55
2.”Filosof Aristatalis deyir ki, fəzilətin son nöqtəsinə
çatmış şeyləri mədh etmək olmaz, bəlkə başqa şeyləri
onlara nisbətən mədh etmək olar, məsələn, o böyük
yaradanın xidmətində olanlar, “mütləq xeyir” kimi,
bunların hamısı onun müqəddəs zatının nemətlərin-
dəndir, çünki bir şeyi mədh etmək onun nəyə nisbətən
isə maddiyat və keyfiyyətdə üstün olduğunu təsdiq
etməkdir”
13
;
3.”Aristatalis deyir ki, tam xalis səadət Allah həzrət-
lərinin xidmətində olan üçündür, insani fəzilətləri
mələklərə xas olan fəzilətlərə qatmaq olmaz: onlar bir-
birilə sazişə girmir, əmanət qoymur, ticarət eləmirlər ki,
ədalətə möhtac olsunlar; bir şeydən qorxmurlar ki,
şücaəti tərifləsinlər; bir şey xərcləmirlər ki, qızıl-gümüş
eşqinə düşsünlər, ya səxavət göstərsinlər; şəhvətləri
yoxdur ki, iffətin qədrini bilsinlər...”
14
Sonuncu sitat bu mənada daha böyük maraq doğu-
rur. Belə ki, Tusinin Aristotelə aid etdiyi həmin sözlərin
əslində yunan aliminə məxsus olmadığı heç bir şübhə
doğurmur. Əvvəla, Aristotel dünyagörüşünə islam dinin
mələk anlayışı yaddır. Lakin mələkləri yunan mifolo-
giyasının qadın allahları, yaxud başqa hər hansı ölməz
ilahi qüvvələrlə eyniləşdirsək belə yenə o fikir antik
dünyagörüşlə daban-dabana ziddir. Belə ki, qədim
yunanların mifoloji təsəvvürlərinə görə, ilahi varlıqlar
bir-birilə “sazışə” də girir, “əmanət” də qoyur, “ticarət”
13
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.76
14
Yenə orda, Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.103
56
də edir və ümumiyyətlə, onların “ədalətə” böyük
ehtiyacları vardı. Aristotel dövrünün dünyagörüşü ilə
“Əxlaqi-Nasiri”də ifadə olunmuş dünyagörüş arasındakı
fərq burada aydın şəkildə üzə çıxır.
Platonun Aristotelə verdiyi vəsiyyətlər sırasında da
belə dəyişikliklərə rast gəlmək mümkündür:
-“Böyük yaradandan sənə faydası olmayan heç bir
şey xahiş etmə, yəqin bil ki, bütün ixtiyarat onun
əlindədir...”
15
-“İnan, elə bir yerə çatacaqsan ki, orada allahla bəndə
(ağa ilə qul) bərabər olacaqlar, burada lovğalanma,
həmişə səfər ləvazimatını hazır saxla, nə bilirsən köç nə
vaxtdır?!”
16
-“Onu da bil ki, böyük yaradanın bəxş etdiyi nemətlər
içərisində hikmətdən daha yaxşısı yoxdur”
17
.
Aydın məsələdir ki, çoxallahlılıq dövründə yaşayan
qədim yunan filosofları bu sözləri deyə bilməzdilər.
Gətirdiyimiz sitatlardan aydın olur ki, burada ilahi
varlığa münasibət tamam başqa – müsəlman münasi-
bətidir. Antik dünyada insanların və xüsusilə filosofların
antropomorf allahlara belə itaətkar yanaşmasını görmək
mümkün deyildi.
N. Tusi “Əxlaqi-Nasiri”də qədim yunan filosofların-
dan yalnız quru sitatlar gətirməklə kifayətlənməmiş, bir
çox hallarda onlara münasibətini, həm də həmişə müsbət
15
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.239
16
Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.240
17
Yenəo rda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.240
57
münasibətini bildirmişdir. Şərq peripatetikləri öz müəl-
limlərinin fikirləri ilə razılaşmadıqda ya həmin mübahi-
səli fikirlərdən ümumiyyətlə istifadə etmir, ya da onlara
yuxarıda göstərdiyimiz şəkildə müdaxilələr edirdilər (is-
tisna hallarda Aristotelin fikrinə müxalif olan düşüncə
açıq şəkildə ifadə olunurdu). Tusinin Aristotelə müsbət
münasibətinin bir neçə konkret nümunəsini gətirək:
1.“Həkim (filosof) Aristatalisin tərtib etdiyi, nəzəriy-
yədən əməliyyəyə keçirdiyi “məntiq” elminə gəldikdə,
demək lazımdır ki, o, əşyaların keyfiyyətini bilmək, məc-
hul olanları ortaya çıxarmaq üsulundan ibərətdir.
Deməli, əsl mənada bir alət, bir açar mənziləsindədir”
18
;
2.”Filosof Aristatalis özünün “Əxlaq” kitabının
başlanğıcını bu məsələyə həsr etmişdir, insafən demək
lazımdır ki, burada ən düzgün rəy: fikrin əvvəl, əməlin
sonralığı hökmüdür”
19
.
Göründüyü kimi, parçalarda Tusi “birinci müəllimin”
fikrilərini şərh və təhlil edir. O ki qaldı Aristotelin ümu-
miyyətlə istifadə olunmamış fikirlərinə, burada Tusi tam
müstəqil yolla gedirdi. Aristotelin elə fikirləri olurdu ki,
Tusi onlara yalnız islam ideologiyası baxımından deyil,
həm də bir filosof, elm xadimi kimi tənqidi münasibət
bəsləyirdi. O zaman şərq filosofu qədim yunan filosofu-
nun həmin müddəasını ya qədim İran tərbiyə nəzəriyyəsi
ilə, ya şəriətin müəyyən norması ilə, ya da özünün sub-
yektiv fikri ilə əvəzləyirdi. Bu hissələr daha çox fəlsəfə-
18
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.37
19
Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.63
58
nin, etikanın, ictimai-siyasi həyatın köklü məsələlərinə
aid yerlər olurdu (varlıq, idrak və emanasiya nəzəriyyə-
ləri və s.).
Tədqiqatımızda “Əxlaqi-Nasiri”də antik fəlsəfə ilə
bağlı bir sıra mühüm məsələlərə toxunmaqla məqsədi-
miz ilk növbədə şərq peripatetiklərinin əsərlərini fələsə-
fə ilə yanaşı, klassik filologiyamızın (antik filosoflar eyni
zamanda antik filoloqlar idi) da tədqiqat dairəsinə daxil
etmək və bu sahədə görülməsi mümkün olan işlərin həc-
mini diqqətə çatdırmaqdır. Belə ki, biz yalnız bir peripa-
tetik alimin tək bircə əsərini yığcam təhlil etdik. Lakin
ciddi tədqiqata cəlb olunmalı hələ nə qədər ərəbdilli pe-
ripatetik filosofu və onların nə qədər əsərləri vardır. On-
ların hər biri ayrıca dissertasiyanın mövzusu ola bilər və
olmalıdır.
Eyni zamanda, biz bu sahədə çalışmağın spesifik çə-
tinlikləri olduğunu gözəl başa düşürük. Bu çətinliklərdən
başlıcası xarici dil problemidir. Şərq peripatetiklərinin
hansısa əsərini yüksək səviyyədə tədqiq etmək üçün
müasir beynəlxalq dillərdən birini (ingilis, rus və s.), qə-
dim yunan və əsərin yazıldığı dilləri (ərəb, yaxud fars)
bilmək zəruridir. Tədqiqat zamanı mümkün qədər tərcü-
mə olunmuş mətnlərdən imtina etmək lazımdır. Belə
qayda klassik filologiya ilə məşğul olan ən görkəmli alim-
lər tərəfindən artıq çoxdan tətbiq edilir. Orijinalın dili
müasir dövrdə yaşayan tədqiqatçını qədim dövrün alimi
ilə üz-üzə qoyur, onların arasında heç bir vasitəçiyə ehti-
yac qalmır. Yuxarıda sadaladığımız dillərin hamısını
Dostları ilə paylaş: |