Ölkə Prezidentinin 2003-cü ildə rəhbərliyə gəldiyi ilk
vaxtdan bu günədək elmin, təhsilin, mədəniyyətin inkişafım
sürətləndirən onlarla fərman, sərəncam və göstərişləri, onun
böyüməkdə olan Azərbaycan nəslinin mənəvi bütövlüyü, əx-
laqi saflığı və kamilliyi, qlobal miqyaslı yad təsirlərə qarşı
mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində aparılan
siyasətin qarantı kimi çıxış etməsinin bariz nümunəsidir. Bütün
bunlar təhsildə ümumbəşəri aspektlərin ahəngdar inkişafını
sürətləndirən, onlara əməli istiqamət verən amillərdir. Bu sa
hədə milliliyin vacib olduğu qədər, onun müasir informasiya və
qloballaşma dövrünün tələblərinə, ehtiyaclara həssas olması,
adekvat cavab verə bilməsi kimi bütün şərtləri vəhdətdə ger
çəkləşdirməyi zəruri edir. Bu vəhdət xalqımızın mənəvi, iqti
sadi, siyasi qüdrətinin rəhnidir.
Azərbaycanlıların birliyinin və milli dəyərlərimizin dialoji
potensialının dünyada özüniitəsdiqi mərhələsi
Milli dəyərlər Azərbaycançılıq ideologiyasının təməli
kimi dövlətçilik düşüncəsinin əsasım təşkil edən milli, mənəvi,
mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümu
miləşdirilmiş məcmusudur. Dünyanın harasında yaşamaların
dan asılı olmayaraq azərbaycanlılan birləşdirən, həmrəy edən,
milli köklərinə sadiq qalmağı təmin edən qüvvədir.
Ulu öndər bütün dünyada yaşayan azərbaycanlıların öz
milli mənsubiyyətini, dini-mənəvi dəyərlərini qoruyub saxla
maq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən
bəhrələnməsi istiqamətində azərbaycançılığı milli həmrəylik və
intibahın, diaspor siyasətinin mükəmməl konsepsiyası kimi irə-
-
256
-
|j sürmüşdür. Milli həmrəyliyin əsas şərtlərindən birinin məhz
mənəvi dəyərlər sisteminin olması, tarixi vətənə, zəngin mə
dəniyyətə bağlılığın dövlətçiliyi qüvvətləndirən
birlik amili
kimi çıxış etməsi Prezident İlham Əliyevin xarici səfərlərdə
olarkən diaspor ilə olan görüşlərində daim vurğulanır.
Dünya azərbaycanlılarının təşkilatlanması milli-mənəvi
dəyərlərə bağlılıqdan qaynaqlanır. 2006-cı il 16 mart tarixində
Prezidentin sərəncamına uyğun olaraq Bakıda dünya azərbay
canlılarının II tarixi qurultayı keçirildi. Azərbaycan diaspo
runun mütəşəkkilliyi və təşkilatlanması, onlann daha sıx birləş
məsi istiqamətində bu qurultayın müstəsna əhəmiyyəti vardır.
Bu ali tədbirdə çıxış edən dövlət başçımız qarşıdakı vəzifələr,
məqsədlər, diaspor işinin səmərəli qurulması yönümündə ulu
öndərin siyasətini xatırlatdı: “Xalqlan milli-mənəvi ənənələr
qədər, dil qədər, dəyərlər qədər birləşdirən başqa bir qüvvə
yoxdur. Biz bu qüvvədən daim istifadə etməliyik. Azərbay
canlıları birləşdirən milli mədəniyyətimiz, mənəvi dəyərləri
miz, adət-ənənələrimizdir”.
Yalnız Azərbaycan torpağında yaşayan müxtəlif etnik
və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənmə
yib, coğrafi sərhədlərin ayırdığı soydaşlarımızı bizimlə bir
ideya-mənəvi məkanda bütövləşdirən qüvvə də məhz azərbay-
cançılıq ideologiyasıdır. Mənəvi dəyərlərimizin əbədiyaşarlı-
ğında dini dəyərlərin səmərəli istifadə olunması hər bir ölkə və
hər bir xalq üçün zəruri məsələlərdəndir. Belə ki, humanizm,
xeyirxahlıq, ədalətlik və sülh amalları dünyanın bütün dinlən
üçün xasdır.
İyirmi birinci əsrin və üçüncü minilliyin insanına
mənəvi rəhbər olmaq missiyasını üzərinə götürmək istəyən
dinlər və müxtəlif təlimlər mövcuddur.
-
257
-