Günay Məmmədova naxçivan musiQİ



Yüklə 12,72 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix01.07.2018
ölçüsü12,72 Mb.
#52894
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

regional  formada,  yəni  müəyyən  qonşu  ölkələrini  əhatə 
edir,  eyni  zamanda  o  daha  geniş  şəkildə  bir  neçə  ölkələrin 
qruplarını  birləşdirə  bilər»  (120,  s.27).  Verilən  izahdan 
aydın  olur  ki,  həm  etnik  mədəniyyətə  görə,  həm  də  eyni 
folklor  ənənələrinə  sahib  olan  azəbaycanlılarm,  müxtəlif 
ərazilərdə  yaşamasına  baxmayaraq  Azərbaycanın  Qərb 
regionunun  folklor  ənənələrini  yaşatması  real  fakta 
söykənir.
Naxçıvanın  musiqi  folklorunda  mövcud  olan  xalq 
mahnıları,  adətən  regional  xüsusiyyətlərdən  irəli  gələn 
müəyyən  qrup  musiqi  alətlərinin  icrası  ilə  bağlı  olmuşdur. 
Naxçıvan  fokloru  üçün  səciyyəvi  olan  instrumental 
alətlərdən  tulum,  balaban,  zurna,  dohul,  kus,  dəf,  saz və  b. 
alətlər,  eyni  zamanda  İran  və  Türkiyənin  Ərzurum,  İğdır, 
Ərzincan,  Qars  bölgələrinin  instrumental  alətlər  qrupu  ilə 
eynilik təşkil edir. Azərbaycan folklorunda mahnı haqqında 
yazan  P.Əfəndiyev  qeyd  edir  ki,  «Mahnı  xalqın  qəlibidir. 
Mahnı  xalqın  mənəviyyatı,  daxili  aləmi,  fikri,  hissi, 
düşüncələri,  iztirabları,  sevinc  və  kədəridir,  mahnı  xalqın 
özüdür».  Bir  növ  bu  fikri  davam  etdirən  professor  M. 
Cəfərli  yazır  ki,  «Mahnı  (xalq  mahnıları-G.M.)  xalqın  kol­
lektiv  yaradıcılığıdır.  Onun  yaranması,  yaşaması  və  bütün 
taleyi  folklor  mətninin  qanunauyğunluqlarını  özündə  əks 
etdirir.  Bu  baxımdan,  Naxçıvan  folklor  mühitində  mövcud 
olan  mahnılar  bu  regionun  folklor  «ab-havasmm» 
özünəməxsusluqlarını özündə daşıyır»  (28, s.23, 25).
Naxçıvanın  folklor  mühitinə  aid  çoxsaylı  məişət- 
mərasim  mahnılarının  təhlili  göstərir  ki,  onların  poetik-


semantik  xüsusiyyətləri  mətnin  məzmunundan  irəli 
gəldiyi  üçün  hər  bir  mahnının  məişətdə  öz  yeri,  məqamı 
vardır.  Məişət-mərasim  mahnıları  əsasən  lirik,  məhəbbət 
mövzularında  olsa  da  onların  arasında  bir  sıra  hallarda 
qəhrəmanlıq  motivi  əsasında  formalaşmış  nəğmələr  də 
vardır.
Naxçıvanın  folklor  mühitinə  aid  xalq  mahnılarının 
poetik-semantik  strukturu  onların  janr  xüsusiyyətlərinin 
formalaşmasına  da  öz təsirini göstərmişdir.  Dialoq şəklində 
qurulan  mahnılar,  yallıbaşı  mahnı-rəqs  nümunələri, 
tulumun  müşayiəti  ilə  ifa  edilən  mahnı-rəqslər  regionun 
spesifik  xüsusiyyətlərini,  kütləvilik  xassələrini  özündə 
ehtiva  etdiyinə  görə  Naxçıvan  folklor  mühitinə  aid  xalq 
mahnıları  forma,  məzmun,  struktur  quruluşuna  görə  digər 
bölgələrin  eyni  tip  musiqi  nümunələrindən  fərqlənir.  Ona 
görə də bölgənin xalq mahnılarının nəzəri təhlilini verərkən 
onların  poetik-semantik  çalarlarmı  xüsusi  olaraq  nəzərə 
almaq  lazımdır.  Deyilən  faktlar  Naxçıvan  bölgəsinin  çox 
zəngin  mədəni  irsini  təmsil  edən  folklor  musiqi  nü­
munələrinin  janr  səciyyəsinin  müxtəlifliyini,  özünəməxsus 
xüsusiyyətlərini qabarıq şəkildə üzə çıxarmış olur.


II FƏSİL
BÖLGƏNİN MUSİQİ FOLKLORUNUN NƏZƏRİ
ƏSASLARI
Azərbaycan xalq musiqisinin  əsaslarının  öyrənilməsi 
Azərbaycan  musiqi  sənətinin  daha  artıq  yüksəlişi  üçün  çox 
əhəmiyyətli  olmaqla  bərabər,  sovet  musiqişünaslığı  sa­
həsindəki  elmi-tədqiqat  və  musiqi  nəzəriyyəsi  işlərinin  də 
mühüm  bir  cəhətidir  (43,  s.ll).  Başqa  folklor  nümunələri 
kimi  musiqi  folkloru  nümunələri  də  qədim  irsə,  adət- 
ənənələrə  aid  materialları  yaddaşlarda  hifz  edə-edə  musiqi 
dili  ilə  günümüzə  qədər  gətirib  çıxarmışdır.  Musiqi  janr­
larının  1  ad  məkanının  öyrənilməsi  onlarm  bədii-ifadə  və 
intonasiya  xüsusiyyətlərinin  ortaya  çıxarılmasına  geniş 
imkan verir. Məhz janrın stabilliyi onun vasitəsi ilə yaradıcı 
sənətkann  (ifaçı-G.M.)  və  dövrün  nişanələrini bədii  metod­
larda  və  üslublarda  fərqlərini,  tarixi  proseslərin  gedişini, 
ənənənin  və  novatorluğun  ardıcıllıq  yolu  ilə  keçməsini 
daha  aydın  görməyə  imkan  verir  (130,  s.31).  Deyilən  fikrin 
Azərbaycan  xalq  musiqisinin  tarixi  inkişaf  prosesində 
inikasını aşağıdakı sətirlərdən daha aydın görə bilərik.
«Azərbaycan  və  qədim  türk  xalqlarının  xalq  mahnı 
janrları  ən  qədim  zamanlardan  poetik  mətn  üzərində 
qurulduğu  üçün  şeirlərin məzmunu,  metrik  ölçüləri,  vəzni, 
yaradılan  mahnıların  janr  xüsusiyyətlərinin,  formasının  və 
bir sıra hallarda lad-intonasiya cəhətlərinin formalaşmasına 
təsir etmişdir.  Xalq mahnılarının  nəzəri  təhlilləri  onu  sübut


edir  ki,  məişətdə  işlədilən  mahnıların  formayaradıcı  amil­
ləri  bu  mahnıların  yaranma  mühiti,  dövrü  ilə  sıx  bağlı 
olmuşdur.  Adətən  kənd  mühitində,  əmək  prosesində  ya­
radılmış  folklor  mahnılarının  mətnləri  görülən  işin  mahiy­
yəti,  məzmunu ilə əlaqədar idi.  Heyvandarlıqla, əkinçiliklə, 
mövsüm və  mərasimlərlə bağlı yaranmış mahnıların hamısı 
məzmunca  görülən  işi  vəsf  etmiş  və  əmək  prosesinin  yün- 
gülləşdirilməsinə həsr olunmuşdur...  Bu  da onu  göstərir ki, 
ədəbi  irsimizin  müxtəlif  janrları  əsasında  yaradılan  xalq 
mahnıları,  aşıq havaları  forma və məzmun xüsusiyyətlərinə 
görə çoxcəhətli və rəngarəngdir»  ( 52, s.494-495).
Folklor  musiqisinin,  o  cümlədən  peşəkar  musiqi 
nümunələrinin  melodik  dil  və  onların  hansı  mədəniyyətə 
aid  olması  xüsusiyyətlərinin  öyrənilməsində  lad-intonasi- 
yanın araşdırılması milli, yerli ənənəyə malik cəhətlərin üzə 
çıxarılmasında  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  məsələyə 
diqqət  yetirən  L.A.  Mazel  yazır  ki,  «Melodiyanı  təhlil 
edərkən onun lad  tərəfinə  diqqət yetirmək bir çox  cəhətdən 
əhəmiyyətlidir.  Birincisi,  lad  tərəfi  ilə  əksər  hallarda  melo­
diyanın  milli  özünəməxsusluq  əlamətləri  bağlıdır»  -  deyən 
müəllif  sonradan  göstərir  ki,  «eyni  lada  müxtəlif  xalqların 
musiqisində  təsadüf  oluna  bilər.  Buna  görə  də  milli 
özünəməxsusluq  əlamətləri  lad  dairəsində  təkcə  ladm  səs 
qatarlarında  və  onun  səslərinin  əsas  funksiyalarmda  deyil, 
həm də səciyyəvi lad dönmələrində təzahür edir»  (63, s.67).
Musiqi  materiallarında  lad-intonasiyalarm  incələn- 
məsi  yerli  folklorun  ənənədən  irəli  gələn  bir  sıra  xüsusiy­
yətlərini  də  üzə  çıxardığı  üçün  Naxçıvanm  folklor


Yüklə 12,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə