ma», «parlatma» anlamım bildirir. Öz adını buradan olan bu yeni
ləlimin qurucusu sufi alim Şəhabəddin Yəhya Sührəvərdi (1155-
1191) idi. İşraq fəlsəfəsi Aristotelin fəlsəfəsinə qarşı yönəlmişdi v ə
neoplatonizmi manixeyçilik, zərdüştilik gəlonəkləri ilə birləşdirirdi.
Ümumiyyətlə, işraq fəlsəfəsində bir-birinə qarşı duran iki başlanğıc
işıq və qaranlıq haqqında Zərdüştilik ideyası və Platonun iki
dünya-ideya və kölgə dünyaları haqqında təlimi başlıca yer
tuturdu, işraq fəlsəfəsi gerçəyin aşkar edilməsində ağlın deyil,
içgüdünün (intuisiyanm) qaynaq olduğunu irəli sürürdü. Sühravər-
dinin təlimi sufizmlə yeni axımın yaranmasına səbəb oldu.
135. Aristotel, (m.ö. 384-322) - əski yunan filosofu və alimi.
İslam aləmində “Ərəstun” kimi tanmır. Gənc yaşlarında Platonun
yanında dərs almışdır (Afinada). Platonun ölümündən sonra 12 il
gəzgin (səyyar) bir həyat sürdü. Makedoniyalı İskəndərin
tərbiyəçisi oldu. M.Ö. 335-ci ildə Afinada peripatetika (yunanca
“gozinərək” anlamını verir; Aristotel dərslərini şagirdləri arasında
gəzinərək deyirdi) məktəbini qurdu. Burada o, Platonun fəlsəfəsinə
qarşı çıxan öz görüşlərini izah edirdi. O zamankı bütün elmlər ilə
məşğul olmuşdur. Məntiq və psixologiyanın qurucusu sayılır.
Aristotel gcrçəkçi (realist) idi, duyğulara böyük yer verirdi.
Avropa və İslam fəlsəfəsinə böyük təsir göstərmişdir. Başlıca
əsərləri: “Orqanon” (məntiq), “Fizika”, “Metafizika”, “Politika”
(ən böyük əsəri), “Ruh haqqında”, “Etika”, “Poetika”, “Ritorika”
və s.
136. Platon (m. ö. 428 və ya 427-348 və ya 347) - əski yunan
filosofu idealisti, İslam dünyasında “Əflatun” adı ilə tanınmışdır.
Sokratm şagirdi, Aristotelin isə müəllimi olmuşdur. Platon
obyektiv idealizmin ilkin klassik formasını təlim kimi işləyib
hazırlamışdır. Ümumiyyətlə, Platon ideyalar dünyası ləlimi ilə
daha çox tanınmışdır.
Əski türk ədəbiyyatında Əflatun (Platon) ağlın, elmin bir
rəmzi kimi çıxış edir.
137. Əski yunan mütəfəkkirlərinin (Aristotel, Platon)
görüşlərindən qidalanmış ərəb fəlsəfə elmi dini etiqadlar üçün
təhlükə yaradırdı. Buna görə do, ilahiyyatçılar dolilgətirmə meto
dunu ilahiyyata tətbiq etmək yolu ilə, yəni dialektikadan istifadə
edərək bu yeni fəlsəfəyə qarşı çıxdılar. Dəlilgətirmə metodunun
ilahiyyata tətbiqi nəticəsində 8-ci yüzildə islam dini fəlsəfəsi
yarandı ki, buna da “kəlam” (ərəbcədir; - “söz”, “nitq”, “danışıq”
anlamındadır)
deyilirdi.
Kəlamı
işləyib
hazırlayanlar
müləkəllimlər (“mütəkəllim” ərəbcədir, “söyləyən”, “danışan”,
174
“natiq” deməkdir) adlanırdılar. Kəlamın ilk nümayəndələri
mötəzililər (qurucusu 8-ci yüzildə yaşamış Vasil İbn-Əta) idi.
İradə azadlığı haqqında təlimi inkişaf etdirən mötəzililik
ortodoksal İslam ilə bəzi ixtilafda idi. Sünnilik mötəzililyo qarşı öz
ilahiyat sistemini yaratmağa başladı və 10-cu yüzildə kəlam sünni
İslamın mömin ilahiyyat sistemi
ehkamlar sistemi kimi qəti
şəkildə formalaşdı. Bu “yeni” kəlamın qurucuları isə əl-Əşəri və əl-
Maturidi idi. Əl-Əşəri və əl-Maturidi formal-məntiqi dəlilləri
ilahiyyata daha geniş şəkildə tətbiq etdilər. Kəlam nümayəndələri
- müləkəllimlər məntiqi mühakimələr ilə İslamın ehkamlarım
əsaslandırmağa çalışırdılar. Kəlam ağıl ilə din, etiqad ilə fəlsəfə
arasında
uyğunlaşdırıcı
rol
oynamağa
başladı.
Beləliklə,
dəlilgətirmə metodunun ilahiyyata tətbiqi nəticəsində yaranmış din
fəlsəfəsi olan kəlam məntiqi - fəlsəfi dəlillərə söykənən müsəlman
nəzəri ilahiyyatı, ehkamlar sistemi idi.
Mütəsovvif (ərəbcədir)
təsəvvüf (sufilik, müsəlman
mistikliyi; Şərqdə dini-ictimai fəlsəfi axımlardan biri) tərəfdarı,
sufi, təsəvvüfçü deməkdir.
138. Bölünməz hissə - materiyanın bölünməz hissəciyi, atom
göz önündə tutulur.
139. Demokrit (m. ö. 470 və ya 460-cı ildə anadan olmuş,
xeyli qoca yaşlarında ölüb) - əski yunan materialist filosofu. Antik
alomistikanın - bütün materiyanın atomlardan ibarət olduğunu
irəli sürən materialist quramın (nəzəriyyənin) qurucularından
biridir. Demokrit dünyamn yalnız atomdan və boşluqdan ibarət
olduğunu irəli sürür və göstərirdi ki, materiyanın bölünməz
hissəciyi olan atomlar əbədidir, dərkedilməzdir, dağılmaya məruz
qalmır, ancaq formaları, boşluqdakı vəziyyətləri, həcmləri ilə
fərqlənirlər, insan üçün görünməzdilər, atomların müxtəlif
hərəkətləri ayrı-ayrı cisimləri, sonsuz, sayda dünyaları əmələ gətirir.
140. Epikur (m. ö. 341-270) - əski yunan filosofu,
materialist. Epikur fəlsəfəni fizikaya (tətbiq haqqında təlim),
kanonikaya (idrak haqqında təlim) və etikaya bölürdü. Epikur
fizikada Demokrilin atomistikasını müdafiə edirdi.
141. Plotin (təqr. 204/205-269/270) - yunan filosofu, idealist,
neoplatonizmin qurucusu. Ncoplatonizmin özəyini olağanüstü
(qeyri adi) varlıq olan Vahid və varlığın iyerarxiya sistemi
haqqında təlim təşkil edir. Plotinin ncoplatonik sistemində Vahid
şüalanarkən varlığın üç başlıca substansiyası törəyir.
Plotin antik dialektikanm inkişafında böyük rol oynayıb.
142. Pifaqor (m. ö. 6-cı yüzil)
əski yunan filosofu, din və
175
siyasət xadimi, riyaziyyatçı, dini - fəlsəfi təlim olan pifaqorizmin
qurucusu. Pifaqorizm bütün varlığın əsasını ədədlər təşkil etdiyini
irəli sürür və bu görüşə söykənirdi.
143. Zenon (m. ö. 336 ilə 332 arasında - 246 ilə 262 arasında)
- Kitionlu (Kipr) Zenon, əski yunan filosofu. M.Ö. təqribən 300-
cü ildə Afinada stoiklər məktəbini təşkil etmişdir.
144. Rəvakiyun - Əski yunan filosofu Zenonun stoikçilik
(stosizm) fəlsəfəsinin ərəbcə adı. Stoikçilik antik cəmiyyətin
materializm ilə idealizm arasında yer tutan fəlsəfə axımı idi.
Stoikçiliyə görə dünya ilkin od tərəfindən yaradıcı şəkildə
düzülmüş canlı orqanizmdir, bütün varlıqlar (var olanlar)
maddidir və materiyanın kobudluğu və incəliyi ilə fərqlənirlər;
kosmosun hər bir təkrar alovlanması və təmizlənməsindən sonra
şeylər və hadisələr təkrarlanır. Müdrik adam ağılın səsinə qulaq
asaraq ehtirasdan, həvəsdən azad olmalı, öz “alın yazısı”nı
sevməlidir; bütün adamlar isə dünya dövləti kimi kosmosun
vətəndaşlarıdır. Taleyə boyun əyməyi irəli sürən Roma stoikçiliyi
ilkin xristianlığa böyük təsir göstərmişdir.
145. Mühyiddin Ərəbi (1165-1240) - böyük İslam filosofu və
tosəvvüfçüsü (sufi). Əndəlusda (İspaniya) anadan olmuşdur.
Mühyiddin Ərəbi müsəlman şərqində “Şeyx-ül Əkbər” (ən böyük
şeyx) kimi tanmır. “Vəhdəti-i vücud” haqqında İslam düşüncəsinin
aşılandığı ən irəliçi (mütərəqqi) görüşlər irəli sürmüşdür.
Mühyiddin Ərəbinin fikirləri Anadolu, İran və Hindistanda geniş
yayılmışdı. Ziya Göyalp “Gənc Qələmlər” dərgisinin 2-ci cildində
yazırdı: “Mühyiddin Ərəbi - Alfcrd Fulyeden çox əvvəl
məfkurələrin təkamüldə yaradıcı amillər olduğunu isbat edərək
bugünkü fəlsəfəni hələ o zaman təsis etmişdir”.
Mühyiddin Ərəbi bir çox əsərlərin müəllifidir.
146. Hərəm - (ərəbcədir) - burada hökmdar saraylarında,
evlərdə qadınlara ayrılan bölüm; buradakı qadınların hamısı; ərli
qadın.
147. Salamlıq (ərəbcə-türkcə)
Burada: saraylarda, evlərdə
kişilərə aid və kişi qonaqların qəbul edildiyi bölüm.
148. Çarşab - Farsca - “çadər-i şob”dən (çador-örtük,
bürüncək, şəb-gecə) törəmişdir. Burada: çadra, keçmişdə
müsəlman qadınlarının küçəyə çıxarkən bədənlərini başdan ayağa
örtdükləri bürüncək.
149. Peçə (İtalyanca “pezza”dan) - Burada: keçmişdə və indi
bəzi ölkələrdə qadınlar küçədə üzlərinə örtdükləri incə qara örtük,
tor, duvaq.
176
149 a. Orijinalda “hakimlər” (“həkimlər”)dir. Bunun da
buradakı anlamı “hər elmə, fənnə bələd olan, hikmət və fəlsəfə
mütəxəssisi, çox dərin bilikli adam”dır. Yeni türkcədə buna
“bilgə” deyilir.
150. Dəli Petro - Rus çarı I Pyotr (1672-1725).
151. Rusiyanın geriliyini aradan qaldırmaq üçün I Pyotıun
həyata keçirdiyi islahatlar göz önündə tutulur.
152. Hərbiyyə - hərbi məktəb; Tibbiyə- tibb məktəbi.
153. Ycniçəri (“yeni”+ “çəri”
“ordu”) - yeniçəri ordu
hissələri piyadalardan ibarət olub, 1362-ci ildə Orxan Qazi
tərəfindən yaradılmağa başlamışdı. Yeniçəri ordu hissələri II
Mahmudun dövründə, 1826-cı ildə yeni piyada nizami qoşun
bölmələrinin yaradılması ilə ortadan qaldırıldı.
154. Həkimbaşı - Sarayda yüksək rütbəli həkim; Ziya
Göyalp bu ifadə ilə müalicədə ortaçağ üsul və vasitələrindən
faydalanan, dövrün qabaqcıl elm yeniliklərindən istifadə etməyən
həkimləri, ümumiyyətlə geriliyi göz önündə tutur.
155. Nizamiyyə
Yeni nizami piyada ordu. Ill Səlim
zamanında (1789-1808) yaradılmağa başlamış, ancaq bu yarımçıq
qalmışdı. II Mahmud yeni nizami ordunun yaradılmasını
müvəffəqiyyətlə həyata keçirərək 1826-cı ildə döyüş üstünlüklərini
çoxdan ilirmiş əski piyada hissələri - yeniçəri təşkilatını xüsusi
fərman ilə aradan qaldırdı.
156.
Millətlər Cəmiyyəti - 1919-cu ildə qurulmuş
millotlərarası təşkilat Nizamnaməsinə görə xalqlar arasında
işbirliyini inkişaf etdirmək, barışı (sülhü) təmin etmək məqsədini
güdürdü. Əslində İngiltərə və Fransanın əlində siyasi bir alət idi.
Millətlər Cəmiyyəti birinci dünya savaşından qalib çıxmış dövlət
lərə mandatlar paylamaqla müstəmləkəçilik xəttini yeritmiş, yeni
imperalist bölgüsünü həyata keçirmişdi. 1934-cü ildə Almaniya və
Yaponiya Cəmiyyətdən çıxdıqdan sonra SSRİ Cəmiyyətdən
çıxarıldı (Sovet-Fin savaşına görə). 1946-cı ildə Millətlər Cəmiyyəti
buraxıldı.
157. Kapitulyasiya
Burada: Orta latınca “kapitulo”
(“razılaşıram, uzlaşıram”) sözündən törəmişdir. Fransıcza “anlaş
ma” anlamını bildirir. Bərabərhüquqlu olmayan anlaşmadır.
Xüsusilə, Osmanlı dövlətinin xarici ölkə nümayəndələrinə, vətən
daşlarına heç bir qarşılıq almadan, yaxud məcbur olaraq verdiyi
ticarət hüququdur.
1535-ci ildə Sultan Süleyman Qanuni
tərəfindən kömək məqsədi ilə fransızlara iltifatla belə bir hüquq
verildi. Əgər ilk vaxtlar bu kapitulyasiya müəyyən müddət üçün
177
Dostları ilə paylaş: |