şilərin valideyndən biri kimi vurğulanmaması, kriminal prak
tikada eyni cinayətə görə kişi və qadının eyni cəza çəkməməsi
yaxud ömür müddətinin nisbətən az olduğu təqdirdə kişilərin
qadına nisbətən daha gec yaşda təqaüdə çıxması və s. məsələlər
də gender probleminin əhatə dairəsinə daxil olduğunu nəzəri
nizə çatdırmaq istərdik.
Məşğulluq və əmək münasibətləri sistemində gender
bərabərliyinin təminatının qanunvericilikdə əksini tapması,
cəmiyyətin davamlı iqtisadi inkişafının başlıca şərtidir. Dünya
Bankının məlumatına görə, qadınlar dünyanın yoxsul əhalisinin
70%-ni təşkil edir və dünyada mülkiyyətin cəmi 10%-nə
malikdirlər. Yaxud dünyanın ən varlı 691 adamı içərisində 68-i
qadındır.
İqtisadi sahədə qadınların belə statusu, hər hansı bir
imkan bərabərliyindən danışmağa əsas vermir. Qadınların iqti
sadi sahədə daha fəal iqtirakı nisbətən ABŞ-da müşahidə olu
nur. Burada kiçik biznesin 30%-dən çoxu qadınlara məxsus
dur. BMT-nin 1991-ci ildən etibarən nəşr etdirdiyi gender
statistikası, o cümlədən Azərbaycanda Dövlət Statistika Komi
təsi tərəfindən tərtib edilən məlumatları izlədikdə iqtisadiyyat
da gender təminatlarının mənzərəsi aydın görünür. Dövlətin iq
tisadi rifahı üçün gender resurslarının ahəngdar inkişaf etdiril
məsi qanunda prioritet məsələ kimi vurğulanmışdır.
“İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin
təminatları” müddəasına əsasən dövlət kişi və qadınların mül
kiyyət hüququnun, sahibkarlıq fəaliyyətinin,
sosial təminat
hüququnun həyata keçirilməsinə təminat verir.
Azərbaycan bu sahədə deyə bilərik ki, Şərqdə mühüm
tarixi-hüquqi təcrübəyə malikdir. Azərbaycanda qadınların səs
vermə hüququ (seçmək hüququ - aktiv hüquq) barədə məsələni
-
310
-
j|k dəfə 1907-ci ildə azərbaycanlı deputat Xasməmmədov Çar
Rusiyasının Dumasında qaldırmış və müsəlman fraksiyasında
gərgin müzakirələrdən sonra müsbət həllinə nail olmuşdur.
1918-də Azərbaycan Demokratik Cümhuriyyəti də qadınların
səsvermə hüququnu tanımışdır. Qadınların seçilmək (passiv
hüquq) sahəsində problemlərin mövcudluğu qanunda nəzərdə
tutulan hallarla aradan qaldırılmalıdır.
Gender bərabərliyinin təminatları probleminə respubli
ka ictimaiyyətinin də marağı və reaksiyası bu müddət ərzində
öz ifadəsini tapmışdır. KİV-lərdə, TV kanallarında gender
problemi və genderə dair qanun layihəsinə rəy və münasibətləri
bildirən verilişlər, müzakirələr keçirilmiş, respublika və bey
nəlxalq nümayəndələrin təşkil etdiyi konfranslar, seminarlar
keçirilmişdir.
Bütün bunlar göstərir ki, problem cəmiyyətimizdə
sosial-mədəni, hüquqi, mənəvi aspektlərdə mövcuddur və onun
qəbul edilməsi sosial sifarişin yerinə yetirilməsində hüquqi ba
zanı təmin edəcəkdir.
Qanunun qəbul edilməsi Azərbaycanda mütərəqqi qa
nunvericilik və hüquq praktikasının inkişafına təkan verməklə,
gender təminatları mexanizmini müəyyənləşdirməklə, tədricən
cinsi motivlərə görə ayrı-seçkiliyin ləğv olunmasına imkan
verəcək, Azərbaycan vətəndaşlarının, dövlətin Konstitusiyasın
da və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş bütün
azadlıqlarının gerçəkləşməsi imkanını genişləndirəcəkdir və
beləliklə də ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm təməl
yaradılmasını təmin edəcəkdir.
-311
-
§ 12. Azərbaycan qadını mənəviyyat və
ülviyyət simvoludur
H ər bir insanın üzərinə Tanrı çəkə bilə
cəyi qədər yük qoyur. İnsanın iç dünyasında hə
min yükün, ağırlığın qaldırılm ası üçün ona gü
cü, q iiw əti də Tanrı verir...
Öz sevdiyi işlə m əşğul olanda və gör
düyü işin insanlara gətirəcəyi sevinci düşünəndə
insan ağırlıq yükünü unudur, fə rə h və m innət
darlıq dolu öm ür yaşayır.
Azərbaycam qadınının "çətinlik" anlayışına münasibəti
fərqlidir. Daha çox məsuliyyət hissi və "etməlisən" imperativi
ona yaxındır. O,hər bir insanın həyata, dünyaya bir missiya ilə
gəldiyinə inanır. Həyat adlı yolun sonunda öz müqəddəs missi
yasım yerinə yetirə bilirsə, dünyamız bir az da gözəlləşir, bir az
da xeyirxah və ədalətli olur.
Azərbaycan cəmiyyətində qadının öz yeri, öz çəkisi var.
Bizim milli təfəkkürümüzdə Ana və Vətən kəlmələri qoşa işlə
nir. Bu gün də Azərbaycan qadını dövlətçiliyimizin tərəqqisi
və möhkəmləndirilməsi üçün üzərinə düşən məsuliyyəti hə
mişəkindən daha çox hiss edir.
Bu gün Azərbaycanın seçilən, sayılan xanımlan çoxdur.
Müəllim, həkim, alim, millət vəkili, professor, ictimai-siyasi
xadim... Həyatda qazandığı titullarının sırasını davam etmək də
olar. Bu onun ictimai fəaliyyətdə qazandıqlan uğurlardı. Hə
-
312
-
yatda isə hər şeydən əvvəl o, anadır. Öz övladlarını sevən və
onların qayğısını çəkməyi özünə ən müqqədəs vəzifə seçən,
ana adının şərəfini daşıyan Azərbaycan qadınıdır.
Həyat yolunu maneələrlə dolu məkanın qəl edilməsinə
bənzətmək olar. İdman növləri içərisində ən maraqlı növlərdən
biridir. Bir maneədən digər maneəyə qədər olan məsafə ərzində
gücünü səfərbər etmək, diqqətini cəmləmək, iradəni toplamaq,
özünü sınamaq deməkdir. Hər sınaqdan ləyaqətlə çıxmaq, özü-
nütəsdiq hissini yaşamaq isə əlbəttə çox xoşdur. Bu da hə
qiqətdir ki, kimlərsə həyat yolunu başqa cür, daşsız-kəsəksiz,
hamar yol kimi təsəvvür edir. Cəmiyyət qanunlarını bilən, in
sanlar arasındakı münasibətlərin mürəkkəb strukturunu dərk
edən hər bir kəs bu yoldakı maneələri, onların insan xarak
terinin, taleyinin formalaşmasına təsirini normal qəbul edir.
Kimlərisə bu sınaqlar qırır, zəiflədir, kimlərisə əksinə. Ma
neələri, müqavimətləri mücərrəd bir şey kimi qəbul etmək
olmaz. Bu bir bədxah baxışdan, bədxah sözdən tutmuş fiziki
çətinliklərə, gözəl məqsədlərə çatmaq üçün cəmlənmiş zəka
potensialının fəaliyyətə çevrilməsindən, böyük səbrə və təm
kinə qədər ola bilər. Ən əsası isə odur ki, büdrəməyəsən, yan
yolda qalmayasan.
Sadaladıqlanmız bütün vəzifələrin, statuslann cəmi
olan bir Azərbaycan qadını obrazı var. Saydığımız missiyalan
ləyaqətlə yerinə yetirmək iqtidannda olmaq üçün yüksək mə
suliyyət hissi yaşayan bir insan. Bunlar heç də biri-birindən
ayn vəzifələr deyil, biri-birini tamamlayan, vəhdət təşkil edən
funksiyalardır. Bir azərbaycanlı qadının ana qayğısı, humaniz
mi, müəllim səbri, həkim təmkini, millət vəkilinin vəzifə bor
cu, məsuliyyəti olmazsa, problemlərə baxış tam olmur. Gün ər
zində görülən işlər, insanlarla ünsiyyət, qanun yaradıcılığı pro
-
313
-
Dostları ilə paylaş: |