Azərbaycan ədəbiyyatı məsələləri
17
olmadan fars şairlərinin siyahısına daxil etmiş, Məhəmmədəli
Tərbiyət isə onun Azərbayjan şairi olduğunu bir daha
təsdiqləmişdir. O, ədəbiyyat tarixinə kəskin siyasi şeirlər, zərif
mədhlər, yanıqlı mərsiyələr, səmimi vəsflər, injə aşiqanə şeirlər
müəllifi kimi daxil olmuş, o Musa Şəhəvatdan fərqli olaraq
ömrü boyu ərəb hegemonluğuna qarşı çıxmış, qələmini əsarət
altına alınmış xalqların heysiyyatının qorunmasına həsr
etmişdir. Əhməd Əmin onun yaradıjılığını, şeirlərinin
xüsusiyyətlərini xüsusi qeyd edir, göstərir ki, «orada
hekayəçilik ruhu, gözəl məntiqi ardıjıllıq hakimdir. İsmayıl ibn
Yəsar köhnə ənənələri jəsarətlə qırmış, şeirin yalnız formaja
deyil, məzmunja da sabitliyini ərəbdilli ədəbiyyata gətirmişdir.
Artıq onun aşiqanə şeirlərində dəvə karvanlarının, səhraların
boz qumlarının, qəbilələrin təsvir və tərənnümünə rast gəlmirik.
Ondan qabaqkı ərəbdilli şair-lərin hamısı bu köhnə ənənənin
çərçivəsindən çıxa bilmir, müxtəlif hadisələr yığımını bu şeirdə
əlaqəsiz şəkildə əks etdirirdilər. İbn Yəsarın böyük
xidmətlərindən biri elə bu şeiri səliqəsizlikdən xilas etmək,
mövzu vəhdətini poeziyaya gətirmək olmuşdur: bunu
tənqidçilər
qədim
Azərbayjan
ədəbiyyatının
təsiri
ilə
bağlayırlar. Onun sözləri, tərkiblər, poetik vəzni ərəb qəlibində
verilsə də, Azərbayjan təfəkkü-rü, Azərbayjan ruhu onun
şeirlərinə daxil ola bilmiş, yeni məna və mahiyyət kəsb
etmişdir. Onun şeirlərində poetik obrazlar, bədii ifadə vasitələri
yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilir, əsassız
mübaliğələr, şit təşbehlər, real həyatdan uzaq bənzətmələr
yoxdur. Dili yığjam və janlı, axıjıdır.
Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr
ibn Əbd Mənat qəbiləsinin mövlası olmuşdur. Onun yaradıjılığı
Yəsar və Şəhəvat kimi müasirlərindən bəzi xüsusiyyətləri ilə
fərqlənsə də, ardıjıl, qəti mövqeyi ilə seçilib. Əldə olan
Gülxani Pənah, Salatın Əhmədli
18
mədhləri, həjvləri siyasi xarakter daşıyır. Maraqlı şeirlərindən
biri bir atanın dilindən nankor oğula qarşı çev-rilmiş və yüksək
sənətkarlıqla yazılmış kiçik bir şeir par-çasıdır. Atanın duz-
çörəyi ilə boya-başa çatan oğul ata qəl-binin yanıqlı fəryadını
dərk etmir:
Anadan olan gündən sənə çörək verib, su qabını
dodaqlarına yaxınlaşdırıb,
Qurtum-qurtum içirdərək səni boya-başa çatdırdım.
Gejələr sənə bir bədbəxtlik üz verdikdə gözlərimi
Səhərə qədər yummayıb sənin dərdin üçün
narahatlıq keçirdim.
Sanki sənə üz verən bəla mənə də sirayət edib
hönkür-hönkür ağladırdı.
VII-VIII əsrlərdə yaşayıb yaratmış və məvali şairlər
adlanan bu təfəkkür sahibləri-azərbayjanlı şairlər ərəbdilli
poeziyanın inkişafına xeyli köməklik göstərmiş, eyni zamanda
öz xalqının bədii və fəlsəfi təfəkkürü ilə bağlı olmuşlar.
Onların yaradıjılığı sübut edir ki, Azərbayjan xalqının hə-min
dövrdəki bədii təfəkkürü digər müsəlman xalqlarının mədəni
səviyyəsindən heç də geri qalmamış, bir çox millətlərin birgə
səyi nətijəsində meydana gəlmiş ərəbdilli poeziyanın yeni
keyfiyyətlər
kəsb
etməsində,
forma
və
məzmunja
dərinləşməsində, ijtimai və siyasi həyata dərindən nüfuz et-
məsində öz faydasını əsirgəməmişdir. Azərbayjanlı ruhu, azər-
bayjanlı təfəkkürü, azərbayjanlı zövqü ərəbdilli ədəbiyyata
daxil olaraq bu ədəbiyyatın mövzuja genişlənməsinin əsas
amillərindən birinə çevrilmişdir. X-XI əsrlərdə Azər-bayjanda
yaranan ərəbdilli poeziya məhz belə bir zəmin üzərində
yüksələrək, məzmunja daha da müstəqilliyə doğru getmişdir.
Əbul-Həsən əl Baxərzinin «Dumyat əl-qəsr və usrat əhl
əl-əsr» məjmuəsində XI əsr Azərbayjan poeziyasının səkkiz
Azərbaycan ədəbiyyatı məsələləri
19
Azərbayjan şairinə yer verilməsi o dövrdə poeziyamızın çox
zəngin olduğundan xəbər verir. Onların yaradıjılığı haqqın-da
ərəbdilli mənbələrdə öz əksini tapmamasına səbəb onla-rın öz
şəhərləri ilə bağlı olması, ümummüsəlman ədəbiyya-tının geniş
meydanına çıxmaq imkanı olmamasıdır. Başqa bir səbəbin də
siyasi hadisələrlə bağlı olduğunu bildirir: «Belə ki, səljuqların
zəifləməsindən sonra vahid imperiyanın dağılması və bununla
əlaqədar müxtəlif dövlətlərin, ayrı-ayrı əlaqəsiz elm və
mədəniyyət mərkəzlərinin meydana gəl-məsi bir zamanlar çox
möhkəm olan ümummüsəlman mədə-niyyətinin bütövlüyünü,
sıx rabitəsini və vahidliyini aradan qaldırır. Bu da öz
növbəsində
ərəbdilli
ədəbiyyatın
ümumi
ahənginin
pozulmasına, onun ayrı-ayrı ölkələrdə müstəqil inkişafına
gətirib çıxarır. Təbii ki, belə bir şəraitdə təzkirə müəllifləri
bütün şərq aləmini əhatə etmək imkanından məh-rum olurlar».
Bu dövrdə monqol işğalları, ölkədə baş verən siyasi
dərəbəyliklər, müharibələr bir çox sənətkarların əsər-lərinin
məhvinə,
unudulmasına
səbəb
olmuşdur.
Baxərzinin
məjmuəsinin bu jəhətdən misilsiz dəyəri var. Məhz həmin
məjmuədə XI əsrin səkkiz Azərbayjan şairinin adı çəkilir. Bu
məjmuədəki Azərbayjan şairlərinin siyahısı Mənsur Təbrizinin
şeirləri ilə açıldığı söylənir. Baxərzi yazır: «Təbriz əhli
içərisində böyük istedadı ilə məşhurlaşmış, mənaları saf
qızıltək jilalanmışdır. Bu kafiyədə gətirdiyim (parçalar) onun
adı üçün kifayətdir. Bu, Şam diyarında yüksək zövqü oxşayan,
indi də söz xəzinəsinin injisi hesab olunan bir qə-sidədir».
Mənsur Təbrizinin buradakı şeirlərini araşdıran tədqiqatçılar
onun məjmuədəki şeirlərini «nadir poetik ilha-mın, qanadlı
təfəkkürün, vüqarlı mənliyin vəhdətindən yoğ-rulan, bakir
sənətkarlığın əlçatmaz qüdrəti ilə süslənən poe-ziya çələngi,
nəğmələr dünyası» (M. Mahmudov) adlandı-rır. M. Təbrizi
Gülxani Pənah, Salatın Əhmədli
20
poeziyaya yüksək amallarla yanaşırdı, onu ijtimai həyatın bütün
dərinliklərinə nüfuz edən, «həyat nə-fəsli bir qüvvə» bilirdi. XI
əsrin mütəfəkkir şairi doqquz yüz il bundan əvvəl yazırdı:
(Şeir) zəiflərə elə bir qətiyyət verir ki,
Taqətdən düşmüş hər bir kəs belə kəsərli qılınj
hesab olunur.
Bu misraların əsas ideyası müasir ədəbiyyatın qarşısına
qoyulan estetik tələblərlə, ijtimai məzmunla səsləşir. Şeir
xalqın ruhunu, fikrini ifadə etməlidir, şəxsi maddi maraqlara
deyil, böyük amallara xidmət etməlidir. Poetik sənəti-nin
böyük ijtimai təsir qüvvəsinə inanan şair xalqın düş-mənlərini
sarsıtmaq üçün qələmin mübariz güjünü görürdü. Söz, qələm
hər zaman bütün tarixi dövrlərdə mübarizə mey-danında qələbə
çalmış, sözün qüdrətiylə neçə-neçə hökmdar qılınjı endirilmiş,
sözün qüdrəti neçə-neçə qüdrətli hökm-darların güjündən daha
təsirli olmuşdur.
(Qələm) öz uju ilə nə qədər qəddar düşmənləri məhv
etmişdir?
Həm də düşmənin qanını tökməklə yox, öz qanını axıt-
maqla.
Burada şair fikrini obrazlı ifadə edir. Qələmindən və-
rəqlərə tökülən mürəkkəbi onun qanına bənzədir. Qələmin «qa-
nının» nəyə qadir olduğunu metaforik bir dillə ifadə edir.
Mənsur Təbrizinin şeirlərində həm də əsas mövzu məhəbbətdir.
Özünü məhəbbət dünyasının əbədi yolçusu bilən şair, ilahi eşqi
insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun yaradıjılığından
zəmanəmizə az nümunələr gəlib çatsa da, bu azajıq
nümunələrdəki bəşəri məsələlər, onların qoyuluşu, şair
təfəkkürünün zənginliyi Mənsur Təbrizinin dövrünün ərəbdilli
şairləri içərisində qüdrətli bir Azərbayjan şairi ol-duğunu
göstərir. «Dumyat əl qəsr» məjmuəsində adı çəkilən Xətibi
Dostları ilə paylaş: |