Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə60/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   56   57   58   59   60   61   62   63   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
237 
«Müqəddəs  ojaq»,  «İnsaf  nənə»,  «Ömür-lük  jəza»,  «Kişilik 
haqqında  himn»  şeirlər  toplusu    və  nəsr  əsərləri  çap 
olunmuşdur. Tənqidçilər onun  «Vijdan susanda» əsərinin bədii 
uğurlarını xüsusilə qeyd edirlər.  
Əsərləri  keçmiş  SSRİ  və  xariji  ölkə  xalqlarının  dillərinə 
tərjümə olunub. Valentin Rasputinin «Mariyaya pul la-zım idi», 
«Sonunju möhlət» əsərlərini rusjadan dilimizə tərjümə etmişdir. 
Əfqan  Əsgərov  ədəbiyyatımızda  öz  sözü,  öz  səsi  olan 
istedadlı  yazıçıdır.  «Azərbayjan  gənjləri»  qəzetində  şöbə 
müdiri  kimi  (1948-53)  əmək  fəaliyyətinə  başlayan  Əfqan  həm 
nəsr,  həm  dramaturgiya,  həm  də  publisistika  sahəsində 
qələmini  sınayan  istedadlı  yazıçı  kimi  «oricinal,  son  dərəjə 
aktual  problemlərə  meyil  edən,  həmişə  həyatla  ayaqlaşan, 
müasir  ruhlu  sənətkar»  kimi  dəyərləndirilir.    «Gejikmisən», 
«Gözəllik  sorağında»  (hekayələr),  «Sarı  ələk»  (hekayələr  və 
pyes),  «Qartal  əfsanəsi»,  «Gülyanaq»  (roman  və  povest), 
«Həsrət də bir vüsaldır», «Dünya gözəlliyindir», «Bəy İnal» və 
s.  kitabların  müəllifidir.    Onun  «Dağ  seli»,  «Sarı  əljək»,  «Qız 
atası»,  «Gülməyən  adam»  pyesləri    Bakı,  Gənjə,  Sum-qayıt 
dram  teatrlarında  tamaşaya  qoyulmuş,  tamaşaçıların  rəğbətini 
qazanmışdır.  Kitablarında  toplanan  hekayələri,  roman  və 
povestləri,  müxtəlif  ideyalı  maraqlı  sücetlərə  malik  əsərlərdir. 
Həm  müasir,  həm  tarixi,  həm  də  tarixi-əfsanəvi  mövzuda 
qələmə  aldığı  «Qartal  əfsanəsi»,  «Bəy  İnal»  «Gülyanaq», 
«Katib»,  «Şahlar  şahı»  «Məhəbbət ətirli qərənfilim» roman  və 
povestlərində  Əfqan  «xalqımızın  tarixindən,  tarixi-əfsanəvi 
keçmişimizdən, 
müasir 
həyati 
gerçəkliklər-dən, 
gözəl, 
monumental  lövhələr,  epik  bədii  salnamələr  yaratmış» 
sənətkardır. 
İsa  Hüseynov  Azərbayjan  ədəbiyyatının  50-ji    illərdən 
üzübəri  yazıb-yaradan  qüdrətli  yazıçısıdır,  psixoloci  üslubda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
238 
yazan  sənətkarıdır.  Məmməd  Arif  hələ  50-ji  illərdə  onun 
«Yanar  ürək»  povestiylə  bağlı  yazdığı  «Yazıçının  siyasi  möv-
qeyi»  məqaləsində  bu  povestinə  qədər  yazdığı    əsərlərlə  bağlı 
bu  fikirlərini  bildirirdi  ki,  İsa  Hüsenyov  «həyat  hadisələrini 
dərindən  və  təvərrüatı  ilə,  insan  xarakterlərini  isə  daha  çox 
psixoloci  planda  əks  etdirməyə  meyil  edən  yazıçılardandır» 
(Müasir Azərbaycan ədəbiyyatı. II cild. Bakı. 2007). 
İsa  Hüseynovun  ədəbi  tənqiddə  mübahisə    doğuran 
əsərləri  bir  sıra  səbəblərlə  bağlıydı.  İ.Hüseynovun    ömrünün 
böyük  bir  hissəsi  kommunist  ideologiyasının  hökmran  olduğu 
dövrə düşür.  Bu elə  bir dövrdür ki,  sovet adamları kommunist 
ideyaları 
ilə 
silahlandırılırdı, 
onların 
məqsədi, 
amalı 
kommunizm  jəmiyyəti  qurmaq  idi.  Xalqın  bu  jəmiyyətin 
qurulması  uğrundakı  mübarizədə  göstərdiyi  dözüm,  dəyanət, 
mübarizlik,  əldə  etdikləri  nailiyyətlər  o  dövrdə  yaranan 
əsərlərin məzmun və ideyasını tənzimləyirdi. O dövrdə yaranan 
əsərlərin 90%-dən çoxunda bu kommunizm uğrunda mübarizə, 
hər  addımda  köhnəliyə  qələbə  çalan  yeniliyin  təsviri,  sovet 
adamlarının  humanist  duyğuları  ön  planda  verilirdi.  Belə  bir 
dövrdə İsa Hüseynov «Yanar ürək»,  «Doğma və yad adamlar» 
kimi əsərlər  yazdı ki,  kommunist  ideologiyasının  irəli sürdüyü 
problemlərin  əvəzində  İ.Hüseynov  əsərlərində  «fərdi  psixoloci 
təhlil,  bütövlükdə  yazı  tərzində  psixologizm  var  idi:  insanın 
mənəvi-psixoloci  planda  əks  etdirmə,  obrazı  daha  çox  bu 
planda janlandırma üstün idi.  
Bu  xüsusiyyəti  ilə  o,  sosialist  realizmi  prinsiplərinin 
normativliyi  ilə  uyuşmurdu.  Bu  metodun  prinsip  və  nor-
malarından  kənara  çıxırdı.  Tənqidçini  həyəjanlandıran  da  bu 
idi»  (T.  Hüseynoğlu).  Böyük  ədibin  «Tütək  səsi»,  «Saz», 
«Teleqram»  povestləri,  «Məhşər»  tarixi-fəlsəfi  romanı  bu  gün 
də tənqidin baş vura bilmədiyi mövzulardır. Bir sıra tənqidçilər 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
239 
onun  əsərlərində  yazıçı  düşünjəsinin  mahiyyətinə  varmaqda 
çətinlik  çəkir.  Sovet  adamlarının  kommunizm    jəmiyyəti 
qurması 
uğrunda 
apardığı 
«mübarizə», 
qazandıqları 
nailiyyətlər, dünyamiqyaslı «qurujuluq işlərinin təs-viri», sovet 
adamlarının  «mövqeyi»,  jəmiyyət  qurujuluğu  uğrunda  «polad 
kimi  bərkiməkdə»  olan  sovet  adamlarının  əməyinin  təsvir  və 
tərənnümü İ. Hüseynovda yox idi və sosializm realizmi metodu 
ilə  silahlanmış  tənqidçilərimiz  nə  yazıq  ki,  İ.Hüsenyov  kimi 
yetişməkdə  olan  sənətkarın  yaradıjılığındakı  insanı  «mənəvi 
psixoloci  planda  əks  etdir-mə,  obrazı  daha  çox  bu  planda 
janlandırma»  keyfiyyətlərini  sosializm  realizm  «normativliyi» 
ilə  «uyuşmadığından»,  bu  prnsip  və  metodların  çərçivəsindən 
kənar çıxdığından yetə-rinjə qiymətini verə bilmirdilər. Əksinə, 
danlağı  çox  idi.  «Aydın  olur  ki,  sənətdə  psixoloci  təhlilin, 
psixologizmin 
əleyhinə 
olanlar, 
yəni 
bütövlükdə 
İsa 
Hüseynovun 
müdafiə 
etdiyi, 
əsaslandığı 
yaradıjılıq 
prinsiplərinin əleyhinə olanlar, prinsipial sinfilik pərdəsi altında 
«bayağı  sosiologizm»  mövqeyindən  çıxış  etmişlər,  əsl  sənətin, 
böyük  ədəbiyyatın  yaranmasına  böyük  də  əngəl  törətmişlər... 
Zaman  göstərdi  ki,  yazıçı  İsa  Hüseynov  hər  hansı  tənqid  və 
təzyiqə 
baxmayaraq, 
əsərlərində 
hadisəçilikdən, 
əhvalatçılıqdan,  hadisələri  və  əhvalatları  sıralamaq  və 
düzməkdən  daha  çox  hisslərin  bioqrafiyasını  yaratmaqla,  yəni 
dərin  psixoloci  təhlil  ustalığını  artırmaqla,  psixologizmi 
dərinləşdirməklə 
böyük 
ədəbiyyat 
yaradıjılığı 
yoluna 
çıxmışdır». Onun  «Bizim qızlar», «Dan ulduzu», «Tütək səsi», 
«Saz»,  «Teleqram»  povestləri,  «Məhşər»  tarixi  fəlsəfi  romanı, 
«Yanar  ürək»,  məhz  tənqidin  şərhinə  girişmədiyi  «İdeal», 
«Ədəbiyyat»  romanları onun qüdrətli qələm ustalığından xəbər 
verir.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
240 
Ədəbi fəaliyyətə «Anadil oxuyan yerdə» oçerki ilə başla-
yan  sənətkar    sonralar  da  yazdığı  hekayə,  povest,  romanlarla 
yanaşı  ssenarilər  də  yazmışdır.  «26  Bakı  Komissarı», 
«Nəsimi»,  «Ulduzlar  sönmür»  onun  ssenariləri  əsasında 
çəkilmiş filmlərdir. 
Müharibə  dövründəki  Azərbayjan  kəndinin  həyatından 
bəhs edən «Tütək səsi», «Saz» povestləri «Azərbayjan kəndinin 
dərdi, kədəri, bu dərd və kədərin doğurduğu ah, nalədir». Onlar 
müharibə  ojaqlarından  uzaqlarda  olsalar  da,  müharibə  hər  bir 
evi  öz  ağır  pənjəsi  ilə  əzir.  Ərlər,  ata-lar,  oğullar  düşmən 
tapdağı  altında,  dəhşətli  bombaların  partladığı,  hər  an  hər  evə 
göndərilən  qara  kağızların  gətirdiyi  dəhşətli  ağrı,  ajı  və 
fəlakətlərlə dolu odlu-alovlu  səngərlərdədir.  Bu dəhşət,  fəlakət 
bir evdə deyil, bütün evlərdə, bü-tün ölkədə hökm sürür. Xalqın 
qəlbində  dərdlə  qarışıq  bir  nifrət  də  vardır  ki,  bu  müharibə 
törədənlərədir:  «Dərd  qarışıq  bu  qəzəb  və  nifrət  xalqın 
sinəsindən tütək səsi, saz sədaları ilə qarışıq çıxır». İlk əvvəllər 
İsa  Hüseynov,  sonrakı  əsərlərində  İsa  Muğanna  kimi 
tanıdığımız  sənətkarın  sənət  dünyasının  zənginliyi  və  genişliyi 
diqqətdən  yayınmır.  «Elə  bir  sənət  dünyası  ki,  məhvərində 
insan  fenomeni  dayanıb,  yazıçının    ilhamının  və  istedadının 
bütün  güjü  insan  sirrini  açmağa    həsr  edilib;  bədii  nəsrinin 
ritmi,  bütün  ifadə  vasitələri,  bütövlükdə dil  yaradıjılığı-hər şey 
məhz  insanı  özünə  qayıtmağa,  özünə  baxmağa,  özünü  dərk 
etməyə  gətirib  çıxarır,  özünü  dərk  etmiş  İnsanın  böyüklüyünü 
göstərir». (T.Hüseynoğlu). 
Böyük  sənətkar,  gözəl  pedaqoq,  alim,  İsmayıl  Şıxlı 
Azərbayjan  ədəbiyyatının  inkişafında  böyük  xidmətləri  olan 
sənətkarlarımızdan  biridir.  Böyük  Vətən  müharibəsi  illərində 
Qafqazdan Almaniyaya qədər  uzun bir döyüş yolu keçən yazıçı 
ədəbiyyata  şeirlə  gəlsə  də,  nəsr  sahəsində  böyük  uğurlar 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə