1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Görkəmli dilçi alim, ədib professor
Bəkir Çobanzadənin
anadan olmasının
120 illik
yubileyinə həsr olunmuş
«BƏKİR ÇOBANZADƏ VƏ TÜRKOLOGİYANIN
MÜASİR PROBLEMLƏRİ»
mövzusunda Respublika elmi konfransının
M A T E R İ A L L A R I
31 may 2013-cü il
2
3
BƏKİR ÇOBANZADƏ – BÖYÜK FİLOLOQ
Tofiq Hacıyev
I TÜRKOLOJİ QURULTAYDA BƏKİR ÇOBANZADƏNİN
FƏALİYYƏTİ
Moskva I Türkoloji qurultaya bir neçə il əvvəldən başlamış, bir sıra
təşkilat məsələləri ilə yanaşı, onun yeri haqqında da yəqin ki, ciddi düşünmüşdü.
Görünür, elmi-mədəni səviyyəni, Bakı Universitetinin varlığını, başqa türk
respublikalarından Moskvaya daha yaxın olmağını, nəzarətdə saxlamağın daha
asanlığını nəzərə alaraq, Bakı seçildi. Yəqin ki, Türkiyədən çağırılmış elm və təhsil
işçilərinin burada fəal çalışdıqlarını nəzərə alaraq, Moskva Bakını türkoloji
mərkəzə çevirmək qərarına gəlir və Türkoloji qurultaya mühit hazırlanması üçün
Azərbaycan rəhbərliyinə göstəriş verilir. Bu hazırlıq işi N.Nərimanovun sağlığında
başladığından və Moskvada bilavasitə Şərq məsələləri ilə məşğul olduğundan,
türkoloji qurultayın çağırılması ideyasında da, mərkəzin - məkanım seçilməsində
də, şübhəsiz, onun böyük xidmətləri olmuşdur.
Mühit hazırlanmasına SSRİ-də çalışan adlı-sanlı türkoloq alimlərin
Bakıya dəvət olunamsından başlayırlar. Özbəkistandan Xalid Səid Xocayev,
Krımdan Bəkir Çobanzadə dəvət olunurlar. Mirzə Məmmədəli Kazımbəyin
şərqşünaslıq məktəbinin yetirməsi Jüje artıq yaradılışından Bakı Universitetində
pedaqoji fəaliyyətdə idi (o, gələcəkdə Xalid Səidlə Türk Dünyasının nəhəng
abidəsi “Divanü-lüğat-it türk”ü Azərbaycan türkcəsinə çevirəcəkdilər), eləcə də
eston türkoloqu Zifeld Simumyaqi, çuvaş Nikolay İvanoviç Aşmarin Bakıda elmi-
pedaqoji sahələrdə işləyirdilər (professor Aşmarinin 1925-ci ildə rus dilində “Nuxa
şəhərinin xalq şivələrinin icmalı” – Общий обзор народныx говоров города
Нухи - əsəri çap olunmuşdu).
Beləliklə, 1925-ci ildən professor Bəkir Çobanzadə Azərbaycan təhsil
sistemində elmi və pedaqoji işə başlayır. Və maraqlıdır ki, Azərbaycanda
işləməsinə baxmayaraq, Türkoloji qurultayın anketində o, “krım tatarı” kimi qeydə
alınmışdır (həmin prinsiplə qurultayda Türkiyə nümayəndəsi kimi iştirak edən Əli
bəy Hüseynzadə “Azərbaycan türkü” kimi göstərilmişdir).
Bəkir Çobanzadənin qurultayın işindəki fəaliyyətini təxmin etmək üçün
onu da yada salmaq yetər ki, onun qurultay anketində “təşkilat komissiyası”
tə’yinatı ayrıca qeyd olunur. B.Çobanzadə də daxil olmaqla qurultayın təşkilat
Hacıyev Tofiq – Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, AMEA-nın
müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor.
4
komissiyasının on üç üzvü vardı: Səməd Ağamalıoğlu - Azərb. MİK sədri,
azərbaycanlı (Bakı), E.İ.Aşmarin – professor, çuvaş (Moskva), Əhməd Baytursun –
kazak (Qızıl Orda), Vasili Vladimiroviç Bartold – akademik, rus (Leninqrad),
Zifeld – Simumyaqi Artur Rudolfov - ədəbiyyatşünas, eston(Bakı), Qalimcan
İbrahimov – Qazan tatarı (Qazan), Həbibulla Odabaş – universitet müəllimi, Krım
tatarı (Simferopol), Əhməd Pepinov – Gürcüstan türkü (Bakı), Nazir Turyakulov –
jurnalist, kazak (Moskva), Cəlaləddin Qorxmazov – kumuk (Mahaçqala), Povloviç
Mixail Povloviç – yəhudi (Moskva), Həbib Cəbiyev – “Kommunist”in red.,
azərbaycanlı (Bakı). Ancaq qurultayın əvvəlcədən təşkilində, gedişindəki iş
həcminə, fəaliyyət yerinə görə Bəkir Çobanzadəni heç kəslə müqayisə etmək
olmaz. Əlbəttə, heç kəs öz çəkisindən artıq yük götürə bilməz. Ancaq Bəkir
Çobanzadənin yüklənməsində onun savadının çəkisi, intelekt əhatəsinin genişliyi,
həm dil, həm ədəbiyyat məsələlərinə yiyələnmiş olması, həm oğuz, həm qıpçaq
dillərini əlaqələndirmə, uyğunluq və fərqlərinə bələdliyi, müasir türkcələrlə yanaşı,
türkcələrin tarixinə dair tədqiqləri, müqayisəli türkologiyanın bilicisi kimi
tanınması, ərəb, fars, rus dilləri ilə bərabər bir neçə Avropa dilini bilməsi və başqa
keyfiyyətləri nəzərə alınırdı. Həm də o, Azərbaycana yüksək vəzifədən – Krım
Maarif Komissarlığınınişçisi, universitet rektoru vəzifələrindən gəldiyi üçün
təşkilati işlərdə nəyi və necə etməyi bilirdi.
Bütün bunlar, necə deyərlər, səhnəarxası fəaliyyət olmuşdur və Bəkir
Çobanzadənin gözümüz önündə olmayan bu işlərinin incəliklərini deyə bilmərik,
ancaq doqquz (istirahətsiz) gündə keçirilən on yeddi iclasın yüksək səviyyəsi ilə
həm bütövlükdə Azərbaycan hökumətinin, həm təşkilat komissiyasının və
bilavasitə professor Bəkir Çobanzadənin əməyini təsəvvür edə bilərik. Biz burada
B.Çobanzadənin bilavasitə qurultayın gedişindəki işi ilə bağlı söhbət açırıq.
Əslində onun türkoloji qurultayla bağlı fəaliyyəti daha əhatəlidir.
B.Çobanzadənin qurultaya qədərki, qurultayda və qurultaydan sonrakı çalışmaları
olub. Türkoloji qurultayın qərar və tövsiyyələrini gerçəkləşdirmək üçün o, müxtəlif
türk coğrafiyalarında olub. Qurultayın tarixi işini həyata keçirmək üçün
yorulmadan maarifləndirmə işi aparıb. B.Çobanzadənin qurultaydan sonrakı
maarifçilik və təşkilatçılıq işi ayrıca bir tədqiqat mövzusudur.
Əlbəttə, Bəkir Çobanzadənin gözlə görünən işi qurultayın gündəlik
işlərində görünən fəaliyyətidir – seçilən komissiyalarda, mə’ruzələrin,
qətnamələrin müzakirəsindəki iştirakıdır.
Qurultayın birinci iclasında 131 nümayəndə içərisindən rəyasət hey’ətinə
seçilən 22 nəfərdən biri professor Bəkir Çobanzadədir. On üçüncü iclasda əlifba
ilə, on dördüncü iclasda ədəbi dillə bağlı qətnamə komissiyasının üzvü olur,
doqquzuncu iclasda terminologiya üzrə qətnamə komissiyasına sədr tə’yin olunur.
On yeddinci iclasda akademik Bartold və akademik Oldenburqun qətnamələrlə
bağlı təklifləri ətrafında qalxan mübahisələri məhz B.Çobanzadə məxrəcə gətirir.
Yenə on yeddinci iclasda ana dilinin tədrisi metodikasının qətnaməsinin
müzakirəsində tədrisdə ana dili fənninə müstəqillik verilməsi paraqrafında “fənnə
Dostları ilə paylaş: |