Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə11/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

 
38 
Bu xəstəliyi B.Proteus bakteriyaları törədir. Donuz əti, 
ondan hazırlanmış məhsul və məmulatların işlənilməsi 
və  satışı  ilə  məşğul  olan  ət  kombinatı,  kütləvi  qida  və 
ticarət şəbəkəsi işçiləri listeriozla yoluxurlar. 
K.V.  Bobrişevin  “Allah  bu  cür  müalicə  edir” 
adlı  kitabında  nəşr  edilmiş  elmi  arayışda,  donuz  əti 
yeyən  insanların  xərçəng  kimi  dəhşətli  bəla  ilə 
xəstələnmə  mexanizmi  barədə  informasiya  verilir. 
Aşağıda  həmin  kitabdan  qısaca  sitat  gətiririk:  “Dünya 
alimləri  donuz  hüceyrələrini  əsaslı  surətdə  tədqiq 
etdikdən  sonra  belə  bir  yekdil  rəyə  gəlmişlər:  yağlı 
donuz hüceyrəsi mədə şirəsində həll olmur, lakin insan 
orqanizmində  yığılaraq  sonradan  bədxassəli  şişə 
çevrilən yad cisim təşkil edir…” (K.V.Bobrişev, 1996, 
s.43). 
Oxucunu  yormamaq  üçün,  donuz  əti  vasitəsilə 
insanın  yoluxduğu  digər  xəstəliklərin  adını  sadalamı-
rıq. Bunlar, donuz ətindən qida kimi istifadə etmək və 
bunun  insan  üçün  nəticələri  ilə  bağlı  məlumatlar  idi. 
Donuz əti  yeyən insanlar  bunu da  bilməlidirlər  ki,  do-
nuz  ətinin  fiziki  sağlamlığa  zərərli  təsiri  özünü  həmin 
an deyil, sonradan da biruzə verə bilər. 
Donuzların  öyrənilməsi  ilə  bağlı  tibb-biologiya 
elmlərinə aid bir sıra başqa məlumatlar da mövcuddur. 
Bunlardan bəzisini sadalayaq. 
Hüceyrə və molekulyar səviyyələrdə aparılan müa-
sir  tədqiqatlarla  sübut  olunmuşdur  ki,  donuz  toxumala-
rının  quruluşu  insan  toxumalarının  quruluşuna  çox  ya-
xındır. Bir çox göstəricilər, xüsusilə qanın tərkibi, həzm 
prosesinin  fiziologiyası,  hər  şeylə  qidalanmaq  və  s. 
cəhətdən  insana  digər  heyvanlara  nisbətən  donuz  daha 
çox yaxındır. Bu mənada yalnız meymunlar istisna təş-


 
39 
kil edir. 
Doğumdan  sonrakı  ilk  günlərdə  qadının  süd  vəzi-
lərindən xaric olan və körpənin immun sisteminin for-
malaşmasında mühüm rol oynayan süd, bala verən do-
nuzun südü ilə, demək olar ki, eyni aminturşu tərkibinə 
malikdir. 
Donuzlar,  insanlara  xas  olan  xəstəliklərlə  xəstə-
lənirlər.  Bu  zaman  onlar,  elə  insanları  müalicə  etmək 
üçün  istifadə  olunan  dərman  preparatları  ilə  (həm  də 
təxminən  eyni  dozalarda)  müalicə  oluna  bilər.  Bu  ox-
şarlıqdan  istifadə  edən  tədqiqatçılar,  yeni  yaradılan 
dərman preparatlarının dozasını ilk öncə donuzlar üzə-
rində sınaqdan keçirirlər. Radioaktiv və toksik maddə-
lərin  insan  orqanizminə  təsir  mexanizmi  və  nəticələri, 
donuzlar  üzərində  keçirilmiş  təcrübələr  əsasında  öyrə-
nilmişdir. 
Donuzların  orqanizminə  alkoqolun  təsirinin  öyrə-
nilməsi  üzrə  tibbi-bioloji  təcrübələr  çox  maraqlı  nəti-
cələr  vermişdir.  Tədqiqatlar  göstərmişdir  ki,  həm  ca-
van,  həm  də  yaşlı  donuzlar  asanlıqla  və  heç  bir  məc-
buriyyət  olmadan  böyük  miqdarda  alkoqol  qəbul  edə 
bilirlər. 
Orqanizmlərində  alkoqola  qarşı  refleks  yaranmış 
“əyyaş  donuzlar”ın  davranışı  bu  cür  təsvir  edilir: 
“əyyaş  donuzlar  müəyyən  saatlarda  ayaqlarının  birini 
götürüb  digərini  qoyub  xortuldayır,  səbrsizliklə  spirt 
dolu  çanağı  gözləyirlər.  Həsrəti  çəkilən  içki  görünən 
kimi,  heyvanlar  öz  payları  uğrunda  mübarizəyə 
başlayır, sonra isə birlikdə bəxtəvər surətdə döşəmənin 
üstündə tir-tap uzanıb yatırlar”. 
Xroniki  “əyyaş  donuzlar”ı  öyrənən  alimlər 
müəyyən  etmişlər  ki,  alkoqol  donuzların  orqanizmini 


 
40 
tədricən  dağıdır,  onların  ürək,  qaraciyər,  böyrək  və 
digər  orqanlarına  patoloji  təsir  göstərməklə  acınacaqlı 
nəticələrə gətirib çıxarır. 
Donuzlar üzərində aparılmış təcrübələrin nəticələri 
xroniki “əyyaş donuzlar”la xroniki əyyaş insanların hə-
rəkət  və  aqibətlərində  olan  bənzərlikləri  nümayiş etdi-
rir. Donuza gəlincə, onun beyni bütün bədən kütləsinin 
cəmi  0,05%-ni  təşkil  etdiyindən,  sərxoş  vəziyyətdə  öz 
davranışına  nəzarət  edə  bilmir  və  xroniki  əyyaşlığın 
təhlükəsini dərk etmir. Insan beyni isə bədən kütləsinin 
2%-ni  təşkil  etdiyindən,  o,  öz  davranışına  nəzarət 
etməli və özünü xroniki sərxoşluqdan çəkindirməli idi. 
Heç  olmazsa,  bu  fərqə  görə  şüurlu  insan  donuz  kimi 
içməməlidir.  Bunu  da  qeyd  etməyi  zəruri  sayırıq  ki, 
sistematik  surətdə  alkoqol  qəbul  edərək  öz  dav-
ranışlarında donuzlarla eyniyyət təşkil edən insanlar da 
az  deyillər,  çünki  onlar  böyük  Yaradanın  başqa  bir 
qadağasını pozurlar.  “Qurani – Kərim”-də həmin qada-
ğa haqqında belə buyrulur: “Ey iman gətirənlər! ġərab 
da,  (içki  də),  qumar  da,  bütlər  də,  fal  oxları  da 
ġeytan  əməlindən  olan  murdar  bir  Ģeydir.  Bun-
lardan  çəkinin  ki,  bəlkə,  nicat  tapasınız!” (əl-Maidə, 
5/90). 
Oxucuda sual yarana bilər ki, donuz problemini nə 
üçün bu qədər dəqiqliklə araşdırırıq? 
Bu  suala  elə  Miçurinin  təcrübələrinə  istinad 
etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir 
ki,  təbiətdən  bəxşişlər  gözləməyərək,  özü  də  ondan 
nəsə  alırdı,  həm  də  bu  nəsə  naməlum  bir  şey  olaraq 
qalmaqdadır…  Buna  görə  də  hal-hazırda  insanlar 
nəinki  faydası  olmayan,  hətta  çox  zaman  zərərli  olan 
müxtəlif  cür  hibrid  (Geni  dəyişdirilmiş  -  Ə-C.Ə.) 


 
41 
meyvələr  yeyirlər.  Bu  barədə  də  sübutlar  istənilən 
qədərdir. 
Insanın  təbiət  üzərindəki  təcrübələrinin  mümkün 
olan  məhvedici  nəticələri  barədə  müəyyən  aydınlıq 
yaratmaq üçün daha bir  nadir təcrübə ilə tanış olaq və 
onun  nəticələri  üzərində  düşünək.  Elmi  ədəbiyyatda 
təqribən  20-25  min  növü  əhatə  edən  birhüceyrəlilər 
üzərində aparılmış təcrübələr barədə məlumatlar möv-
cuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsin-
dən  ibarət  idi.  Nəticə  heyranedici  oldu:  digər  növdən 
olan birhüceyrəlini  yemiş  birhüceyrəlidə,  öz “yem”inə 
məxsus irsi əlamətlər əmələ gəlmişdi. 
Bundan  nə  nəticə  çıxarmaq  olar?  Məntiq  sadə, 
nəticə  isə  birmənalıdır:  bir  fərdin  özünəbənzər  digər 
fərdi  yeməsi  ilə  irsi  əlamətlərin  bir  fərddən  digərinə 
ötürülməsi  baş  vermişdi.  Bu  zaman  xromosomlar 
həzmetmə  prosesində  qida  məhsullarının  mənimsənil-
məsi ilə ötürülürdü. Birhüceyrəli orqanizmlər üzərində 
aparılmış təcrübənin və  birhüceyrəlilər  arasındakı  qar-
şılıqlı  münasibətlərin  modelini  mürəkkəb  sistemli  or-
qanizmlər,  xüsusi  halda  insan  və  donuz  orqanizmləri 
üzərinə köçürək və fərziyyə irəli sürək: “Insanlara do-
nuz  əti  ilə  qidalanmaq,  donuzların  orqan  və  toxu-
malarını  transplantasiya  etmək  qadağan  olunma-
lıdır,  çünki  bu  zaman  gen  mutasiyası  təhlükəsi 
mövcuddur”. 
Donuz  əti  yeyənlərin  çoxu  bu  mövqe  ilə  razılaş-
mayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, “onda, 
mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz”. Lakin 
bu, qətiyyən belə deyil. 
Əlbəttə,  inək,  qoyun,  toyuq  orqanizmlərində  də 
hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə