Yığışdırma-yuma işlərinin illik iş həcmi
Ty-y – avtomobilin il ərzində stansiyaya gəlmələrinin sayı (d) və işlərin orta əmək tutumu (ty-y) ilə təyin edilir.
Ty-y = NTXS ∙ d ∙ ty-y .
Mexanikləşdirilmiş yumada bir gəlmənin orta əmək tutumu ty-y=0,25 ad-s.və əl ilə yumada isə ty-y=0,50 ad-s. qəbul edilir.
Əgər TXS-də avtomobillərin satışı da nəzərdə tutulursa, onda ümumi iş həcminin üzərinə satışqabağı işlərin də iş həcmi əlavə edilir.
Satışqabağı hazırlıq işlərinin illik iş həcmi il ərzində satılan avtomobillərin sayı Ns (layihə tapşırığında əlavə göstərilir) və bir avtomobilin sarışqabağı hazırlıq işlərinin əmək tutumu (tsq) ilə təyin edilir.
Tsq = Ns ∙ tsq , ad.-saat.
Bir avtomobilin satışqabağı hazırlıq işlərinin əmək tutumu tsq = 3,5 ad.-saat təşkil edir.
Hər bir istehsal sahəsinin proqramını təyin etmək üçün texniki xidmət və təmir üzrə illik iş həcmi işlərin növünə və icra olunma yerinə görə (postlarda və istehsal şöbələrində) paylanır.
Şəhər tipli TXS-də iş həcminin paylanması stansiyanın gücündən asılı olarq cədvəl 9.3-də verilmişdir.
Dostları ilə paylaş: |