www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Eliza İsmayılova Qloballaşma dövründə “zəka axını”
31
31
31
səviyyəyə çata bilər. Adi əməkçilərin hərəkətinə də eyni
diqqətin göstərilməsi zəruridir. B. Makkinli əlavə edib ki,
bütün əlaqədar tərəflər birgə işləməli və ümumi yanaşmaya
malik miqrasiya siyasəti irəli sürməlidirlər. Bu təqdirdə
miqrasiyanın həqiqi potensialından istifadə etmək olar [3].
Miqrasiya
siyasətinin
müəyyənləşdirilməsi,
bu
problemin elmi-nəzəri aspektlərinin təhlili ilk növbədə bu
fenomenin mahiyyəti, forma və növləri, struktur və
tipologiyası, miqrasiyanın formalaşma qanunauyğunluqları
haqqında kompleks araşdırmalar aparılmasını zəruri edir. Bu
da ilk növbədə sadalanan məsələlərə dair elmdə mövcud olan
mövqe və konseptual şərhlərə bələd olmağı, onlara münasibət
bildirməyi şərtləndirir. Müasir miqrasiya proseslərinin
milli və
qlobal təhlükəsizlik faktorlarından birinə çevrilməsi, son
dərəcə
intensiv sürətlə dinamikaya uğraması yeni
xüsusiyyətlərin üzə çıxarılmasına səbəb olub. Miqrasiyaya
dair elmdə mövcud olan anlayış, təsnifat və tipologiyanı
müqayisə etmədən, yeni təzahürlərin real vəziyyəti və
perspektivləri haqda mühakimə yürütmək qeyri-mümkündür.
Bəşər tarixinin inkişafında çox mühüm rol oynayan miqrasiya
prosesləri hər bir ölkənin üzləşdiyi çoxşaxəli, mürəkkəb
hadisə kimi olduqca müxtəlif elmi aspektlərə malikdir. Məhz
buna görə problemin nəzəri-metodoloji təhlili, anlayış-