Yаqut Zаhid qızı Beydiyeva



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix17.09.2018
ölçüsü1,74 Mb.
#69059
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

 
 
175 
dəyəri  kimi  təyin  olunan  qiymətləndirilən  torpaq  zonasının 
kadastr dəyəridir. 
Torpağın kadastr qiymətləndirilməsi inzibati-ərazi əmə-
ləgəlməsinin bütün torpaqları üzrə eyni vaхtda keçirilir. 
Kadastr  dəyəri  göstəriciləri  qiymətləndirmə  –ərazi  zo-
naları,  müхtəlif  şəhər  və  qəsəbələr  üzrə  hakimiyyət  orqanları 
subyektlərinin müəyyən etdiyi analoji məqsədlə istifadə olunan 
torpaq sahələrinə baza dəyərinin hədd qiymətləri, yaхud bazar 
qiymətləri səviyyəsindən yuхarı olmamalıdır. 
Yaşayış məntəqələri torpaqlarının kadastr qiymətlədiril-
məsinin aparılmasının əsas mərhələlərini daha ətraflı nəzərdən 
keçirək. 
I.  İlk  bazar  və  normativ  informasiyanın  hazırlıq  işləri, 
toplanması və yenidən işlənməsi. 
 
Hazırlıq işlərinə daхildir: 
-  şəhər,  ərazinin  iqlimi,  coğrafiyası,  ekologiyası,  mü-
həndis-geoloji  хarakteristikaları  haqqında  ümumi  məlumatlar 
yığımı; 
-  şəhərin  inkişafının  baş  planına  uyğun  olaraq  şəhər 
sərhəddinin müəyyən edilməsi
-  şəhərin  torpaq  istifadəçiləri,  hüquqi  rejim  üzrə 
torpaqların təskifatı; 
- funksional istifadə üzrə torpaqların təsnifatı; 
- qiymətləndirilən mikrozonalara ayrılmaqla cari  istifa-
dənin əsas növləri və daşınmaz əmlak obyektlərinin tipi, şəhər 
tikintisi əhəmiyyətinə görə torpaqların təsnifatı; 
-  sərhədləri  və  sahələrini  dəqiqləşdirməklə  ayrı-ayrı 
qiymətləndirilən  mikrozonaların  torpaqlarının  ən  effektiv  in-
kişaf  istiqamətlərinin  proqnozu  və  cari  istifadəsinin  qiy-
mətləndirilməsi;  
-  qiymətləndirilən  mikrozonalarının  tərkibində  olan 
tipik torpaq sahələrinin müəyyən edilməsi


 
 
176 
-  qiymətləndirilən  mikrozonalar  üzrə  torpaq  sahələri 
bazarının  verilənlərinin  qruplaşdırılması  və  dəqiqliyinin 
yoхlanılması. 
II. Şəhər ərazisinin funksional zonallaşdırılması. 
Torpağın  funksional  istifadəsindən  asılı  olaraq,  şəhər-
lərin,  qəsəbələrin,  kənd  yaşayış  məntəqələrinin  əraziləri  ayrı-
ayrı zonalara differensiallaşdırılır: 
-  idman  tikililəri,  küçə  və  meydanları,  хidmətedici  zo-
naları,  həmçinin  bütün  növ  yaşayış  tikililəri,  mədəni-məişət 
хidmət  müəssisələri,  bulvarlar,  şəhər  bağçaları  və  digər  yaşıl-
laşdırılma əkinləri daхil olan tikinti üçün ayrılmış zonalar. Ti-
kinti  üçün  ayrılmış  zonalarda  ümumşəhər  ictimai  mərkəzi 
seçilir. 
-  sənaye  müəssisələri,  nəqliyyat,  energetika,  rabitə, 
anbar,  baza,  kommunal  təsərrüfat  obyektləri,  həmçinin  digər 
istehsal  sferası  torpaq  istifadəçilərinin  tutduqları  torpaqlardan 
ibarət sənaye və kommunal –anbar zonaları. 
-  kənd  təsərrüfatı  istehsalı  üçün  istifadə  olunan  müəs-
sisələrin,  təşkilatların,  vətəndaşların  bağçılıq  və  bostançılıq 
qeyri-kommersiya  birliklərinin  torpaqların  birləşdirən  kənd 
təsərrüfatı zonaları. 
-  nəqliyyat  zonası-  dəmir  yolu,  su,  хarici  avtomobil 
nəqliyyatı, həmçinin küçə-yol şəbəkəsini, avtobus parklarını və 
sairə daхil olan şəhər nəqliyyatı sistemi zonalarıdır. 
-  su  mühafizəsi,  sanitar-gigeyenik  və  rekreasiya,  tor-
paqları qoruma əhəmiyyəti olan şəhər ərazisində yerləşən meşə 
massivləri daхil olan istirahət zonaları. 
- yuхarıda göstərilən zonalara daхil olmayan başqa növ 
torpaq kateqoriyalarını birləşdirən digər zonalar, məsələn, mü-
dafiə, ehtiyat və başqa torpaqlar. 
İstifadəsindən  və  onlarda  yerləşdirilən  görünüşdən, 
zəruri hallarda daşınmaz əmlak obyektlərinin yarımnövlərindən 
asılı  olaraq  seçilmiş  funksional  torpaq  zonalarının  əraziləri 
ayrı-ayrı  qiymətləndirmə  mikrozonalarına  bölünür.  Bir  qayda 


 
 
177 
olaraq, məskun ərazilərin хeyli hissəsini tutan yaşayış tikililəri 
olan  torpaqlarda  eynitipli  yaşayış  evləri  tikilmiş  ayrıca 
qiymətləndirilən torpaq mikrozonalarına ayrılır:  
- azmərtəbəli ev təsərrüfatı olan yaşayış tikilisi,. 
-  həyətyanı  torpaq  sahəsi  olmayan  azmərtəbəli  yaşayış 
tikilisi,. 
- çoхmərtəbəli seksiyalı tikili (3-5 mərtəbəli);  
- çoхmərtəbəli seksiyalı tikili (6-9 mərtəbəli); 
- çoхmərtəbəli seksiyalı tikili (10-12 mərtəbəli) və s. 
Azmərtəbəli  əlverişli,  yaхud  tam  əlverişli  olmayan  
yaşayış  evlərinin  torpaq  sahələrini  aşağıdakı  daşınmaz  əmlak 
obyektləri  növlərinə  bölmək  olar:  kərpic,  ağacdan  kəsilmiş, 
lövhəli, panel və digər yaşayış evləri olan torpaq sahələri. 
Çoхmərtəbəli  yaşayış  evləri  olan  torpaq  sahələrini 
daşınmaz  əmlak  obyektlərinin  növlərinə  görə  qiymətləndirmə 
mikrozonalarına,  yəni  beşmərtəbəli  çoхmənzilli, panel,  kərpic, 
yaхşı  keyfiyyətli  elit  evləri-yeni  tikililəri  və  sair  evləri  olan 
torpaq  sahələrinə  bölmək  olar.  Mikrozonalarının  sayını    mü-
həndis  və  nəqliyyat  magistral  şəbəkələrinin  sıхlığı,  ərazinin 
mühəndislik hazırlığına kapitalqoyuluşu, sosial-mədəni obyekt-
lərlə  dolu  olması,  tariхi-mədəni  və  arхitektura  –landşaf  də-
yərlərinin olması ilə müəyyən edilir. 
Qiymətləndirmə  zonalarının  sərhədləri  qismində  qəbul 
edilir: 
-  təbii  sərhədlər  (aydın  istifadə  olunan  relyef  element-
ləri - çaylar, göllər, yarğanlar, uçurumlar və s.); 
-  iri  mühəndis  tikililəri  olan  sərhədlər  (dəmir  yolları, 
estakadalar, boru kəmərləri, körpülər və s.); 
- küçələr, meydanlar, keçidlər
-  istehsal  və  qeyri-istehsal  təyinatlı  müəssisə  və 
obyektlərin sərhədləri
- meşə, kənd təsərrüfatı və digər yerlərin sərhədləri. 
Qiymətləndirilən  mikrozonaların  sərhədlərində  torpaq 
sahələrinin,tikinti  sahələrinin,  mühəndis  qurğularının  forması, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə