H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə5/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   240

sərvətlər  sisteminin, informasiyanın daxili tənqid süzgəcindən keçirmədən, kor-  koranə 

qəbul edilməsi daim səhvlərə gətirib çıxarır. Buna görə də şübhə hər bir dünyagörüşünün 

zəruri  momentini  təşkil  edir.  O,  fanatizmin  və  doqmatizmin  əleyhinədir.  Əlbəttə, 

dünyagörüşündə  şübhəyə  yer  vermək,  ifrata  varmaq,  yəni  hər  şeyə  ancaq  şübhə  ilə 

yanaşmaq demək deyildir. 

Yuxarıda deyilənlər'sübut edir ki, dünyagörüşü son dərəcə mürəkkəb hadisə 

olub,  özündə  bilik  və  sərvətlərin,  intellektual  və  emosional  tərəflərin,  əqidə  və 

inamın, şübhənin vəhdətini birləşdirir. 

Fəlsəfi dünyagörüşünün yaranması birdən-birə baş verməmiş, uzun bir tarixi dövr 

keçmişdir. Bu dövrdə, yəni fəlsəfə yaranana qədər insanların dünyagörüşünün mifologiya 

və din formaları əsas yeri tutmuşdur. 

İctimai  inkişafın  erkən  çağlarında  yaranmış  miflər  ibtidai  və  bəsit  fomnada 

dünyanı  izah  etmişlər.  Miflər,  demək  olar  ki,  dünyanın  bütün  xalqlarının  mənəvi 

həyatında  özünə  yer  tutmuşdur.  O,  fəlsəfəyəqədərki  dünyagörüşü  tipi  kimi  geniş 



yayılmışdır.  Qədim  əsatirlərdə  hər  bir  xalq  öz  fantastik  aləmini  ifadə  etmiş,  müxtəlif 

allahların və qəhrəmanların surətini yaratmaqla dünya, onun yaranması, quruluşu, təbiət 

hadisələrinin  meydana  gəlməsi  və  dünyada  ümumi  harmoniya  haqqında suallara  cavab 

verməyə çalışmışdır. Miflərdə göstərilirdi ki, dünyanın yaranması əvvəllər mövcud olmuş 

qarmaqarışıqlığın  nizama  salınması,  xaosun  kosmosa  çevrilməsi,  xeyir  qüvvələrin  şər 

qüvvələrlə, şeytan əməlləri ilə mübarizədə qələbəsi sayəsində mümkün olmuşdur. İnsanın 

doğulması, həyatı və ölümü, onun həyatda keçirdiyi əzablar və sınaqlar da miflərdə böyük 

yer tuturdu. Burada insanlar tərəfindən odun əldə edilməsi, sənətkarlığın və əkinçiliyin 

yaradılması,  digər  adət  və  ənənələr  də  öz  əksini  tapmışdır.  Mənəvi  mədəniyyətin  ilkin 

forması olan miflərdə həm də bəşəriyyətin gələcəyinə aid məsələlər irəli sürülürdü. Belə 

ki,  esxatolik  (gələcək  deməkdir)  miflərdə  dünyanın  məhv  olacağı  və  bəzi  hallarda  isə 

yenidən bərpa olacağı göstərilirdi. 



Mifoloji  şüurun  səciyyəvi  cəhətini  onun  vahid,  bütöv  və  sinkretik 

(parçalanmamış) xarakter daşıması təşkil edir. Burada biliklərin rüşeymiəri, siyasi və 

dini etiqadlar, müxtəlif incəsənət sahələri və fəlsəfə birgə çıxış edirdi. Miflərdə təbiət və 

cəmiyyət hadisələri bir-birilə yaxınlaşdırılır, insana xas olan keyfiyyət və əlamətlər çox 

vaxt ətraf aləmə, kosmosa və təbiət qüvvələrinə şamil edilirdi. Müxtəlif xalqların poetik 

məharəti və həyati müdrikliyinin ifadəsi olan miflərdə dünya və insan haqqında fikir və 

emosiyalar, bilik və bədii obrazlar, ideal olanla maddi olan hələ bir-birindən qəti surətdə 

ayrılmamış təsəvvür olunurdu. Mifoloji şüurda fikirlər konkret emosional, poetik obrazlar 

və şişirdilmiş bənzətmələr (metaforalar) vasitəsilə ifadə edilirdi. 

Qədim  insanların  dünyabaxışı  kimi  miflər  çox  mühüm  funksiyalar  yerinə 

yetirirdi.  Hər  şeydən  əvvəl,  bu  və  ya  digər  xalqın  keçmişi  ilə  onun  hazırda  yaşadığı 



dövrü və gələcəyinin əlaqələndirilməsi,  bir-birini əvəz edən insan nəsillərinin mənəvi 

əlaqələri  miflər  vasitəsilə  həyata  keçirilirdi.  Bundan  başqa,  mövcud  cəmiyyətdə 



sərvətlər  oriyentasiyası  sisteminin,  davranış  qaydaları  və  normalarının,  adət  və 

ənənələrin qorunub saxlanmasında da onların xidməti 

11 



böyükdür. Nağıl, əfsanə və eposlarda təcəssüm olunan mifoloji obrazlar xalqın mənəvi 

mədəniyyətinin, ədəbiyyat və incəsənətinin ayrılmaz tərkib hissəsi və ilk beşiyi olmuşdur. 

Tarixi inkişafın sonraki gedişi nəticəsində miflər ictimai şüur tipi kimi həyatdan 

silinib  getmişdir.  Mifoloji  şüurda  ifadə  olunan  dünyagörüşü  məsələləri  (dünyanın 

yaranması, insanın burada yeri, hə\ atın və ölümün sirləri və s.) sonra- lar din və fəlsəfə 

tərəfindən  (əlbəttə,  bir-birindən  fərqli  şəkildə)  davam  etdirilmişdir.  Bu  məsələləri  izah 

edərkən  din  fövqəltəbii  ilahi  qüvvələrə,  allah  ideya-  sma,  axirət  dünyasının 

mövcudluğuna  arxalanır.  Dini  dünyagörüşü  dünyanı  iki-  ləşdirir:  yer  üzərində 

yaşadığımız müvəqqəti həyat və axirət dünyası, əsl dünya.  Din iddia edir ki, insanın 

duyğu  və  hissləri  yalnız  bu  dünyanı  mənimisəməyə  qadirdir.  Əsl  dünyanın,  axirət 

dünyasının sirləri isə insana müyəssər deyildir. 

Dini şüurda, dünyagörüşündə etiqad məsələsi çox mühüm yer tutur. Etiqadın 

ifadə  formalarını  pərəstiş,  müxtəlif  ehkamların,  ayin  və  mərasimlərin  yerinə 



yetirilməsi təşkil edir. Dini təsəvvürlər və etiqadlar tarixi inkişafın məhsuludur. Hazırda 

mövcud  olan  dünya  dinləri  -  xristianlıq,  islam  və  buddizm  müxtəlif  ölkələrdə  geniş 

yayılmışdır,  yüz  milyonlarla  dindarları  birləşdirir.  Bu  faktın  özü  sübut  edir  ki,  dini 

dünyagörüşünün  təbiət  və  mahiyyətinin  izah  edilməsində  bəsitliyə  və  birtərəfliliyə  yol 

vennək doğru deyildir. Hərçənd son dövrlərə qədər fəlsəfi və ateist ədəbiyyatda din dünya 

və  insan  haqqında  avam  təsəvvürlər  sistemi  kimi  qiymətləndirilirdi.  Əslində  dini 

dünyagörüşü mürəkkəb təbiətə malikdir və onu diqqətlə araşdırmaq tələb olunur. Belə ki, 

dini  şüur  xalqın  mənəvi  mədəniyyətinin  tərkib  hissəsi,  ideologiya  forması  kimi  əsrlər 

boyu  mövcud  olmuş  və  müəjqı^ən  sosial  funksiyalar  yerinə  yetirmişdir.  Doğrudur, 

müxtəlif dini təlimlər öz ideya məzmununa görə eynimənalı deyildir. Buna görə də onları 

eyniləşdinnək  olmaz.  Bütövlükdə  götürdükdə  dini  təsəvvürlər  insanların  təbiət 

qüvvələrindən  asılılığının  və  onlar  qarşısında  acizliyinin  nəticəsi  kimi  yaranmışdır. 

Təbiətdə  və  ictimai  həyatda  insanların  dərk  edə  blimədiyi  sirli  qüvvələr  dində  sehrli, 

ecazkar  və  ilahi  qüvvə.t,.oklində  ifadə  olunur.  Lakin  ilahi  qüvvələr  haqqında  dini 

təssəvvürlərdə  xeyir  və  şər,  şeytan  əməli  ilə  müqəddəs  hesab  olunan  əməllər  çox  incə 

şəkildə  çulğaşır.  Bu,  bir  tərəfdən  cəmiyyətdə,  insanların  şüurunda  dini  dünyagörüşün 

yaşamasına kömək edirsə, digər tərəfdən dindarlarda qorxu və itaət hissinin birləşməsini, 

şər  qüvvələrin  göstərə  biləcəyi  dəhşətli  təsirlərdən  xilas  olmaq  üçün  onların  ilahi 

qüvvələrə pənah gətirməsini şərtləndirir. Dini dünyagörüşü göstərir ki, hər şeyə qadir olan 

allah insanı şər qüvvələrdən qoruyur, onun xilaskarıdır. Allah həm də adət və ənənələrin, 

sadə  əxlaq  normalannın,  cəmiyyəfdə  nüflıza  malik  olan  ümummədəni  və  mənəvi 

sərvətlərin hifzedicisi kimi təsvir olunur. Buna görə göstərilir ki, dini  ehkamları sözsüz 

yerinə  yetirmək,  allaha  itaət  etmək  hamının  borcudur.  Göründüyü  kimi,  dini  şüurda 

fövqəltəbii qüvvələrə mam »iə ümumbəşəri, etik hisslər və normalar heyrət ediləcək 

dərəcədə sıx çulğaşır. Müasir dövrdə isə dini şüurda bu ümumbəşəri etik hisslər daha da 

geniş  yer  tutur.  Onlar  bütün  ölkələrin  xalqlarının  vahid  insan  övladı  olması  fikri  kimi 

özünü göstərir. Bütün bunlar mürəkkəb mənəvi hadisə olan dini şüurun ictimai həyatda 

tənzimedici rolunu artırır, müəy 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə