təbliğ edir, haqqında elmi m əqalələr yazırıq. Lakin
unutmamalıyıq ki, bu ideologiyanın ideya ilhamçısı və
yaradıcısı Heydər Əliyev olmuşdur. 1992-1993-cü illərdə
ölkəyə rəhbərlik edənlərdən fərqli olaraq, Heydər Əliyev
obyektiv sürətdə cəmiyyətin sosial problemlərinə və
m ünaqişələrə qiymət verən, cəmiyyətin və dövlətin
proqram məqsədlərini əhatə edən ideyalar sisteminə
ehtiyacı olduğuna bir an belə şübhə etmirdi. Nə qədər
paradoksal olsa da, faktdır ki, SSRİ adlandırılan Sovet
dövlətinin liderlərindən biri olan Heydər Əliyev daim öz
vətəninin gələcək taleyini düşünmüş, Sovet İttifaqı
rəhbərliyinin
azərbaycanlılara
heç
də
birmənalı
m ünasibət bəsləm ədiyi şəraitdə öz xalqının inkişaf
yollarını və formalarını axtarmışdır. Cənubi Qafqazın
tarixinə gözəl bələd olan Heydər Əliyev Azərbaycan
xalqının keçmişdə necə ağır sınaqlara məruz qaldığını,
xalqının tarixi torpaqlarından çıxarılması üçün nə kimi
tədbirlərə və cəhdlərə əl atıldığını yaxşı bilirdi. Heydər
Əliyev ötən əsrin 70-ci illərindən etibarən həyatını
bütünlüklə öz vətəninin, doğma xalqının dirçəlişinə həsr
etmişdir. Ona görə də əminliklə demək olar ki, bu gün biz,
bünövrəsi hələ ötən əsrin ikinci yarısında qoyulmuş
işlərin bəhrəsini görürük.
H eydər Əliyev
mərhələsi
bütünlüklə
yüksəliş
mərhələsidir - iqtisadiyyatdan tutmuş mədəniyyətədək
müxtəlif sahələrdə yüksəliş mərhələsidir. Əlbəttə ki, dil
m ənəviyyatın bu yüksəlişini özündə əks etdirməyə
bilməzdi. Həm də unudulmamalıdır ki, Azərbaycan dili
inkişaf üçün kifayət qədər əlverişsiz şəraitdə olduğu bir
34
vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət
etmişdir. Hamıya məlumdur ki, dil ona qarşı zorakılığa
dözmür, bu və ya digər dilin işlədilmə sahəsinin
məhdudlaşdırılması, bundan irəli gələn hər hansı siyasi
kataklizmlərə son dərəcə həssaslıqla reaksiya verir.
Azərbaycan xalqı bir çox geosiyasi səbəblərə görə
mürəkkəb tarixi proseslərin qovuşuğunda qalaraq,
müxtəlif etnosların, mədəniyyətlərin və konfessiyaların
qarşılıqlı təsiri və qarşılıqlı zənginləşməsi şəraitində,
özünün bütün çoxəsrlik tarixi ərzində dilə son dərəcə
qayğıkeş münasibət bəsləmişdir. Bir çox hallarda o, nisbi
bilinqvizm - ikidillilik şəraitində mövcud olmuşdur. Buna
baxmayaraq, xalq ən ağır və keşməkeşli zamanlarda belə
Azərbaycan dilinin yaşaya və inkişaf edə bilməsinə
həmişə xüsusi məsuliyyət hissi ilə yanaşmışdır. Heydər
Əliyev əsrlərin və minilliklərin qovuşuğunda baş vermiş
bu tarixi proseslərə qiymət verərək, ilk növbədə, tarixi
kataklizm lər
dövründə
Azərbaycan
dilinin
yox
olmamasına, əksinə inkişaf etməsinə və zənginləşməsinə
görə əvvəlki nəsillərə hamımızın bəslədiyi minnətdarlıq
və iftixar hissini dilə gətirirdi. Bu zaman o, həm adlarını
bilmədiyimiz və dilə müqəddəs dəyər kimi, milli sərvət
kimi yanaşmış minlərlə azərbaycanlını, həm də bu dili öz
yaradıcılığı ilə zənginləşdirən ədəbiyyat və mədəniyyət
xadimlərini nəzərdə tuturdu.
Məlum olduğu kimi, Sovet ideologiyası çərçivəsində
bu ideologiyanın qızğın məddahları milli dillərə yeni
tarixi birliyin - vahid rusdilli sovet xalqının formalaşması
və təşəkkülü yolunda ancaq əngəl kimi baxırdılar.
35
Biz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və
zənginləşməsi ilə bağlı fədakarcasma fəaliyyətinə məhz
belə mürəkkəb tarixi şərait prizmasından yanaşmalıyıq.
Mübaliğəsiz demək olar ki, XX əsrin son qərinəsi
ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı və
zənginləşm əsi, dövlət dilinə, rəsmi sənədlər dilinə
çevrilməsi, gündəlik həyatda, praktikada işlənilməsi,
beynəlxalq
m ünasibətlər,
dünya
diplomatiyası
səviyyəsinə çıxması və özünə hörmət qazanması - bütün
bunlar Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi
diqqət və qayğısının nəticəsidir. O, Azərbaycan dilinin
inkişafı üçün, bu dilin insanların mənəvi-əxlaqi və siyasi
dünyagörüşünün əsası olması, cəmiyyətimizdə layiqli yer
tutması üçün nə etmək lazım gəldiyini gözəl bilir və
duyurdu.
E tiraf etm əliyik ki, dilimizin bugünkü səviyyəsi
Heydər Əliyevin apardığı son dərəcə dəqiq, uzaqgörən dil
siyasətinin - Azərbaycan xalqı və Azərbaycan dövləti
üçün taleyüklü siyasətin nəticəsidir.
Heydər Əliyevin natiqlik istedadı, Azərbaycan dilinin
imkanlarından özünə xas olan məharətlə istifadə etməsi,
onun şifahi nitqinin kamilliyi və üslub xüsusiyyətləri hətta
mütəxəssisləri də heyran edir. Dövlət quruculuğu, ölkənin
ictimai-siyasi və sosial-iqtisadi həyatına rəhbərlik
sahəsində gərgin və misilsiz fəaliyyəti, beynəlxalq
həyatda aktiv iştirakı ilə ümumxalq hörməti və məhəbbəti
qazanmış Prezident Heydər Əliyev həm də əvvəlcədən
hazırlanmış mətn olmadan ən mürəkkəb, çətin mövzular
36
barədə parlaq çıxışları və nitqləri ilə məşhurdur. Onun
natiqlik məharəti, gərgin zəkası və möhkəm məntiqi
şəkkakların müqavimətini qırır, onları bu və ya digər
qərarın düzgünlüyünə inandırırdı.
Bəzi siyasi qruplaşmalar və onların rəhbərləri silah
gücünə, xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə
gələndən sonra hətta həmin qüvvələrin köməyi ilə də
hakimiyyətdə qala bilmədikləri halda, Heydər Əliyev öz
sözü ilə milyonları səfərbər edir, dəmir məntiqi ilə
düşmənləri susmağa vadar edir, natiqlik istedadı, özünün
haqlı olduğuna sarsılmaz inamı ilə xalqı Azərbaycanın
tərəqqisi naminə sıx birləşdirirdi.
1993-cü ilin iyununu yadımıza salaq. Respublikada
hərc-m ərclik tüğyan edirdi. Hakimiyyət tam iflic
vəziyyətdə idi. Siyasi fəlakət və yalnız formal surətdə
hakimiyyətdə olan insanların tam fərsizliyi göz qabağında
idi. Belə bir şəraitdə Heydər Əliyev parlamentin sədri
seçildi. Onun siyasi düşmənləri və bədxahları cidd-cəhdlə
belə
bir şayiə
yayırdılar ki,
onların
vəziyyəti
sabitləşdirmək üçün əl atmağa məcbur olduqları bu son
tədbir də, görünür, uğurla nəticələnm əyəcək, çünki
sərəncamında bürokratik maşını, idarəetmə mexanizmləri
olmayan H eydər Əliyev ölkəni böhrandan çıxara
bilməyəcəkdir. Onlar faktları təsdiq etməkdə, bəlkə də,
haqlı idilər. Heydər Əliyevin şəxsiyyətinin və onun
imkanlarının qiymətləndirilməsinə gəldikdə isə, büsbütün
yanılırdılar.
Heydər Əliyev qaynar fəaliyyəti ilə yanaşı, təmiz
Azərbaycan dilində söylədiyi dərin məzmunlu nitqləri ilə
37