I fəsil. Alqı-satqı müqaviləsi
2)
Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun
ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya
müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət
sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur (bax. AR
MM, mad.568.2). Bu vəzifənin layiqincə yerinə yetirilməməsi alıcını
AR MM-in 567-ci maddəsində nəzərdə tutulan hüquqlarla təmin edir:
əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri
alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların
verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid
ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı,
əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə
bilər.
3)
Satıcı müqavilədə razılaşdırılmış miqdarda əşyanı alıcıya
verməlidir. Miqdar haqqında razılaşma bilavasitə alqı-satqı
müqaviləsinin predmetinə aid olduğu üçün qanunverici miqdar
haqqında razılaşmanı müqavilənin mühüm şərtlərinə aid edir. Belə ki,
AR MM-in 577.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsi
verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə,
müqavilə bağlanmış sayılmır.
Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində
müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların
miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi
qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
Əşyaların miqdarı haqqında şərtin pozulması alıcını bir sıra
hüquqlarla təmin edir. Bu hüquqlar AR MM-in 578-ci maddəsində
əksini tapmışdır. Satıcı tərəfindən miqdar haqqında müqavilə şərtinin
pozulması iki biri-birinə əks hərəkətdə ifadə oluna bilər. Bunlardan
birincisi müqavilədə nəzərdə tutulmuş miqdarda az əşyanın
verilməsi, ikincisi isə müqavilədə nəzərdə tutulmuş miqdardan çox
əşyanın verilməsidir.
19
Rüfət Göyüşov
Satıcı alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda
əşya verdikdə, alıcının iki istiqamətdə hüququ qanunla təmin olunur:
birincisi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər;
ikincisi, verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər,
əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını
tələb edə bilər.
Əgər satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan
miqdardan çox əşya verərsə, alıcı ağlabatan müddətdə satıcıya bu
barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra
ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam
verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,
bütün əşyaları qəbul edə bilər. Alıcı alqı-satqı müqaviləsində
göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş
əşyalar,
əgər
tərəflərin
razılaşması
ilə
ayrı
qiymət
müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün
müəyyənləşdirilmiş qiymətlə ödənilir.
4)
Satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar
verməyə borcludur. Satıcının bu vəzifəsi bütün alqı-satqı
müqavilələri üçün müəyyən olunmamışdır. AR MM-in 579.1-ci
maddəsinə görə, əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər,
ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə
(çeşiddə)
əşyalar verilməlidirsə,
satıcı
alıcıya
tərəflərin
razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
Əgər
alqı-satqı
müqaviləsində
çeşid
və
onun
müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin
mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə,
satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş
tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya
müqavilənin icrasından imtina edə bilər (bax. AR MM, mad. 579.2).
20
I fəsil. Alqı-satqı müqaviləsi
Alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, çeşid
haqqında qanunvericiliklə müəyyən olunmuş qaydaların satıcı
tərəfindən pozulması alıcıda bir sıra hüquq doğuracaqdır. Çeşid
haqqında şərtin pozulması iki formada ola bilər; birincisi, satıcının
alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun
gəlməyən çeşiddə verməsi; ikincisi, satıcının alıcıya alqı-satqı
müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı, çeşid haqqında şərti
pozmaqla əşyalar verməsi.
Birinci halda, alıcı onları qəbul etməkdən və ödəməkdən imtina
edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını
tələb edə bilər.
İkinci halda, alıcı öz seçimi ilə aşağıdakı hüquqlardan birini
həyata keçirə bilər:
a)
çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan
əşyalardan isə imtina etsin;
b)
verilmiş əşyaların hamısından imtina etsin;
c)
çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə
nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;
ç) verilmiş əşyaların hamısını qəbul etsin.
Alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə
əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun
gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin
malları ödəməkdən imtina edə, onları ödəmiş olduqda isə ödədiyi pul
məbləğinin qaytarılmasını tələb edə bilər.
5)
Satıcı alıcıya alqı-satqı müqaviləsinin komplekdik haqqında
şərtlərinə uyğun gələn əşya verməyə borcludur (bax. AR MM,
mad.590.1). Ümumiyyətlə, komplektlilik haqqında şərt iki hal ilə
əlaqədar tətbiq olunur: birincisi, əşyanın komplekdiyi, ikincisi, malın
komplektliliyi. Əşyanın komplektliyi mürəkkəb əşyaya aid olan
əşyaların komplekt şəklini nəzərdə tutur. Malın komplektliyi dedikdə
isə əşyaların müəyyən toplusunun komplekt şəkli başa düşülür.
21
Dostları ilə paylaş: |