Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə37/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   33   34   35   36   37   38   39   40   ...   83

112                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
155. Əhməd Muxtar Molla Bəy Əfəndi (1878) (ikinci dəfə)
156. Uryanizadə Əhməd Əsad Əfəndi (1878-1889)
157. Bodrumlu Ömər Lütfi Əfəndi (1889-1891)
158. Mehmed Cəmaləddin Əfəndi (1891-1909)
159. Mehmet Ziyaətdin Əfəndi (1909)
160. Mehmet Sahib Molla Bəy Əfəndi (1909)
161. Çələbizadə Hüseyn Hüsnü Əfəndi (1910)
162. Musa Kazim Əfəndi (1910-1911)
163. Əbdurrəhman Nəsib Əfəndi (1911-1912)
164. Mehmed Cəmaləddin Əfəndi (1912-1913)
165. Mehmet Əsat Əfəndi (1913-1914)
166. Ürgüplü Mustafa Xeyri Əfəndi (1914-1916)
167. Musa Kazim Əfəndi (1916-1918)
168. Ömər Hulusi Əfəndi (1918)
169. Heydərizadə İbrahim Əfəndi (1918-1919)
170. Mustafa Sabri Əfəndi (1919)
171. Heydərizadə İbrahim Əfəndi (1919-1920)
172. Dürrizadə Abdullah Əfəndi (1920)
173. Mustafa Sabri Əfəndi (1920)
174. Mədəni Mehmet Nuri Əfəndi (1920-1922)
83
83 
http://tr.wikipedia.org/wiki/%C5%9Eeyh%C3%BClislam.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              113
1.5. Qafqaz Müsəlmanları İdarəsində fəaliyyət 
göstərən müftilər
Müfti Tacuddin Mustafin
Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanla-
rın ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu 
şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Musta-
fin idi. O, Kazan şəhərindən Tiflisə dəvət edilmişdi. 
Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi 
üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad 
edilir. 
Müfti Osman Əfəndi Vəlizadə
Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən son-
ra 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan 
şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqa-
zın (Zaqafqaziyanın) ikinci müftisi təyin edilir. O, 1847-ci ildə 
vəfat edib. 
Müfti Məhəmməd Əfəndi Müftizadə
Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə 
oğlu  Məhəmməd  Əfəndi  Müftizadə  təyin  edilir.  Məhəmməd 
Əfəndi  dövrünün  ən  nüfuzlu  ilahiyyatçılarından  biri  olub.  O, 
1867-1868-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şir-
vani ilə görüşüb. 
Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axı rı-
nadək, yəni 1880-ci ilə kimi Tiflisdə yerləşən ruhani idarəsində 
Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini 
icra edib.
Müfti Əbdülhəmid Əfəndizadə
Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də 
Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid 
məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfən di-


114                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
za dənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada 
Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmi-
si ilə bir yerdə işləməyə başlayan Əbdülhəmid Əfəndizadə ma-
arif sahəsində getdikcə şöhrət qazanır. O, əmisinin məsləhəti ilə 
1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət 
müəllimi vəzifəsini icra edir. Əbdülhəmid Əfəndizadə mək təbdə 
işlədiyi zaman Azərbaycan, fars və ərəb dillərindən əla və, fran-
sız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Son ralar onun 
işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağ lanır. 
Əbdülhəmid Əfəndizadə 1860-cı ilin əvvəlində Məkkəni zi-
yarət edərək hacı titulunu qazanıb. O, 1864-cü il yanvarın 16-da 
Şa maxı Ruhani İdarəsinə sədr və qazı təyin edilib, fəaliyyətinə 
gö rə canişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırı-
lıb. 
Müfti  Əbdülhəmid  Əfəndizadə  1872-ci  il  dekabrın  əvvəl-
lə   rində  Qafqaz  (Zaqafqaziya)  Sünni  Əhli  İdarəsinin  sədri  və-
zi  fəsinə təyin olunduğundan Tiflisə köçür. O, 1880-ci il dekabr 
ayı  nın 10-da Tiflisdə vəfat edib. 
Müfti Hüseyn Qayıbzadə
Hüseyn  Molla Yusif  oğlu  Qayıbzadə  1830-cu  ildə  Qazax 
qə  zasının Salahlı kəndində anadan olub. Uşaq yaşların dan ata-
ana  dan yetim qalıb və kənd mollası - əmisi İbrahim Əfəndinin 
hi  mayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəm məd Mu-
sa  zadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk 
dil  lərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mü kəm məl öy-
rə nə bilib. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd mək tə bin də 
müəllim saxlanılıb. 
1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd Əfən di 
Hü seyn  Qayıbzadə Tiflisdəki  üçillik  müsəlman  ruhani  məktə-
bin də işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında bura-
da şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır. 
Müfti  Hüseyn  Qayıbzadə  1879-cu  ildən  1883-cü  ilə  ki mi 
Qori Müəllimlər Seminariyasında işləyib. O, Tiflisdə azər bay-
canlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar - XX əsrin 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              115
əv vəllərində isə həmin məktəbi genişləndirərək altı sinifli “Müf-
ti-İslam məktəbi”nə çevirir. 
Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması 
qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə gös-
tərir, iki qızını - Nigar və Cövhəri oxutdurur. O, 1883-cü ilin 
axır  larında  müəllimlikdən  azad  edilərək  Qafqaz  müftisi  təyin 
olu  nur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır. 
Hüseyn Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi 
kimi də tanınır. O, müsəlman mədrəsəsində tədris edilmək üçün 
riyaziyyata  dair “Məsaili-ammil-hesab”  (“Hesab  ümumi  mə-
sələləri”) və ana dilini təzə öyrənənlər üçün “Məbdəyi-təlimi-
sib yan” (“Yeniyetmələr üçün başlanğıc”) adlı dərs vəsaitləri də 
hazırlayıb. 
Hüseyn Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiy yat-
şü  naslıq  sahəsində  də  xeyli  işlər  görüb.  O,  çoxlu  atalar  sözü, 
zərb-məsəllər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət “Töv-
siy  yətnamə” kitabını yazıb, eyni zamanda, XVIII-XIX əsrlərdə 
ya şamış 109 Azərbaycan şairinin əsərlərindən ibarət dördcildlik 
an tologiya tərtib edib. 
Yüksək imtiyazlara malik olan Hüseyn Qayıbovun sinəsini 
çoxlu çar orden və medalları bəzəyib. Hüseyn Qayıbzadə qızların 
yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək öz arvadı 
Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iş-
tirak etməyə icazə verir, qızları - Nigar (sonralar general Ə.Şıx-
linskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubo vun 
xanımı)  rus  dilində Tiflis  Nücabə  Qızlar  İnstitutunda  oxutdu-
rur. Nigar xanım 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə 
həmin institutu qızıl medalla bitirir. 
Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə və-
fat edib. Onun vəfatından sonra çar üsul-idarəsi dağıldığı üçün 
Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. 
De mək olar ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə 
ki mi müftilik vəzifəsi olmayıb. 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə