§ 5. Heydər Əliyev və
Azərbaycanda siyasi elita
Dövlətin, cəm iyyətin inkişafında
özünəm əxsus rola m alik olan, bütöv
lükdə üm um bəşəri tarixi prosesin sub
yekti qism ində çıxış edən, tərəqqinin
dinam ikasında başlıca təkan və hərə
kətverici qüvvə kim i çıxış edən lider
lər. şəxsiyyətlər və elitar birliklər hə
m işə insanları düşündürmüş, bu gün
də düşündürməkdədir.
Azərbaycanda demokratik dövlət quruluşunun təməlinin
qoyulması və möhkəmləndirilməsi prosesində həlledici xid
mətlərə malik olan siyasi elitanın formalaşması qanunauy
ğunluqlarının klassik və müasir elitologiya nəzəriyyələri as
pektində təhlili gündəlikdə duran məsələlərdəndir. Ən başlıcası
isə, bu sahədə ümummilli lider Heydər Əliyevin misilsiz xid
mətlərini tədqiq edərək, onun dünya poiitoloji elmini zəngin
ləşdirəcək nəzəri-praktiki irsini aşkara çıxarmaq çox önəmlidir.
Müasir cəmiyyətlərin elitar mahiyyətli olması kifayət
qədər sübut edilmiş faktdır. Siyasi elitarlıq faktorunun nəzərə
alınmaması, bütün insanların eynilik və bəsit başa düşülən bə
rabərlik çərçivəsinə yerləşdirilməsi cəhdləri tarix boyu son
nəticədə xalqa əzab gətirən səmərəsiz, avtoritar rejimlərin
hökmranlıq etməsinə gətirib çıxarmışdır.
-
190
-
Elitasız keçinməyin mümkünlüyünü irəli sürən “ictimai
Özünüidarəyə” dair kommunist nəzəriyyəsi isə reallıqdan daha
çox cəlbedici bir ideal, hətta utopiya olaraq qalmışdır. Son
yüzillikdə demokratik dövlətçiliyin tarixi təcrübəsi sübut etdi
ki, istər hər bir ölkənin qarşısında duran tələblərə, istərsə də
zamanın çağırışlarına cavab verməyə qadir siyasi elitarlıq fak
toru ilə nəinki mübarizə aparmaq, əksinə, onun formalaşması
qanunauyğunluqlarına bələd olaraq hər cür dəstəkləmək cəmiy
yətin, bütövlükdə bəşəriyyətin tərəqqi və mənafeyinə xidmət
etmək deməkdir.
Nisbətən gənc tarixə malik olan poliıologiya elminin,
clitarizmin müasir nəzəriyyəsinin gəldiyi ən başlıca qənaətləri
belə səciyyələndirmək olar: dövləti, ölkəni istənilən, “hər ye
rindən duran adam” idarə edə bilməz.
Xalqın taleyi və məsuliyyəti rəhbər və lider statusunu
daşıyan şəxsiyyətdə fenomenal, qeyri-adi qabiliyyətlərin cəm-
lənməsini tələb edir.
Cəmiyyətdə mövcud olan insanlar çoxçalarlı xüsusiy
yətlərə, müxtəlif keyfiyyətlərə malikdir. Bu çeşidlilik insan
ların siyasi həyatda müxtəlif fəallıqla iştirakında, sosial-siyasi
proseslərin təsirində və onların idarə edilməsində özünü büruzə
verir. Siyasi idarəçilik keyfiyyətlərinin və funksiyalarının ən
parlaq ifadə olunduğu, siyasi hakimiyyətin əhəmiyyətli hissəsi
ni öz əlində cəmləyən müxtəlif insanların siyasi maraqlarını bir
araya gəlirə və bir məcraya yönəldə bilən siyasi amailann
təcəssümü, gerçəkləşdirilməsi mexanizmini yarada bilən ali
sosial qrup - cəmiyyətin elitasını təşkil edir. Siyasi elita fiziki,
intellektual, psixoloji, mədəni, əxlaqi və təşkilatçılıq qabiliy
yətləri ilə fərqlənir. Cəmiyyətin və dövlətin inkişafının əsas
ideologiya və dünyagörüşünü formalaşdırır. İctimai prosesləri
-
191
-
lazım olan istiqamətə yönəldə, onların axarını dəyişə və təkmil
ləşdirə bilir. Nisbətən azlıq təşkil etsə də, siyasi elita müstəqil,
yüksək sosial statusa malik olaraq hakimiyyəti əlində cəm
ləməklə dövlətin strateji xəttini gerçəkləşdirməyə xidmət edir.
Hakim siyasi elitanı səciyyələndirən əsas cəhətlər elito-
loji nəzəriyyəyə görə, xüsusi təbii qabiliyyət və bacarıqlar, özü
nəməxsus sarsılmaz birlik yarada bilmək məharəti, cəmiyyaı
tərəfindən siyasi rəhbərlik hüququnun legitimləşməsinə nail
olmaq, fəaliyyətində insanların mənafeyinə xidmət etməsi,
bütün təbəqələrdən ən dəyərli insanların burada təmsil olun
ması real, mütərəqqi nəticə və uğurların əldə edilməsi və s.
kimi ümumiləşdirilmişdir. Cəmiyyətin siyasi həyatının elitar
mahiyyətə malik olması danılmaz reallıqdır və elitanın fəaliy
yətinin daha uğurlu olması üçün bu problemin ardıcıl təhlili
dünya ictimai elmində diqqət mərkəzində olan məsələlərdəndir.
Elitanın strukturu bir tarixi mərhələdən digərinə keçid prose
sində dəyişikliyə uğraya bilər. Məsələn, tarix boyu elitar dina
mikada qəhrəmanlar, sərkərdələr, cəngavərlər, aristokratlar,
müdrik dövlət xadimləri, intellektual elita və s. kimi status
fərqləri bir-birini əvəzləmişdirsə də, cəmiyyətdə baş verən
proseslərin subyekti və obyekti qismində çıxış edənlər arasın
dakı münasibətlərin mahiyyəti, əsasən özünü bütün dövrlərdə
büruzə verməkdədir. Elita və cəmiyyət arasındakı münasibətlər
müxtəlif siyasi quruluşlarda hökmranlıq xarakteri daşımışdırsa
da, müasir demokratik cəmiyyətlərdə bu münasibətlər başlıca
olaraq ümumi konsensus və birliyə əsaslanan idarəetmə və
nizam yaratmaq məqsədinə xidmət edir. Bu mənada elitanın
formalaşması ideyası demokratiyanın prinsipləri ilə ziddiyyət
təşkil etmir və insanlara təbiətən xas olan sosial-psixoloji, in
-
192
-
tellektual, fərdi diferensiasiyadan irəli gələn obyektiv qanu
nauyğunluqdur.
Siyasi elita - siyasi lider faktoru ilə bilavasitə əlaqəli
şəkildə formalaşır. Politologiya elmində bu anlayışlar üzvi
vəhdət təşkil edir. Real həqiqətdir ki, dünyadakı dövlətlərin adı
və tarixi, onlan yaradan dahi şəxsiyyətlərin adı ilə qoşa çəkilir.
Tarixi prosesin ən çətin məqamlarında, zamanin qarşıya qoy
duğu həlli mürəkkəb olan məsələlərin həlli üçün taleyüklü
qərarların qəbul edilməsini diktə edən qeyri-müəyyən şəraitdə
siyasi lider, şəxsiyyət və dövlət xadimləri hadisələrin nizam
lanmasını həyata keçirir. G.V.Hegel tarixi şəxsiyyətləri Dünya
Ruhunun gerçəkləşdiriciləri adlandıraraq yazırdı: “Siyasi ni
zamsızlıq və tənəzzülə doğru yuvarlanan bir xalqın taleyini
yalnız dahi xilas edə bilər” (Г.Гегель.Политические произ
ведения. M., 1978. c.154).
XX əsrin ikinci yarısında bütün dünyada yaşanılan
qlobal böhran mərhələsində, ağlagəlməz dərəcədə mürəkkəb
geosiyasi məkanda, dünya güc mərkəzlərinin maraqlarının çar
pışdığı, ölkədaxili xaosun kulminasiya həddinə çatdığı bir za
manda, əsrlər boyu milyonların əlçatmaz arzusu olan suve
renliyi, Azərbaycanın dövlət müstəqilliyini gerçəkləşdirən, onu
dönməz və əbədi edən dahi şəxsiyyət ömrünü yaşamaq Heydər
Əliyevə nəsib olmuşdur.
Ulu öndər, liderliyin miqyas və zirvələrini siyasət el
mində hələlik sonadək dərk olunmayan bütün səviyyə və qat
larını fəth etmiş, nəinki yaratdığı siyasi elitanın, siyasi parti
yanın lideri statusunu qazanmış, həm də nadir hallarda gör
kəmli şəxsiyyətlərə qismət olan xalq və millət sevgisinin ən ali
məqamına yüksələrək Ümummilli Lider, Türk dünyasının Li
deri kimi əbədiyaşar adlarda Azərbaycan dövləti durduqca da
-
193
-
Dostları ilə paylaş: |