Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə15/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   11   12   13   14   15   16   17   18   ...   402

 

32 


Platona görə müharibə dünyanı ədalətliləşdirmək vasitələrindən biri idi. 

Bundan da daha çox deyilsə, Makedoniyalı İsgəndər, əslində, Platonun 

utopiyasını  gerçəkləşdirirdi.  Platonun  utopik  nəzəriyyəsi  onun 

ölümündən sonra olmuş  olsa da, siyasi reallığa çevrilməyə  başlamışdı. 

Əlbəttə ki, həm də zorakılıq və müharibə yolu ilə. 

Doğrudur,  pasifist  və  demokratik  hakimiyyəti  Aristotel 

aşkaranə  bir  surətdə  vəsf  etmirdi,  o  daha  çox  siyasəti, necə  deyərlər, 

siyasi hakimiyyəti  vəsf  edirdi.  Aristotel  siyasi  məntiqi təxminən  belə 

idi:  “Hər  bir  canlı  varlıqda  despotik  hakimiyyəti,  yəni  ağanın  qul 

üzərində  hökmranlığına  bənzər  hakimiyyəti  və  siyasi  hakimiyyəti, 

yəni  dövlət  xadiminin  vətəndaş  üzərindəki  nüfuzuna  bənzər 

hakimiyyəti  görmək  olar.  Əgər  ruh  bədən  üzərində  despotik 

hökmranlıqla  hakimiyyət  sürürsə,  zəka  bütün  meyllərimiz  üzərində 

siyasi  hakimiyyətə  malikdir.  İnsan  isə  –  siyasi  varlıqdır.  Biz  insan 

təbiətinə  ən  yaxşı  uyğun  gələn  siyasi  təsisat  formasını  axtarıb  tapa 

bilməliyik”. 

Aristotel belə bir siyasi formanı tam əminliklə, əlbəttə ki, tapa 

bilməmişdi.  O,  ən  müxtəlif  siyasi  formaları  yorulmadan  müqayisə 

edirdi. 

Onun  daxili  meyli  isə  hər  halda  xalqı  hakimiyyətin  şəriklisi 

etməkdən  ibarət  idi.  Bəs,  Aristotel  nədən  demokratiyanın  aşkar 

müdafiəçisi  və  ya  ən  azı  aşkar  tərəfdarı  deyildi?  Bu,  necə  baş 

vermişdi? 

Görünür, 

demokratizmin 

fəlsəfi 


əsaslarının 

müəyyənləşdirilməsindən  ötrü  determinist  fəlsəfi  üslubun  digər 

qaynaqlarının  da  xatırlanması  lazım  gəlir.  Bununla  bağlı  olaraq 

determinist  fəlsəfi  üslubun  başqa  bir  nümayəndəsini,-  Demokriti  bir 

daha xatırlayaq. 

Demokrit  tacir  mənşəli  idi  və  özünün  determinist  instinkti 

rasionallaşdıran  fəlsəfəsində  azad  tacir  mövqeyində  duraraq  aktiv 

determinizm nəzəriyyəsini yaratmışdı. 

Aristotel  isə  məmur  mənşəli  idi  və  bu  səbəbdən  də  passiv 

determinizmin 

daşıyıcısı  olan  məmurun  həyati  meyllərini 

rasionallaşdıra bilən bir fəlsəfə yaratmışdı. 

Aristotel bir çox determinist elmləri yaratdı. Bununla yanaşı, o, 

determinizm  prinsipinin  müxtəlif  sahələrə,  sadəcə  olaraq,  tətbiqçisi 

olmadı,  bundan  daha  irəli  getdi,  determinist  təfəkkür  məntiqinin 

yuxarıda  deyildiyi  kimi  banisi  oldu.  Passiv-determinist  məntiq 

Aristoteldə  analitika,  aktiv-determinist  məntiq  isə  -  dialektika  və 

sofistika  adlandırıldı.  Aristotel  güman  edir  ki,  əgər  dialektika 

doğruluğu  ehtimal  olunan  müqəddəm  şərtlərdən  çıxış  edərək 

doğruluğu ehtimal olunan təsəvvürlərə gətirib çıxarırsa, sofistika səhv 



 

33 


müqəddəm şərtlərə istinad edərək gerçəkliyə uyğun gəlməyən bilikləri 

yaradır.  Aristotelin  özü  passiv-determinist  olmaqla,  əlbəttə  ki, 

analitikanı  mütləqləşdirməli  idi.  Aristotel  bəyan  edir  ki,  analitika 

dialektikanın və sofistikanın hər ikisindən fərqli olaraq öz nəticələrini 

həqiqi biliyə əsaslanaraq əldə edir və buna görə də həqiqətə nail olur. 

Aristotelin analitikası həqiqi biliyin mənbəyini kənarda axtarır. 

Bu da ondan irəli gəlir ki, m

əmur icraçı olmaqla azad deyildir, kölədir. 

O,  ürəyindən  keçənləri  yerinə  yetirmir,  rəhbərlik  tərəfindən  ona 

verilən göstərişləri və qanun tərəfindən onun üçün müəyyənləşdirilmiş 

öhtəlikləri yerinə yetirir. 

Aristotel  genetik  olaraq  mənimsədiyi  məmur instinktini nəinki 

bütün  insanlara,  hətta  bütün  canlı  aləmə  şamil  edir.  Bu  baxımdan 

Aristotelin  səbəb-nəticə  münasibətlərinə  verdiyi  səciyyə  diqqəti  son 

dərəcə  cəlb  edir:  «Biz həmişə  canlı  vücudda  onunla  bağlı hadisələrin 

hərəkətini  müşahidə  edirik.  Bu  hərəkətin  səbəbini  isə  canlı  varlığın 

özündə yox, mühitdə axtarmaq daha düzgün olar... Bədəndə müşahidə 

olunan  çoxlu  hərəkətlər  ətraf  mühitin  təsirləri  altında  baş  verir.  Bu 

təsirlərdən  bəziləri  təfəkkürü  və  arzunu  hərəkətə  gətirir,  bəziləri  isə 

heyvanlarda olduğu kimi canlıların bütövlükdə hərəkətinə səbəb olur». 

Aristotel  passiv  determinizm  prinsipini  yalnız  canlı  varlıqlara  aid 

etməklə kifayətlənmir, «Əgər bu, canlı varlıq üçün mümkündürsə, bəs 

niyə bütün Kainata aid edilməsin?

9

» - sualını verir. 



Bu  məntiqi  mülahizələri  real  hadisələr  zəminində  nəzərdən 

keçirək.


 

Aristotelin  azad  və  müstəqil  olmaması,  hətta  onun  son 

günlərində  də  özünü  göstərdi.  Makedoniyalı  İsgəndərin  ölümündən 

sonra  Aristotel  üzərində  bilavasitə  qayğı  və  himayiə  kəsildi.  Heç 

dövlət  də  ona  elə  bir  qayğı  göstərmədi.  Əksinə  anti-Makedoniya 

əhvali-ruhiyyəsi  gücləndiyi  üçün,  ona  qarşı  bir  qədər  təzyiqlər  də 

oldu. Dövlətin qayğısına və təhlükəsizlik şəraitində yaşamağa öyrənən 

Aristotel  belə  bir  münasibətdən  çaşqınlıq  və  sarsıntı  keçirdi  və  elə 

çaşqınlıq və sarsıntı içərisində dünyadan köçdü. 

Amma  qədim  Yunanıstan  Aristoteli  itirdikdən  sonra  qədim 

yunan  fəlsəfəsi  də  öz  yaradıcı  xarakterini  müəyyən  mənada  itirdi,  o, 

Sokrat,  Platon  və  Aristotel  səviyyəsində  şöhrət  sahibi  olan filosofları 

bir daha vermədi. 

Ellinizm dövrü, yəni Makedoniyalı İsgəndərin ölümü ilə qədim 

yunan  dünyasının  Roma  tərəfindən  işğalı  arasındakı  dövr  üçün 

xarakterik  olan  fəlsəfi  cərəyanlar  əsasən  artıq  mövcud  olan  fəlsəfi 

ideyaların  bu  və  ya  digər  dərəcədə  emalı  ilə  məşğul  olurdular.  Bu, 

                                                



9

 

Аристотель. Физика. – Соч. т. 3. М., 1981, с. 226. 

 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə