mədəniyyətində, dünyagörüşü sistemində baş verən tarixi
dəyişiklikləri həm təhlil etməyə, həm də onlardan düzgün
nəticə çıxarmağa əsas verən böyük potensial vardır.
Əsas məsələ, məhz bu sərvət və dəyərlərin müasir
mərhələnin ümumbəşəri prinsiplərini və XXI əsrin mədəni-
sosial ahəngini formalaşdırmaq üçün malik olduğu böyük
potensialdan çıxış etməkdir. Həyatımızın indiki mərhələsini
və gələcəyini məna və ləyaqətlə yaşamaq üçün tələb olunan
münasibətlərə dair hər bir mədəniyyətdə təsəvvürlər sistemi
mövcuddur. Bunların ən mühümü “dünyanın müxtəlifliyin
vəhdəti kimi var olması” prinsipidir.
Dünyadakı bütün ölkələrin, müxtəlif səviyyələrdə
qarşılıqlı əlaqə və münasibətlərinin daha da sürətləndirən,
onu vahid sistemə çevirən qloballaşma prosesi universal və
unikallığın bir-birinə nisbəti problemini ön cərgəyə çı
xarmışdır. Bu da təbii olaraq planetdəki xalqları narahat
edən meyillərə qarşı dura biləcək ideya, qüvvə, amil və
formaların səfərbər edilməsinə zərurət yaratmışdır. Bir şey
aydındır. Biz dünya inkişafının mövcud modelinin kökün
dən dəyişilməsi dövründə yaşayırıq, bu dövrün mahiyyətini
bir cümlə ilə ifadə etsək deyə bilərik: Bəşəriyyət çoxçalarlı,
çoxqütblü, müxtəlifliklərin ahəngdar inkişafını təmin edə
biləcək bir dünya düzəninə qədəm qoyur.
Şübhəsiz ki, mövcud reallıq əvvəlki bir, ya iki qütb
lü, texnogen sivilizasiyanın inkişafının, sadəcə, davamı ola
bilməz. Bu baxımdan gündəmdə duran əsas məsələ təşəkkül
tapmaqda olan, müasir tarixin çoxçalarlığm ı, rəngarəngli
yini adekvat ifadə edən, qlobal və lokal səviyyələrdə, prak
tiki ictimai-mədəni birgəyaşayış formalarının müəyyən
edilməsidir. Öz növbəsində bu məsələ də vəhdət və müxtə-
-
114
-
üfliyin elmi, fəlsəfi prinsiplərin nəzəri konsepsiyasının iş
lənməsini tələb edir.
Dialoq Avrasiya qurumunun başlıca məramı və qa
yəsi bu proseslərə bütün sahələrdə şərait və imkan yara
dılması, yeni dünya düzənində Dialoq məkanının fasiləsiz
olaraq genişlənməsinə təşəbbüskar və dəstəkçi olmaqdır.
Avrasiyaçılıq ideya-siyasi, mədəni-tarixi cərəyan ki-
mj yarandığı dövrdən özünəməxsusluğu ilə diqqəti cəlb
edən istiqamətlərdəndir.
Avrasiya anlayışında da, Avrasiya mövzusuna həsr
olunmuş əsərlərdə də, müasir dünya sivilizasiyasının gələ-
I cək inkişafını dərk etməyə imkan verən konseptual-analitik
potensial olmamış deyil. Bu potensialın yaşadığımız qlobal
gerçəklik kontekstində təhlilinə, aydındaşdınlm ağa və kon
kretləşdirməyə zərurət olduğu mühüm məsələdir.
Biz gözəl başa düşürük ki, Avrasiya sözünü gündə
mə, dilimizə gətirərkən onun əhatə etdiyi leksik-semantik
müstəvinin ən müxtəlif təsəvvür, baxış və mövqelərlə yük
lənməsini nəzərdən kənara qoymaq olmaz. Bu leksik-se
mantik müstəvi ideoloji-siyasi, millətçi, hətta mifoloji məz
munlarla ya mənfi çalarlar kəsb etmiş, ya təhrif olunmuş,
bir sözlə, “tutulmuşdur”. Avrasiyanın məkan, zaman və in
kişaf yolu kimi aspektlərinin vəhdətdə təhlili üzərində öz
fikirlərimizlə bölüşmək istəyirik.
M üasir elmi idrak inkişaf problemlərini araşdırarkən
zaman və məkan anlayışlarına bir-biri ilə qarşılıqlı əlaqədə
yanaşmağı əsas hesab edir. Bu anlayış və ya amillərin bir-
birindən təcrid edilməsi, yaxud onlardan birinin mütləqləş-
dirilməsi gerçək tarixi proseslərin qeyri-adekvat qiym ət
ləndirilməsinə səbəb olur. Bir halda deyilir: “Avropa və
-
115
-
Asiya problemi, hər şeydən əvvəl, coğrafi məkan, landşafı
problemidir”, digər halda deyilir. “Avrasiya özəl mədəni-
sosial birlik kimi min beş yüz illik zaman sınağından çıx
mışdır, onun Qərblə inteqrasiyası problematikdir” və ya
üçüncü halda “Avrasiyanın özəl, fərqli: ayrıca bir inkişaf
yolu vardır” kimi mövqelər üstünlük təşkil edir.
Bir daha xatırladıram ki, sadalanan amillərin sintez
də deyil, fraqmentar müstəvidə təhlili məntiqi sonluq kimi,
Avrasiyaçılıq cərəyanında, dünyaya açıq olmaq, Qərbdən
təcrid olunmaq, geosiyasi uyğunlaşma, yaxud Qərb yoluna
üz tutmaq, hətta ekspansionist-neoimperiya mövqeləri kimi
diametral müxtəlif baxışların formalaşmasına səbəb olmuş
dur. Zənnimcə, Avrasiya və dünya, eləcə də Avropa və
Asiya mövzusunu sistem və bütövlüyündə nəzərdən keçir
mək bu arzuolunmaz təzahürlərin qarşısını almağa imkan
verir.
Əvvəlcə məkan faktoru barədə.
Avrasiyanın, ilk növbədə, coğrafi-məkan aspektləri
nin və prinsiplərin əsas götürüldüyü birlik olması fikrində
həqiqət olmamış deyil. Özünüz düşünün, Avropa və Asiya
nın qovşağındakı məkan olmaq, bölgənin tarixi missiya
sının bənzərsizliyi və yeganəliyi məhz buradan irəli gəlir.
Bu günə və gələcəyin sabahına aparan yollar burada qo
vuşur, sözün hərfi mənasında, “bir” olmağa, “bir’Məşməyə,
ən azı bir-biri ilə qonşu olmağa məcbur olur. İki məkan,
“landşaft ruhu”: Asiyanın sonsuz, geniş çöl və düzənlik
lərinin və Avropanın sıx, dar, nisbətən kiçik coğrafiyasının
landşaft ruhu yan-yana mövcud olaraq - sintez, vəhdət mə
kanı rolunu oynayır.
Avrasiyanın bu məkan yaxınlığı, qonşuluğu, öz növ
-
116
-
bəsində, bu məkanda yaşayan xalqların mədəniyyətlərinin
də başqa sözlə, mədəni məkanların da qonşuluğunu zəruri
edir.
Avrasiyanın mədəni matrisası coğrafi, kontinental
->razi, etnoqrafik plastların vəhdətini daşıyır. Özündə həm
Avropanın, həm də Asiyanın dəyərlərinin sintezini daşıyan
Avrasiya bu mədəni məkanların ahəngini - mədəni kos
mosu yaratmalı olur. Göründüyü kimi, Avrasiya mövzusu
coğrafi-ərazi kontekstində məkanın spesifikası və tarixi
perspektivin tələblərindən irəli gələn problemləri diqqət
mərkəzinə qoyur.
Yəni, mövcud olduğu min illər ərzində Avrasiyanın
nəhəng coğrafi məkanı, burada yaşayan xalqların tarixi-so
sial, mədəni-mənəvi, dünyagörüş məkanlarınında özünə
məxsusluğunu formalaşdırmışdır. Avrasiyanın tarixi məka
nı olmadan burada yaşayan xalqların və ya burada yaşayan
xalqlar olmadan Avrasiyanın tarixi yoxdur. Məhz bu qar
şılıqlı bağlılıq bütün mövzuların, o cümlədən də dialoq
mövzusunun əsası, predmeti və obyektidir.
“M əkan” anlayışı çoxçalarlı mənaya malikdir. Mə
kan-insanların ictimai-ərazi birliyinin növü olub, başqa
larından, tarixi və təbii şərtlənmiş mövcudluq şərtlərinin
(mədəni, iqtisadi, siyasi, sosial münasibətlər və s.) fərqli
məcmusu ilə seçilir. Məkanın ən vacib xarakteristikaların
dan biri onun tarixiliyidir. İstənilən məkan əvvəlki nə
sillərin fəaliyyəti ilə sıx varislik təşkil edir. Məhz buna gö
rə də inkişaf prosesi fasiləsiz olaraq məkan və zaman çər
çivəsində gedir. Məkan daxilində bir sıra lokal mədəniy
yətlər yanaşı mövcud olur.
Bununla əlaqədar “mədəni məkan, mənəvi məkan
- 1 1 7 -
Dostları ilə paylaş: |