Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə5/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   2   3   4   5   6   7   8   9   ...   402

 

12 


başlanğıcı  kimi  anlama  isə  transsendental  istiqamətin  sonrakı 

inkişafında baş verəcəkdir. 

Ksenofan  özünün  Vahid  Tanrı  haqqındakı  təlimini  şüurlu 

olaraq mifə qarşı yönəltmişdi. Əslində isə, bu təlim mifdən daha çox, 

deterministik 

materializmə 

müxalif  idi.  Ksenofan  Tanrının 

substansiallığını  qəbul  edərkən,  əslində,  maddiliyin  ilkinliyini  inkar 

edirdi. 

Həqiqi  və  mütləq  varlıq  statusunun  maddi  dünyayamı,  yoxsa 

Vahid  Tanrıyamı  mənsubluğunu  müəyyənləşdirmək  ehtiyacı  varlıq 

probleminin özünü diqqət mərkəzinə gətirdi. Bu problemin ilkin həlli 

isə  Parmenidin  Təbiət  haqqında  adlanan  fəlsəfi  əsərində  verilir. 

Burada varlığın əlamətləri kimi aşağıdakılar qeyd olunur: 

a)

 



Həqiqi  varlıq  yaranmamışdır  və  yaradılmamışdır.  (Həqiqi 

varlığın  yaranma  imkanını  ona  görə  güman  etmək  olmaz  ki, 

yoxluğun  özü mümkün  deyildir.  Həqiqi  varlıq,  buna  görə  də,  ya 

həmişə  mövcuddur,  ya  da  heç  vaxt  mövcud  olmamışdır  və 

mövcud olmayacaqdır); 

b)

 



Həqiqi varlıq məhvə düçar deyildir; 

c)

 



Həqiqi varlıq bütövdür; 

d)

 



Həqiqi varlıq eynicinslidir; 

e)

 



Həqiqi varlıq hərəkətsizdir; 

f)

 



Həqiqi varlıq tamamlanmışdır, kamildir. 

Göründüyü  kimi,  bu  siyahıda  həqiqi  varlığın  meyarları 

içərisində  onun  insan  hisslərinə  yatımlılıq  əlaməti  yoxdur.  Həmin 

əlamət  isə  materializmdə  və  determinizmdə  var  olmanın  başlıca 

meyarıdır.  Diqqət  yetirilsə,  asanlıqla  görmək  olar  ki,  bu  meyarlar 

Ksenofanın  təqdim  etdiyi  Vahid  Tanrının  əlamətləridir.  Ksenofanla 

dövrün  demək  olar  ki,  hakim  materialist  dünyaduyumu  arasındakı 

uyğunsuzluğu Parmenid Ksenofanın xeyrinə həll edir: Bizi əhatə edən 

predmet  və  hadisələr  illüziordur  və  insanlar  öz  təsəvvürlərini  bu 

illüziyalar üzərində qururlar. 

Parmenid  fani  insanların malik  olduqları  təsəvvürlərə qarşı əsl 

həqiqəti  qoyur:  Əsl  həqiqət  həqiqi  varlığı  ifadə  edir,  təfəkkür  yalnız 

varlığı  düşünə  bilər,  var  olmayan  heç  nə  təfəkkürün  predmeti  ola 

bilməz və buna görə də təfəkkür öz predmeti ilə eyniyyət təşkil edir. 

Parmenidin təfəkkürlə eyniləşdirdiyi həqiqi varlıq ideyası uzun 

müddət şübhə ilə qarşılandı və çoxları üçün sirr olaraq qaldı. 

Parmenid 

transsendental 

dünyaduyumunun 

fəlsəfi 

əsaslandırılması ilə qayğılandığı bir dövrdə qədim yunan fəlsəfəsinin 

üçüncü istiqaməti – kosmosentrik istiqaməti formalaşır. 

Əgər  şəhərli  utilitarizminin  rasionallaşdırılması  zərurəti  antik 

fəlsəfənin  determinist  istiqamətini  formalaşdırdısa,  əgər  cəngavər 



 

13 


mənşəli  olmayan  və  eyni  zamanda,  şəhərli  utilitarizmini  də  qəlbən 

qəbul 


etməyən, 

əsasən,  aborigen  mənşəli  olan  insanların 

dünyaduyumları 

transsendental 

istiqamətdə 

mənalandırıldısa, 

deterministik  şəhərli  ruhunun  hökmranlığına  qarşı  aristokratik 

reaksiya qədim yunan fəlsəfəsinin kosmosentrik istiqamətini doğurdu. 

Bu  istiqamətinin  başlanğıcını  qoyan  Heraklit  iddia  edirdi  ki, 

cəmiyyətin  aristokratik  idarə  olunma  prinsipinin  demokratik  idarə 

olunma prinsipi ilə əvəzlənməsi dayandırılmalıdır. Əksəriyyətin siyasi 

hüquqlarını  tanıyan  demokratizm  prinsipini  qeyri-təbii  hesab  edən 

Heraklit  inamla  vurğulayırdı  ki,  insanlar  dəyərsiz  çoxluğun  iradəsinə 

deyil, dəyərli azlığın iradəsinə tabe olmalıdırlar. 

Heraklitlə kütlə arasında bir anlaşılmazlıq vardı və Heraklit özü 

ilə  kütlə  arasındakı  bu  anlaşılmazlığın  kökünü  kütlədə  ilahi  fəhmin 

olmamasında  görürdü.  Kütlənin  transsendent  olaraq  qəbul etdiyini  o, 

immanent olaraq duyurdu. 

Heraklit  dünyanın  mahiyyəti  olaraq  hər  şeydən  öncə  Dünya 

Zəkasını  -  loqosu  –  qəbul  edirdi.  Heraklit  düşünürdü  ki,  loqos  real 

olaraq  mövcud  olsa  da,  adamların  əksəriyyəti  üçün  anlaşılmazdır. 

Loqos  ümumidir,  zəruridir  və  əbədidir.  Bütün  kainatı  saran  Dünya 

zəkasıdır, Dünyanın məntiqi zəminidir. 

Heraklitin loqos anlayışı ilə qədim Çin fəlsəfəsinin dao anlayışı 

arasında müəyyən paralel aparmaq  mümkündür.  Heraklit  fəlsəfəsinin 

başlanğıcını təşkil edən loqos anlayışı qədim çinlilərin dao anlayışına 

bir  məqamda  son  dərəcə  yaxındır.  Dao  anlayışı  vasitəsi  ilə  də, 

həmçinin dünyanın hamı tərəfindən qavranıla bilməyən məntiqiliyi və 

nizamlılığı ifadə olunur. 

Heraklit  fəlsəfəsində  subyektiv  amil  son  dərəcə  mühüm 

əhəmiyyət kəsb edir. Bununla bağlı iki xarakterik nümunəni göstərək: 

“Dəniz  suyu  həm  ən  təmiz  və həm  ən  çirkin  sudur,  balıqlar  üçün  o, 

içməyə  yarayır,  onlara  can  verir,  insanlar  üçün  isə  içməyə  yaramır, 

zərərdir  ”və  “ikinci  nümunə:  meymunların  ən  gözəli  insan  nəsli  ilə 

müqayisədə eybəcərdir”.  

İnsan  Dünya  Zəkasını  öz  içərisində  dərk  etməyə  nail  olduğu 

zaman o, dünyanı da gözəl quruluşlu, gözəl harmoniya kimi qavrayır. 

Amma  dünyanın  belə  estetik  qavramı  ilə  real  dünya  qavramı 

arasında, əlbəttə  ki, ziddiyyət  də mövcuddur.  Dünyaya  yalnız  estetik 

qavram  bucağı altında  yanaşıldıqda  belə  bir nəticəyə  gəlmək  olur  ki, 

«şairlərin  söylədikləri  səthi  mühakimələr  göstərir  ki,  onlar  əslində 

cəhalət  içərisindədirlər».  Lakin  şairlərin  gözəl  dünya  barədə 

söylədikləri  bəzən  gerçəkləşə  də  bilir.  Heraklit:  «Ayrılanlar 

qovuşurlar, müxtəlifliklərdən gözəl bir harmoniya yaranır», - deyirdi. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə