hüquqi mexanizm və qurumların yaradılması deyil, hər
şeydən
əvvəl, vətəndaş, dövlət münasibətlərinin özəl, ahəngdar bir du
rumudur. Ulu öndər təməlim qoyduğu Azərbaycan modelində
sübut etdi ki, vətəndaş cəmiyyəti, bir tərəfdən, dünyanın demo
kratik, siyasi-hüquqi təşkilatlanmasının universal modelidirso,
digər tərəfdən sosial münasibət və strukturların möhtəşəm
müxtəlifliyini, vətəndaşlann fikir və təşkilatlanma plüralizmini,
qarşılıqlı dialoq və tolerantlığı tələb edir. Bu gün Azərbay
canda gedən təkamül prosesi akademik R.Mehdiyevin belə bir
fikrini təsdiq edir: "Əgər XX əsr Azərbaycan dövlətinin və
xalqının tarixində müstəqilliyin qazanılması ilə yadda qala
caqsa, XXI əsrə və yeni minilliyə Azərbaycan hüquqi sivil
dövlət, vətəndaş cəmiyyəti quran ölkə kimi daxil olmuşdur".
Siyasi liderin ideyalarını geniş xalq kütlələrinə, elmi
ictimaiyyətə obyektiv, nəzəri-konseptual şəkildə, ictimai
şüurda, media məkanında təqdim etməklə onun strategiyasını
diskussiyaların başlıca mövzusuna, ana xəttinə çevirməklə
ideyaların maddi gücə və xalqın hər şeyə qadir enerjisinə
transformasiyasını mümkün etməklə liderlə çiyin-çiyinə olan
insanlar da müqəddəs yolun yolçuları olurlar.
Sirr deyil ki, dahi ideya və əməllər mövcud olduğu
konkret zaman və məkanın fövqündə olur, onların dərk edil
məsi, dünyagörüşə nüfuz etməsi də zaman keçdikcə əsl dəyə
rini alır.
Ulu öndərin müstəqil dövlətçilik, demokratik vətəndaş
cəmiyyətinin qurulmasına dair ideya-siyasi irsi əbədi və aktual
olduğu kimi, alim və tədqiqatçılar, siyasi analitik və ekspertlər
üçün əvəzsiz nəzəri mənbədir. Heydər Əliyev dühasının möhtə
şəm mənasının dərk edilməsi, Azərbaycanın uzunmüddətli
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından, bu
-
138
-
irsdən bəhrələnmək sahəsində görülən işlər artıq bir neçə
illərdir ki, tarix, fəlsəfə, politologiya, hüquq, idarəetmə və s.
ictimai elmlərin birləşmə nöqtəsində öz metodlarını, predme-
ıini formalaşdırmaqdadır.
Bizə bu qədər yaxın və əziz olan, lakin anıq heç vaxı
geri dönməyəcək bir epoxanın ab-havasını, mürəkkəb şəraitini
bəzən siyasi tutum və sanbala malik təfərrüatlar, başlıca olaraq
isə fəlsəfi-siyasi təhlilin, bitkin nəzəri müddəalarla və obyektiv
şərh üslubu ilə tamamlayan nadir müəllifdir.
Heç kimə sirr deyil ki, istər bütün dünya, istərsə də
Azərbaycanda baş verən kardinal transformasiyaların axan və
tempi o qədər sürətli idi ki, onlara nəinki siyasi analitiklər,
hətta KİV-lər belə vaxtında, adekvat münasibət bildirməyə ma
cal tapmırdılar. Professor R.Mehdiyev həm baş verən ha
disələrin bilavasitə iştirakçısı. Heydər Əliyev komandasının sa
diq üzvü və məsləkdaşı, həm də özündə ən azı fəlsəfə, tanx.
politologiya və idarəetmə elmlərinin əsas təhlil metodlannı
cəmləyən alimdir. Ulu öndərin ideyalannın gerçəkləşməsinin
canlı müşahidəçisi kimi onlann faktiki təsviri, obyektiv ge-
dişatının hərtərəfli təhlil süzgəcindən keçirilməsi, bütün
bunlann, müəllifin elmi marağı, liderə sədaqət və inamına,
vətəndaşlıq mövqeyinə uyğun tərzdə tədqiqata cəlb edilməsi,
bu gün Əliyevşünaslığın təməli hesab oluna biləcək dəyərli
əsərlərin ortaya çıxmasını mümkün etmişdir.
Baş verən yeni məzmunlu proseslərə elmdə tam fərqli
yanaşmaların tətbiqini tələb edən keçid dövründə peşəkar
tədqiqatçı nəslinin yeni formalaşdığı bir şəraitdə, ümummilli
liderin irsini müxtəlif aspektlərdən işıqlandıran əsərlərin bir-
birinin ardınca işıq üzü görməsi elmi ictimaiyyət üçün əla
mətdar olan amilə çevrilmişdir.
-
139
-
Müəllifin əsərləri həm özü, həm də oxucu ilə dialoq
təsirini bağışlayır. Onların başlıca xüsusiyyəti isə proseslərin
dənn və sərrast təhlili, düzgün proqnozların verilməsi, ha
disələr arasındakı məntiqi bağların sezilməsi, Heydər Əliyev
kursunun siyasi kontekstinin genişləndirilərək fərdi dünyagö
rüşü və ictimai şüurun üfüqlərinədək gətirilməsi, Azərbaycan
adlı suveren məmləkəti yaradan dahinin müasiri və məsləkdaşı
olmaqdan duyulan dərin məsuliyyət, ülvi qürur, həyat kredo
sunu müəyyənləşdirən tarixi şans kimi əvəzsizliyi hissini duy
mamaq qeyri-mümkündür.
Elmi ədəbiyyatda Kanada haqqında belə bir deyim
mövcuddur: “Ərazi çox böyükdür, tarix isə çox kiçikdir”. Onu
Azərbaycana tətbiq etməyə cəhd etsək və burada əksinə, ta
riximizin çox böyük, kəşməkəşli və mürəkkəb olduğunu desək
yanılmarıq. Bu xüsusən də Heydər Əliyev fenomeninin yarat
dığı tarixə aiddir. Bu dönəmin hər bir Azərbaycan vətəndaşının
tarixi yaddaş və təfəkkürünə əbədi həkk olunması
əvəzsiz
sərvətdir.
Heydər Əliyev irsinin, Əliyevşünaslığın geniş tədqiqi
və təhlili üçün elmi təşkilati imkanların kifayət qədər inten
sivləşməsinə olan elmi və sosial sifariş çox yaxında fəaliyyyət
göstərəcək Heydər Əliyev Mərkəzində gerçəkləşdiriləcəkdir.
Əliyevşünaslığın ən müxtəlif sahələrdə elmi tədqiqatları koor
dinasiya edən mərkəz kimi institutsionallaşması, ulu öndərin
misilsiz irsinə sahib çıxan, onu geniş yayan, dünya ictimaiy-
yatşünaslığının dəyərli tərkib hissəsinə çevirə bilən ən müasir
beyin mərkəzi kimi statusda fəaliyyət göstərəcək Mərkəzin
fəaliyyəti müqəddəs işə xidmət edəcəkdir. Müasir elmin “icti
mai şüurun səviyyəsi yaradılmış və yaşanılan tarixin nə də
rəcədə mənimsənilməsindən və təhlilindən asılı olur” qənaətini
-
140
-
əsas tutsaq, mərkəzin bu səviyyəni nə qədər zənginləş
dirəcəyim təsəvvür etmək olar.
Heydər Əliyevin ideya dünyasının, nəzəri və praktik ir
sinin öyrənilməsi müasir Azərbaycan ictimai elminin mühüm
vəzifələrindən biridir. Bu istiqamətdəkı fəaliyyətin əsas məq
sədi Heydər Əliyevin həm çıxışlarının, həm də quruculuq
fəaliyyətinin əsasında dayanan metodoloji prinsipləri müəyyən
etmək, onun mahiyyətini üzə çıxarmaqdan ibarət olmalıdır.
Müstəqil Azərbaycan dövlətinin ideya-sıyasi əsas
larının ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq məhz
Heydər Əliyevin müəllifliyi ilə yaradılması faktı mübahisəsiz
həqiqətdir. Tarixin sonrakı gedişatı göstərdi ki. ulu öndərin
hələ o illərdə milli dövlətçilik fəlsəfəsinə əsaslanan fəaliyyət
strategiyası bir neçə on ildən sonra müstəqil Azərbaycan Res
publikasının istiqlalının bütün dünyaya bəyan edilməsi, bu
gənc dövlətin beynəlxalq münasibətlər sistemində öz layiqli
yerini tutması məqsədinə hesablanmışdı.
Dövlət quruculuğu işinin nə qədər çətin və mürəkkəb
bir proses olduğunu dərindən dərk etmək üçün yaxın-uzaq
ölkələrin tarixi təcrübəsini nəzərdən keçirmək kifayətdir. Bir
çox hallarda dövlət suverenliyinin elan edilməsi, sözün əsl
mənasında, müstəqilliyin qazanılması prosesinin cüzi tərkib
hissəsi kimi çıxış edərək müstəqillikdən daha çox bu siyasi
dəyərin imitasiyası ilə nəticələnir. Dövlət müstəqilliyimizin
bərpa edildiyi 1990-cı illərin əvvəllərində Azərbaycanda belə
bir təhlükəli perspektivə çox yaxın idi. Amma bir tərəfdən,
ümummilli liderimizin hələ respublikaya birinci rəhbərliyi
dövründə formalaşdırdığı mütərrəqi ənənələr, şüurlara gətirdiyi
milli düşüncə tərzi, digər tərəfədən isə, onun xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə qayıdaraq müstəqil dövlət quru
-
141
-
Dostları ilə paylaş: |