H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

199 
 
gizl
ədə bilməmişdir. Xildeqard  von  Binqen (1098-1179) öz yazıla-
rında mixəyi dərman bitkisi kimi təsvir etmişdir. 
 Nübar H
əkimova qeyd edir ki, İtaliya dəniz səyyahı Fernan Ma-
gel
lan  ekspedisiyasının  ştatdankənar  əməkdaşı  olmuş  Antanino 
 Piqafet (1491-1531)   ekspe
disiya  jurnalında  (1521-ci ildə)  mixək 
bitkisi  haqqında  məlumat  vermiş,  bu bitkiyə  birinci dəfə  Moluk 
adalarında rast  gəldiklərini qeyd etmişdir (17).  
Portuqaliyalılar  və  Hollandiyalılar ədviyyə bitkiləri bitən ərazi-
lərdə  ticarət  monopoliyasına  sahib  olmaq  uğrunda  canlı  döyüşlər 
aparmışlar. Hollandiyalılar XVII əsrə qədər  mixək satışı üzrə mono-
poli
yanı  öz  əllərində  saxlaya  bilmişlər.  Fransızlar  da  bu  sahədə  öz 
bizneslərini yaratmaq istəmiş və 1772-ci ildə  Reyunonda (Reyunon 
Afri
kanın şərqində adadır), 1786-cı ildə Fransa Qvianasında (Cənubi 
Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində  yerləşir),1827-
ci ildə isə Madaqaskarda mixək plantasiyaları salınmışdır.   
Uzaq  şərqdə  və  Hindistanda  bu  ədviyyə  ilə  çox  qədim  zaman-
lardan tanış olmuşlar. Çinlilər onu hələ II minillikdən əvvəl IV yüzil-
likdə Moluk adalarından gətirmişdir. Mixək əsrlərlə diş ağrıları za-
ma
nı və nəfəs təravətləndirici kimi istifadə olunmuşdur. Avropaya V 
əsrdə tacirlər tərəfindən Aleksandriyadan (İsgəndəriyyədən)  gətiril-
mişdir. Artıq  IX əsrdə mixək imkanlı ailələrin ən dəbdə olan ədviy-
yəsi hesab olunurdu. 
 
Mixək ağacının necə bitdiyini görən ilk avropalı təbiətşünas ta-
cir Marko Polo (XIII əsr) olmuşdur. Manuel Vasko da Qama  (1469 -
 1524) 
Moluk  adalarını  kəşf  edəndə  ərəblər  ədviyyat    satışı  üzərin-
dəki  monopoliyalarını  itirdilər.  Onları  portuqaliyalılar,  sonra  isə 
XVII  əsrdən  başlayaraq  XVIII-XIX  əsrlərə  qədər  Hollandiyalılar 
əvəz edərək Moluk adalarının hesabına dünya ölkələrinin mixəyə tə-
ləbatını ödəməyə başladılar. 
Yalnız 1770-ci ildə Fransızlara bu bitkinin sirlərini açmaq nəsib ol-
du. Bu bitkinin toxumlarını başqa yerə aparmaq qəti qadağan idi və 
ölüml
ə cəzalandırılırdı. Buna baxmayaraq fransızlar  Mavriki və Re-
yu
non adalarında mixək plantasiyaları sala bildilər (81).  
Avropada  mixək  ağacını  ilk  dəfə  təsvir  edən  tanınmış  italiyalı 
ya
zıçı  Pliniy olmuşdur. Amma bu bitkinin harada bitdiyini Avropa-


200 
 
lılar uzun müddət bilməmişlər. Onlar mixəyi ərəblərdən, ərəblər in-
duslardan, 
induslar isə Seylon tacirlərindən almışlar. Yalnız 1511-ci 
ildə bəxti gətirən bir nəfər portuqaliyalı  Fransisko Serrao təkbaşına  
Moluk  adalarında  mixək  bitən  yerə  gedib  çıxa  bildi.  XVI  əsrin 
axırında hollandlar ədviyyəli bitkilər bitən bütün adaları öz əllərində 
saxlayırdılar.  Onlar  mixək  ağacını  çoxda  böyük  olmayan  iki  adada 
becərir, yaxşı mühafizə edir (qoruyur) və yığımına ciddi nəzarət edir-
dilər.  Başqa  adalarda  bitən  mixək  ağacları  isə  amansızcasına  qırıl-
mışdı. Amma hollandların monopoliyası uzun müddət davam edə bil-
mədi. 
1769-cu 
ildə fransalı Pyer Puavr (1719-1786)  gizlicə onu gözlə-
yən ölüm cəzasına və təhlükəyə baxmayaraq iki kiçik gəmidə mixək 
toxumunu gətirdi və Martinik, Reyunon və Kayen adalarında mixək 
plantasiyaları salındı. 
Əsas  istehsalçıları. Ən  çox ədviyyəlik mixək istehsal edən ölkələr 
İndoneziya  (55  min  ton),  Tanzaniya  (10  min  ton),  Madaqaskar (8 
min ton) və Şri-Lanka (2 min ton) hesab edilir. Ədviyyəlik məhsul 
istehsalının 80%-ə qədəri Tanzaniyada - əsasən də Zənzibar və Pem-
bada  cəmləşmişdir.  Ədviyyatın  əsas  istehsalçısı  kiçik  Pemba  adası 
hesab olunur. Dünyada mixəyə olan tələbatın üçdə bir hissəsini Ma-
da
qaskar ödəyir. Son illərdə Braziliyada əhəmiyyətli dərəcədə mixək 
i
stehsal olunduğu nəzərə çarpır.Malayziya,Yamayka və bir sıra qərbi 
Afrika ölkələrində də az miqdarda mixək istehsal olunur. Dünya ba-
za
rında  80-ci  illərin  arxalarında  mixəyin  bolluğu  yaranmış  və  qiy-
məti düşmüşdür. Mixək yağının isə əsas istehsalçıları Tanzaniya, İn-
do
neziya və Seylon hesab edilir. Zənzibarda isə mixək yağını əsasən 
yabanı mixək bitkisindən alırlar.
  
Mixək yağının alınması və kimyəvi tərkibi. Mixək yağını əsa-
sən hidro distillə, bəzən isə buxarla distillə üsulu ilə qurumuş yarpaq-
dan,  qönçələrdən  (tumurcuqlardan)  və  budaqlardan  əldə  edirlər.  Bu 
üsulla 15%-
ə  qədər  (Madaqaskarda  18%-ə  qədər)  yağ  almaq  olur. 
Alınmış mixək yağı demək olar ki, rəngsiz və ya yüngül sarımtıl ma-
ye olub,
saxlanma zamanı qəhvəyi-qırmızı (qəhvəyi-purpur) rəng al-
maq
la kəskin iyi və yandırıcı dadı olur. Bitkinin hansı hissəsindən  
 


201 
 
 
Şəkil 25
.
 
Keşniş (Koriandr) – Кинза (Coriandrum 
sativum) –1, 2 – bitki cüc
ərti və yetkin fazasında; 
3 – yarpaq v
ə çiçək qrupu ilə budağın yuxarı              
hiss
əsi;  4 – yarpaq; 5 – çətircik; 6 – çiçəkləri; 
7 – 
meyvəsi. 
 


202 
 
 
Şəkil 26. Razyana - Фенхел (Foeniculum vulqare Mill.) 
1, 2 – 
bitki cücərti və çiçəkləmə fazasında; 3 yarpaq və çiçək 
qrupu ilə budağın yuxarı hissəsi; 4 – çiçək; 5 – meyvə;             
6 – toxum. 
 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə