  uyğun  həll  etmək  istəyən  qüvvələr  çoxdur.  Bu 
nöqtədə  xristian  Rusiyası  ilə  müsəlman  İranı  çox  asanlıqla 
birləşirlər.  
4.  Əslində,  yalnız  fikir  və  ideya  səviyyəsində  yaşayan, 
tarixi  xülya  və  mənəvi  amil  olan,  vətənpərvərlik  tərbiyəsi 
sisteminə  xidmət  edən  Turançılıq  və  onun  mövcud  olmayan 
təhlükəsini  bəhanə  edən  bir  çox  qüvvələr  açıq-aşkar  bir 
«İrançılıq»,  «arilik» xətti  tutaraq,  geniş  bir türk  düşmənçiliyi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
248 
248 
şəbəkəsi 
yaratmışlar 
və 
bu 
şəbəkəni 
ildən-ilə 
genişləndirməkdədirlər.  
5.  Osmanlı  imperiyasının  süqutundan  sonra  Türkiyənin 
parlaq  bir  çağdaş  dövlətçilik  nümunəsi  yaratdığına 
baxmayaraq–  Avropa  ölkələrində  Türkiyəyə  münasibət 
birmənalı  deyil  və  istər-istəməz  türk  dünyasının  digər 
subyektlərinə, o cümlədən, Azərbaycana münasibətində rəğbət 
duyulmur və bu münasibətin tendensiyalı xarakterini danmaq 
mümkün deyildir.  
6. Dünyanın gözü qarşısında hələ qanı qurumayan, ağrı-
acısı bitməyən əsrin ən dəhşətli faciəsi olan 26 fevral 1992-ci 
il  Xocalı  soyqırımı  olmuşkən  «1915-ci  il  erməni  soyqırımı» 
adlı bir  «tarixin  saxtalaşdırılman»ın  olmuş hadisə kimi  qəbul 
etdirilmə  prosesi  gedir.  1919-1920-ci  illərdə,  «isti-isti», 
beynəlxalq  ekspertlər  tərəfindən  hərtərəfli  öyrənilib  nəhayət, 
«erməni  soyqırımı»  adlı  bir  olayın  olmadığını  bəyan  eləsələr 
də, indi üstündən xeyli keçəndən sonra bu yalana həqiqət donu 
biçilir və bunun neçə qat zərbəsi bütün türklərə dəyir; erməni 
vəhşiliyi, daşnakların Anadoluda və Azərbaycanda törətdikləri 
qırğınların  unutdurulması  bir  yana,  üstəlik  türklərə  soyqırımı 
törətmiş  xalq  damğasını  da  vurmağa  çalışır  və  bu  fonda 
Qarabağda  törətdiklərini  və  insanlığın  təsəvvürünə  gəlməyən 
vəhşilikləri diqqətdən yayındırmağa çalışırlar.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
249 
249 
249 
7.  Eyni  siyasətin  ikili  standartla  yanaşma  nəticəsində 
Ermənistan  ərazilərimizin  20  faizi  işğal  etsə  də,  Qərb 
tərəfindən  işğalçı  dövlət  olduğu  etiraf  edilmir  və  bütün 
mümkün  vasitələrdən  istifadə  etməklə  onu  cəzadan  kənarda 
saxlamağa çalışırlar.  
8.  Ermənistanın  torpaq  iddiaları,  Qarabağın  işğalı  və 
Naxçıvan  iddiaları,  ərazilərini  genişləndirmək  niyyəti  ilə 
yanaşı  və  bundan  daha  çox,  bir  dövlət  olaraq  Göyçə, 
Zəngəzur,  İrəvan,  Şirak,  Ağbaba,  Qaraqoyunlu  adlı 
Azərbaycan  torpaqlarında  yerləşdiyini  unutdurmaq  və 
müstəqil  dövlətini  bərpa  etmiş  Azərbaycanın  başını 
qarışdıraraq  həm  1918-1920-ci  illər  Cümhuriyyət  dövründə, 
həm  də  daha  öncə  bizə  məxsus  olmuş  torpaqlarımızın 
beynəlxalq–hüquq  çərçivəsində  geri  istəməsinə  əngəl 
törətməkdir. Buna görə də erməni qaçqınlarından siyasi oyun 
vasitəsi  kimi  istifadə  edilir.  Onların  anti–Azərbaycan,  anti-
türk təbliğatı ildən-ilə güclənir; onlar çağdaş xəbərləşmənin və 
iki  formasiya  ötürməsinin  bütün  vasitələrdən  istifadə  edərək 
Azərbaycanı  gözdən  salmağa,  öz  əməllərini  bizim  adımıza 
yazmaqla,  terrorçuluq  və  vəhşiliklərini  ört-basdır  edərək, 
əzabkeş millət imicini daha da dərinləşdirməyə çalışırlar. Əsl 
əzabkeşlər olan 1, 5 milyon Azərbaycan qaçqını yada düşmür.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
250 
250 
9.  Dövlətlərin  və  xalqların  qorunması  və  mühafizəsi 
baxımından ənənəvi sərhədlər əhəmiyyətini itirib. İnformasiya 
müharibəsi və qlobal güclərin  səhm  və  «demokratik  yardım» 
müharibələri  ilə  üçüncü  minillikdə  ―işğalçılıq‖  siyasətinin 
ağlasığmaz siması açılır; bütün dünyada qloballaşma zərurətə 
çevrilir.  
10. Milli dövlətçilik, xalqların milli azadlığı, demokratik 
dəyərlərin və insan haqlarının qorunması uğrunda mübarizələr 
yeni  mərhələyə  qədəm  qoyur;  bu  baxımdan  sayı  qırx-əlli 
milyon  arasında  olan  bir  xalqın  iki  yüz  il  boyu  tapdalanmış 
haqlarının  qaytarılması;  müstəqil  dövlətçiliyimizin  bütün 
Azərbaycan  ərazilərini  əhatə  eləməsi  baxımından  yeni  bir 
tarixi  şans  ortaya  çıxır,  bu  fürsəti  əldən  buraxmaq  ən  böyük 
xəyanət və ləyaqətsizlik olardı.  
11. 
Rusiyaya 
və  dünya  ölkələrinə  səpələnmiş 
milyonlarla  soydaşımızın  milli  kimliyin  qoruması,  milli 
mədəniyyətini qeyb etməməsi, assimilyasiya fəlakətindən hifz 
olunaraq  yaşaya  bilməsi  getdikcə  ümumi  problemimizə 
çevrilir.  
12. Azərbaycanın quzeyində qurulmuş müstəqil dövlətin 
yaranması,  ərazilərin  geri  qaytarılması,  inkişafı  və  bütün 
azərbaycanlıların  doğma  məbədgahına  çevrilməsi,  burda 
millətimizə layiq dövlət və hüquq mexanizmlərinin qurulması, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə